top
Ümummilli lider Heydər Əliyevin vəfatından 19 il keçir
11 dekabr 2022, 23:18
- +

Ümummilli lider Heydər Əliyevin vəfatından 19 il keçir

Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar təhsilini bitirə bilməyib.

Heydər Əliyev 1941-ci ildən SSRİ-də təhlükəsizlik orqanlarında müxtəlif vəziflərdə çalışıb. 1957-ci ildə indiki BDU-nun tarix fakültəsini bitirib. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilib və ona 44 yaşında general-mayor rütbəsi verilib.

Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetində, 1982-ci ildə SSRİ Nazirlər Sovetində çalışıb.

Əliyev 1987-ci ildə sovet hakimiyyətinin siyasətinə etiraz edərək, tutduğu vəzifələrdən istefa verib. 1990-cı ildə Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, 24 iyun isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 3 oktyabr 1993-cü ildə və 11 oktyabr 1998-ci ildə ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib.

10 il müstəqil Azərbaycana başçılıq etdikdən sonra, 2003-cü ildə prezident seçkilərində namizədliyinin irəli sürülməsinə baxmayaraq, Heydər Əliyev sağlamlığı ilə əlaqədar olan problemlərinə görə namizədliyini geri götürüb.

12 dekabr 2003-cü ildə Heydər Əliyev ABŞ-nin Klivlend Klinikasında vəfat edib. O, 15 dekabr Bakı şəhərindəki Fəxri xiyabanda dəfn olunub.

Azərbaycanda 2023-cü il “Heydər Əliyev ili” elan edilib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 15:15

Bakıda FACİƏ: Qadın dəm qazının qurbanı oldu

Aktual Xəbərlər
Bu gün, 14:15

Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Aktual Xəbərlər
Bu gün, 13:15

Güclü külək nəticəsində Bakıda neçə ağac aşıb?

Aktual Xəbərlər
Bu gün, 12:15

Magistraturaya sənəd qəbulu başladı

Aktual Xəbərlər
Bu gün, 11:41

Meyiti tapılan Kamalın papağı başqa yerdə aşkarlanıb - Ayaqqabısının bir tayı isə yoxdur...

Aktual Xəbərlər
Bu gün, 11:15

Dəmir yolu nəqliyyatından istifadə edənlərin NƏZƏRİNƏ - Gecikmə ola bilər

Aktual Xəbərlər
Bu gün, 10:15

Deputatlar məzuniyyətdən qayıdırlar

Aktual Xəbərlər
Bu gün, 09:19

Xalq artisti Tofiq Kazımovun anadan olmasından 103 il ötür

Xəbər
Dünən, 18:00

Qonşusunun sözü ilə qızını bıçaqladı, qız atasının cəzasını yüngülləşdirdi

Aktual Xəbərlər
Dünən, 17:05

Nəsimi rayonunda narkotik əməliyyatı - VİDEO

Aktual Xəbərlər
Dünən, 16:15

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Aktual Xəbərlər
Dünən, 16:05

Bakıda tikintidə FACİƏ: Usta binadan yıxılıb öldü

Aktual Xəbərlər
Dünən, 15:05

Bakıda sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
Dünən, 14:03

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

Aktual Xəbərlər
Dünən, 13:26

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Xəbər
Dünən, 13:05

"Radiozavod" yarımstansiyası yenidən qurulacaq

Aktual Xəbərlər
Dünən, 12:05

Bakıda qadın evində ölü tapıldı

Aktual Xəbərlər
Dünən, 11:03

Şəhidlər Xiyabanında ciddi hazırlıq işləri görülür

Aktual Xəbərlər
12 yanvar 2026, 18:00

Ötən il 54 mindən çox şəxsə əlillik təyin olunub

Aktual Xəbərlər
12 yanvar 2026, 17:14

Mağazada meyit tapıldı

Aktual Xəbərlər
12 yanvar 2026, 16:15

71 yaşlı qadın dəm qazından ölüb

Xəbər
12 yanvar 2026, 15:15

DYP avtomobil təkərlərinin mövsümə uyğunluğu ilə bağlı sürücülərə müraciət edib

Aktual Xəbərlər
12 yanvar 2026, 14:19

Milli komandanın heyətində dəyişiklik

Aktual Xəbərlər
12 yanvar 2026, 13:56

Sabah Bakıya sulu qar yağacaq

Oxşar xəbərlər