top
Pula görə general rütbəsini itirənlər...
02 oktyabr 2024, 11:07
- ↺ +

Pula görə general rütbəsini itirənlər...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilib. Buna səbəb onun mənimsəmədə və rüşvət almaqda təqsirli bilinməsidir. Həsənov bu səbəbdən 10 il azadlıqdan məhrum edilib.


“Qafqazinfo”nun məlumatına görə, daha öncə də yol verdiyi qanunsuzluqlara görə həbsə düşmüş və bu aqibətlə üzləşmiş yüksəkvəzifəli şəxslər olub.

Onlardan biri general-mayor rütbəsi əlindən alınan Mövlan Şixəliyevdir.


M.Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. M.Şixəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu almaqda təqsirli bilinib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, Vüsal Ələkbərov 12 il 6 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il müddətə azadlıqdan məhrum edilib.

2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilən, 3 il sonra isə imzalanmış əfv sərəncamı ilə azadlığa çıxan Akif Çovdarov da eyni aqibətlə üzləşib.

O, Azərbaycan Prezidentinin sərəncamı ilə 2020-ci ildə general rütbəsindən və digər orden və medallardan məhrum edilib. Akif Çovdarov general-mayor ali hərbi rütbəsindən məhrum edilərək əsgər rütbəsinə endirildiyindən, qanunvericiliyin tələblərinə görə, onun hərbi qulluqçu kimi pensiya almaq hüququ da yoxdur.

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov isə “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.

O, 2021-ci ildə Naxçıvan MR Hərbi Məhkəməsinin hökmünə əsasən, xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Bu gün, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Bu gün, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
Dünən, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
Dünən, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
Dünən, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
Dünən, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
Dünən, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
Dünən, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
Dünən, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Xəbər
Dünən, 15:39

"Meyvəli"dən fındıq oğurlayan arabaçılar TUTULDU

Xəbər
Dünən, 15:15

Azərbaycanda çevrilişə çağırış edən Türkiyə vətəndaşı axtarışa verildi

Aktual Xəbərlər
Dünən, 14:41

Azərbaycanda mənzillər bahalaşıb

Aktual Xəbərlər
Dünən, 14:39

Cəzaçəkmə müəssisəsinə ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Aktual Xəbərlər
Dünən, 14:20

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO

Aktual Xəbərlər
Dünən, 13:38

"20 Yanvar" və "Şamaxinka"da bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır

Siyasət
Dünən, 13:10

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib

Xəbər
Dünən, 12:49

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Aktual Xəbərlər
Dünən, 12:14

Mətbuat Şurasına yeni sədr seçilib

Xəbər
Dünən, 12:04

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Aktual Xəbərlər
Dünən, 11:37

Hərbçilərin əməkhaqları artırılır

Xəbər
Dünən, 11:23

Azərbaycanda nikahların və boşanmaların sayı azalıb

Xəbər
Dünən, 11:09

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

Xəbər
Dünən, 10:26

Arvadını və qayınatasını öldürən şəxs ömürlük həbs cəzasından NARAZIDIR

Oxşar xəbərlər