top
Kor Əhəd təxəllüsü ilə tanınan qarmonçu Əhəd Əliyev
28 dekabr 2023, 06:28
- +

Kor Əhəd təxəllüsü ilə tanınan qarmonçu Əhəd Əliyev

Əhəd Fərzəli oğlu Əliyev 1893-cü ildə Bakıda anadan olub. [Firidun Şuşinski. Azərbaycan xalq musiqiçiləri. Bakı-1985]

Əhəd iki yaşında göz xəstəliyinə tutulur və bir il sonra onun gözləri tamamilə tutulur. Altı yaşında olarkən anası ona 7 dilli qarmon alır. Musiqi aləti onun təsəllisinə çevrilir. Sənətkarın musiqi müəllimi olmayıb, onun yeganə məktəbi məhəllə toyları və qrammafon valları idi. [Azadlıq.- 2013.- 8 fevral.- S.14] 

Əhəd toylarda qarmonçalana yaxın oturaraq onu dinləyərdi. Evə gəldikdən sonra eşitdiyi mahnını ifa edib öyrənərdi. Sənətkar 13-15 yaşında olarkən artıq 14 dilli qarmonda çalmağa başlamışdı və yığıncaqlara, şənliklərə dəvət olunurdu. O, 16 yaşından bir çalğıçı kimi qadın toylarına dəvət olunurdu. [Firidun Şuşinski. Azərbaycan xalq musiqiçiləri. Bakı-1985]

Əhəd Əliyev, həmçinin saz, pianino, tarda ifa etməyi bacarırdı. Bir çox sənətkarlar kimi Əhədin də öz tar, dəf, qoşanağarada çalan musiqiçi dəstəsi var idi. Sovet hakimiyyəti qurulduqdan sonra o, mədəniyyət evlərində, konsert salonlarında çıxış edirdi.

Bəstəkar Müslüm Maqomayev Əhəd Əliyevi radioda çalmaq üçün dəvət edir və 1927-1933-cü illərdə onun çalğısı radio ilə bütün Azərbaycana yayılır. 1931-ci ildə Üzeyir Hacıbəyov sənətkarı Azərbaycan radiosunun “Notlu Şərq orkestri”nə dəvət edib. [Mədəniyyət.- 2013.- 22 noyabr.- S. 15.]

Əhəd Əliyevin qızı Leylanın dediklərinə görə, Üzeyir bəy onun ifasını çox bəyənirdi və opera teatrına işləməyə də dəvət etmişdi. Sənətkarın Üzeyir bəyə verdiyi “Mən qarmon ilə operada nə edəcəm?” sualına belə bir cavab gəldi: “Heç nə. “Arşın mal alan”ın axırıncı toy pərdəsində oyun havalarını, daha doğrusu, “Tərəkəmə”ni sən çalmalısan. Bir bunun xatirinə səni operaya dəvət edirəm.” [https://kulis.az/xeber/media/omru-boyu-gozleri-gormedi-oglu-muharibeden-qayitmadi-ovladina-gore-xanimini-danisdirmadi-muslum-maqomayevin-meshurlasdirdigi-kor-ehed-kim-idi-43302

Sənətkar ömrünün son illərində Azərbaycan Dövlət Akademik Filarmoniyasında, opera teatrında, radioda və digər musiqi müəssisələrində fəaliyyət göstərib.

Əhəd Əliyev 1942-ci ildə Bakıda vəfat edib. [Firidun Şuşinski. Azərbaycan xalq musiqiçiləri. Bakı-1985]

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Qonşusunun sözü ilə qızını bıçaqladı, qız atasının cəzasını yüngülləşdirdi

Aktual Xəbərlər
Dünən, 17:05

Nəsimi rayonunda narkotik əməliyyatı - VİDEO

Aktual Xəbərlər
Dünən, 16:15

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Aktual Xəbərlər
Dünən, 16:05

Bakıda tikintidə FACİƏ: Usta binadan yıxılıb öldü

Aktual Xəbərlər
Dünən, 15:05

Bakıda sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
Dünən, 14:03

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

Aktual Xəbərlər
Dünən, 13:26

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Xəbər
Dünən, 13:05

"Radiozavod" yarımstansiyası yenidən qurulacaq

Aktual Xəbərlər
Dünən, 12:05

Bakıda qadın evində ölü tapıldı

Aktual Xəbərlər
Dünən, 11:03

Şəhidlər Xiyabanında ciddi hazırlıq işləri görülür

Aktual Xəbərlər
12 yanvar 2026, 18:00

Ötən il 54 mindən çox şəxsə əlillik təyin olunub

Aktual Xəbərlər
12 yanvar 2026, 17:14

Mağazada meyit tapıldı

Aktual Xəbərlər
12 yanvar 2026, 16:15

71 yaşlı qadın dəm qazından ölüb

Xəbər
12 yanvar 2026, 15:15

DYP avtomobil təkərlərinin mövsümə uyğunluğu ilə bağlı sürücülərə müraciət edib

Aktual Xəbərlər
12 yanvar 2026, 14:19

Milli komandanın heyətində dəyişiklik

Aktual Xəbərlər
12 yanvar 2026, 13:56

Sabah Bakıya sulu qar yağacaq

Xəbər
12 yanvar 2026, 13:19

Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib

Xəbər
12 yanvar 2026, 12:20

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
12 yanvar 2026, 11:20

Müğənni Mina: "Sənətə gələndə dəstəyə ehtiyac olmayıb"

Aktual Xəbərlər
12 yanvar 2026, 10:20

Ötən həftə 14 azyaşlı xilas edilib

Aktual Xəbərlər
12 yanvar 2026, 09:24

Kişi dəm qazından boğuldu

Xəbər
11 yanvar 2026, 21:00

12-18 YANVAR- HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
11 yanvar 2026, 12:17

Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – "kupça"nı bu qiymətə ala biləcəklər

Xəbər
10 yanvar 2026, 17:51

"Qaçqınkom"dan "Qobu Park"da binaların vəziyyəti ilə bağlı açıqlama

Oxşar xəbərlər