top
Sevgilisini öldürən İŞ ADAMI: Kəlmeyi-şəhadəti öyrədirdim
16 yanvar 2026, 10:20
- ↺ +

Sevgilisini öldürən İŞ ADAMI: "Kəlmeyi-şəhadəti öyrədirdim"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətldə təqsirləndirilən Emil Ağacanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Proses hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilib. Bildirilib ki, Emil Ağacanov anlaqsız vəziyyətdə olduğu üçün məhkəməyə ixtisaslaşdırılmış tibb müəssisəsindən gətirilib.

Oxu.az xəbər verir ki, ittihama görə, 22 avqust 2025-ci ildə reabilitasiya mərkəzinə aparılan Emil Ağacanov müalicədən imtina edərək sevgilisi İradə Muradova ilə evə qayıdıb və gecə saatlarında qadını boğaraq qətlə yetirib.

Təqsirləndirilən şəxs məhkəmədə qeyri-adekvat və mistik açıqlamalar verib. O bildirib ki, İradə Muradova ilə 15 ildən çox sevgili olub və onu çox sevib. Emil ifadəsində bildirib ki, onları ayıran şeytanlar olub. Belə ki, o, qadının "cinlər tərəfindən idarə edildiyini" düşünüb. 

Onun sözlərinə görə, ailəli olsa da, İradə ilə evlənmək istəyib. Ancaq qadın xristian olduğu üçün evlilik baş tutmayıb. Emil qeyd edib ki, hadisə günü İradəni dindən uzaqlaşdıran "şeytan əməli" səbəbindən telefonunu sındırıb, ayətül-kürsü oxuyub və İradəyə kəlmeyi-şəhadəti öyrədib. Ancaq sonra yenidən mübahisə başlayıb və onu hamama qüsl almağa aparıb. Emil hadisə zamanı hamamda yıxıldığını, sonra isə heç nə xatırlamadığını iddia edib və hələ də İradənin ölmədiyini söyləyib.

Emil Ağacanov 2010-cu ildən narkotik istifadə etdiyini, hadisə günü də narkotik qəbul etdiyini etiraf edib.

Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Rəna Muradova isə təqsirləndirilənin dediklərini yalan adlandırıb. Onun sözlərinə görə, Emil narkotik təsiri altında bacısını öldürüb və özünü dəliliyə vurur. Bildirilib ki, İradənin meyiti tanınmaz halda olub, bədənində ağır xəsarətlər aşkarlanıb.

Məhkəmə prosesi yanvarın 29-da davam etdiriləcək.

Qeyd edək ki, Emil Ağacanov bir neçə şirkətin və "YAMAMAY" brend mağazasının sahibidir. 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Bu gün, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
Dünən, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
Dünən, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Dünən, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Dünən, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Dünən, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Dünən, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Dünən, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Dünən, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Dünən, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
23 oktyabr 2026, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
23 oktyabr 2026, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Oxşar xəbərlər