top
Keçmiş nişanlısının maşınını başqa oğlanda gördü — Restoranın qarşısında DÖYDÜ
05 iyun 2026, 10:45
- ↺ +

Keçmiş nişanlısının maşınını başqa oğlanda gördü — Restoranın qarşısında DÖYDÜ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakının Xətai rayonunda 40 yaşlı kişi keçmiş nişanlısını döyüb.

Demokrat.az xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində yerləşən "Aden-Pub" restoranının qarşısında baş verib.

1986-cı il təvəllüdlü Alim ifadəsində bildirib ki, Vüsalə ilə münasibətləri ciddi xarakter alıb, ailələrinin razılığı ilə nişanlanıblar. Lakin sonradan tez-tez yaranan mübahisələr səbəbindən ayrılıblar.

Onun sözlərinə görə, hadisədən əvvəl Vüsalənin avtomobilini başqa bir şəxsdə görüb. Həmin şəxs Vüsalə ilə təxminən 10 gündür tanış olduğunu deyib. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub.

Alim bildirib ki, hadisə günü Vüsaləni izləyərək Xətai rayonu ərazisində yerləşən "Aden-Pub"un qarşısına qədər gəlib. Burada qadının taksidə olduğunu görərək sürücüdən qısa söhbət üçün icazə istəyib. Taksi sürücüsü marketə gedəndən sonra o, avtomobilin arxa oturacağında Vüsalənin yanına əyləşib.

Söhbət zamanı tərəflər arasında yenidən mübahisə yaranıb. Alim qadının saçından tutaraq onu avtomobildən çıxarmağa çalışdığını, daha sonra isə bir neçə dəfə üzünə yumruq vurduğunu etiraf edib.

Zərərçəkmiş Vüsalə də ifadəsində bildirib ki, həmin gün tanışları ilə istirahət etmək üçün "Aden-Pub" restoranına gedib. Restoranın qarşısında keçmiş nişanlısının avtomobilini görərək taksidən düşməkdən imtina edib. Daha sonra Alim taksiyə minərək onu döyüb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, tərəflər sonradan barışıblar və dəymiş zərər ödənilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilmiş amnistiya aktı tətbiq olunub, Alim cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
22 oktyabr 2026, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
22 oktyabr 2026, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
22 oktyabr 2026, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
22 oktyabr 2026, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
22 oktyabr 2026, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Oxşar xəbərlər