top
Bakılı Zivər: Dünya heykəltaraşlığında ilk müsəlman qadın
17 yanvar 2026, 11:15
- ↺ +

Bakılı Zivər: Dünya heykəltaraşlığında ilk müsəlman qadın

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

XX əsr Azərbaycan incəsənəti əsasən ideoloji və monumental layihələrlə yadda qalsa da, bu pafosdan kənarda qalan, insana və onun daxili dünyasına yönəlmiş nadir yaradıcı talelər də olub. Onlardan biri – adı hələ də geniş ictimaiyyətə kifayət qədər tanış olmayan Zivər Məmmədovadır (Tağıyeva).

Baki-baku.az xatırladır ki, o, peşəkar heykəltaraş təhsili almış dünyada ilk müsəlman qadın kimi tarixə düşüb. Zivər Məmmədovanın həyatı sadəcə bir sənətkar bioqrafiyası deyil, Şərq ənənələri ilə modern düşüncənin toqquşduğu bir dövrün mədəni hadisəsidir. Azərbaycan incəsənətinə monumental pafosdan uzaq, humanist və miniatür heykəltaraşlığın banisi kimi daxil olub.

1902-ci ildə Bakıda maarifçi və varlı ailədə doğulan Zivər uşaqlıqdan incəsənət mühitində böyüyüb. Atası Nəcəfqulu Tağıyev rəssamlığa maraq göstərib, övladlarını sənət sevgisi ilə tərbiyə edib. Ailə üçün incəsənət həyat tərzi olub. Hətta bu rəsmlər müharibə illərində onları aclıqdan xilas etmişdi.

Zivər nüfuzlu Müqəddəs Nina gimnaziyasında təhsil alıb, burada musiqiyə böyük maraq göstərib. O, bir müddət Üzeyir bəy Hacıbəylinin orkestrində skripka ifa edib və "Arşın mal alan" operettasında bəstəkarın dirijorluğu altında çıxış edib. Üzeyir bəy onun istedadını yüksək qiymətləndirərək skripka hədiyyə etmişdi.

Lakin taleyi onu başqa bir sənət yoluna aparır. Böyük Əzim Əzimzadənin və məşhur heykəltaraş Stepan Erzya­nın təsiri ilə Zivər heykəltaraşlığa yönəlir. 1920-ci illərdə Azərbaycan Dövlət Ali Rəssamlıq Məktəbinə daxil olaraq ölkədə peşəkar heykəltaraşlıq təhsili alan ilk müsəlman qadın olur. Bu, cəmiyyət üçün cəsarətli və nadir bir addım idi.

Ailə həyatı, analıq və maddi çətinliklərə baxmayaraq, o, yaradıcılığı heç vaxt dayandırmadı. Moskvada və Bakıda çalışdı, Sergey Kirovun abidəsinin hazırlanmasında iştirak etdi, monumental sənətdə təcrübə qazandı. Lakin onun əsas istiqaməti ideoloji heykəllər deyil, insan portreti idi.

Müharibə illərində qəhrəmanların büstlərini yaradıb, 1942-ci ildə əsərləri Ümumittifaq sərgisində nümayiş etdirilib. Üzeyir Hacıbəyli, Əzim Əzimzadə, Hüseynqulu Sarabski kimi şəxsiyyətlərin portretləri onun yaradıcılığında xüsusi yer tutub. Üzeyir bəy həyatda cəmi bir dəfə poza verib — məhz Zivər Məmmədovaya.

1980-ci ildə vəfat edən Zivər Məmmədova ardında təkcə heykəllər deyil, səssiz, lakin güclü bir mədəni inqilabın izini qoyub. O sübut edib ki, müsəlman ailəsindən çıxmış bir qadın dünya səviyyəli heykəltaraş ola bilər. 

Bu gün onun əsərləri hələ də danışır — pafossuz, səmimi və zamana tabe olmayan bir dillə.

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
04 noyabr 2026, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
04 noyabr 2026, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
04 noyabr 2026, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
04 noyabr 2026, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər