top
Mərdəkanın bu küçəsi bərbad vəziyyətdədir - Sakinlər etiraz edir
Bu gün, 11:24
- +

Mərdəkanın bu küçəsi bərbad vəziyyətdədir - Sakinlər etiraz edir

Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qılman İlkin küçəsinin illərdir təmir olunmaması, yolun bərbad vəziyyəti sakinlərin səbir kasasını daşdırıb.

Bu barədə teleqraf.az-a danışan yerli sakinlər indiyədək əraziyə asfalt çəkilməməsindən şikayətçidirlər.

Onların sözlərinə görə, küçə payız və qış aylarında həmişə bu vəziyyətdə olur.

"Ərazidə əhali çox yaşayır, üstəlik məktəb yoludur. İlin əksər vaxtı belə halla qarşı-qarşıya qalırıq. Gölməçə, nəmişlik, yolun keçilməzliyi bizi cana doydurub. On ildən çoxdur ki, gözləyə-gözləyə qalmışıq", - sakinlərdən biri deyir.

Digər sakin əlavə edir ki, yay aylarında toz-torpaqdan nəfəs almaq olmur: "Uşaqlar məktəbə gedəndə çox əziyyət çəkirlər, maşınlar da tez-tez xarab olur".

Bildirilib ki, məsələ ilə bağlı dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət edilib, amma xeyri yoxdur.

Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, yağış və tullantı sularının toplanması, təmizlənməsi, təkrar istifadəsi, kənarlaşdırılması sahəsində fəaliyyətin tabeliyindəki qurum vasitəsilə həyata keçirilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) vəzifələrinə aid edilib.

"Bizim tərəfimizdən Agentliyə ünvanlanmış məktuba cavab olaraq bildirilib ki, Xəzər rayonu ərazisində yerləşən yaşayış məntəqələrində kanalizasiya sisteminin qurulması məqsədilə layihə sənədləri hazırlanıb. Kanalizasiya sisteminin tikinti-quraşdırma işlərinin icrası Dövlət İnvestisiya Proqramı çərçivəsində mərhələlərlə həyata keçiriləcək", - qurumdan bildirilib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, su və kanalizasiya təchizatı mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə şəbəkələrin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb.

"Yaşayış məntəqələrində, həmçinin sözügedən ünvanda da tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır. Həmçinin hazırda Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının, Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Sahil kollektoru, Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sular üçün sutəmizləyici qurğunun, Zığ-Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində tikinti-quruculuq işləri icra olunur", - məlumatda qeyd olunub.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 12:20

Bakıda FACİƏ: İki uşaq dəm qazından BOĞULDU

Aktual Xəbərlər
Bu gün, 10:30

Bakıda avtomobil motosikletlə toqquşdu - Ölən var

Aktual Xəbərlər
Bu gün, 09:34

Bakıda kişi dəm qazından boğulub

Aktual Xəbərlər
Dünən, 19:30

Bakıda at əti qutabı

Aktual Xəbərlər
Dünən, 18:30

Yasamalda 20 kq marixuana aşkarlanıb

Aktual Xəbərlər
Dünən, 17:30

Binəqədidə yanğın: 3 nəfər təxliyə olundu

Aktual Xəbərlər
Dünən, 16:30

Sərxoş kişi qızının telefonuna gələn zəngə görə arvadını vəhşicəsinə döydü - MƏHKƏMƏ

Aktual Xəbərlər
Dünən, 15:30

Bakıda qadın onu əsəbiləşdirən ərini döydü - HÖKM

Aktual Xəbərlər
Dünən, 15:05

İşləyən pensiyaçılar üçün yeni təklif

Aktual Xəbərlər
Dünən, 15:00

"1500 manat ödəyirik, istilik yoxdur" deyən tələbəyə universitetdən cavab

Aktual Xəbərlər
Dünən, 14:33

Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır – SİYAHI

Aktual Xəbərlər
Dünən, 14:30

Polis qanunsuz saxlanılan silah-sursat aşkarlayıb

Aktual Xəbərlər
Dünən, 13:30

Qaradağda top mərmisi tapılıb

Aktual Xəbərlər
Dünən, 12:30

Kosmetoloji məhsulları oğurlayan kuryerlər saxlanılıb

Xəbər
Dünən, 11:56

Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundovanın doğum günüdür

Aktual Xəbərlər
Dünən, 11:51

Əməliyyat masasından məhkəmə zalına - Ali Məhkəmədən yeni qərar

Aktual Xəbərlər
Dünən, 11:30

"Bakı Metropoliteni"nin departament rəhbəri işdən çıxarıldı

Aktual Xəbərlər
Dünən, 10:30

Aeroport yolu buz bağladı, nəqliyyatın hərəkəti çətinləşdi

Aktual Xəbərlər
Dünən, 09:27

33 yaşlı kişi dəm qazından öldü

Aktual Xəbərlər
20 yanvar 2026, 18:00

Azərbaycanda bu yağlar bahalaşdı

Aktual Xəbərlər
20 yanvar 2026, 17:00

FHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib

Aktual Xəbərlər
20 yanvar 2026, 16:00

İtkin düşənlər tapıldı

Aktual Xəbərlər
20 yanvar 2026, 15:00

DİN ötən gün aşkar olunan silah-sursatların sayını açıqladı

Oxşar xəbərlər