top
Qədim Bakının yeraltı yolları
01 iyul 2023, 05:24
- +

Qədim Bakının yeraltı yolları

1920-ci ildə, Şərq xalqları qurultayının Bakıda keçiriləcəyi qərara alındıqdan sonra Nəriman Nərimanovun tapşırığı ilə Xan sarayı və Qız qalasında təmizlənmə işləri aparılırdı. Saraydakı kəşfiyyat işləri zamanı müəyyən edilmişdir ki, ərazidə xeyli quyu var və onların bir neçəsindən yeraltı yollar başlanır.

Uzun müddət aparılan müşahidələr nəticəsində müəyyən olunub ki, Bakıda bu qurğudan, əsasən, iki məqsəd üçün istifadə olunub: lazım gəldikdə qalanı tərk etmək üçün yeraltı gizli yol kimi istifadə etmək və şəhərin şərq və cənub-şərq tərəfində yaşayan əhalini su ilə təchiz etmək. AMEA Hidrogeologiya və hidrokimya laboratoriyasında aparılan analizlər burada aşkar edilən suyun içmək üçün yararlı olduğu təsdiq edib, hətta suyun tərkibində müxtəlif minerallar da müəyyənləşdirilib.

Belə yollardan birinin Şirvanşahlar sarayından başlandığı məlumdur. Xalq etimologiyasında şəhərin düşmən əlinə keçdiyi zaman şah, əyan və mühafizəçilərin yeraltı yolla Qız qalasına müdafiə mövqeyinə çəkilmələri, qalanın təslimolma qorxusu yarananda isə yeraltı yolla şəhəri tərk etmələri haqqında söhbətlər var. [Kamil İbrahimov. İçərişəhərdə yeraltı yollar. Azərbaycan.- 2016.- 6 sentyabr.- S. 11.]

AMEA-nın elmi işçisi Kamil İbrahimovun təsvirindən: “Təxminən 80-ci illərdə Şirvanşahlar Sarayının muzeyində elmi işçi işlədiyim zaman buraya yaşlı bir qadın gəldi. O, Qalada doğulub boya-başa çatdığını, səkkiz yaşlı qız ikən yaşlı bir qonşunun ona və digər uşaqlara Şirvanşahlar sarayının Divanxanasından başlayan gizli yollar haqqında nağıl danışdığını söylədi. Onlar bir gün neft lampası, ərzaq və su götürərək bu yolla getməyi qərara alırlar. Lakin bir müddət getdikdən sonra geriyə yolu itirib azırlar. Qorxuya düşən uşaqlar xilasolma çarəsini yalnız irəli getməkdə görürlər… bir neçə gündən sonra Bakıdan 60 kilometr şimalda yerləşən Mərəzə adlı yerdə üzə çıxırlar. Maraqlıdır ki… qadının söhbətindən məlum olur ki, uşaqlar yeraltı gizli yolboyu havasızlıqdan şikayət etməmişlər”. [https://caliber.az/ru/post/56606/]

Qədim Bakının yeraltı yolları haqqında Şeblıkinin 1941-ci ildə, alman səyyahı Kempferin 1684-cü ildə çəkdiyi Bakının qrafik rəsmlərində, 1796-cı ildə hidroqraf Truzson, 1858-1866-cı illərdə hidroqraf kapitan-leytenant Ulskiy tərəfindən işlənmiş Bakının xəritələrində məlumat verilir. 

[caption id="attachment_105126" align="alignnone" width="640"]Qədim Bakının yeraltı yolları Foto açıq mənbədən[/caption]

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Qonşusunun sözü ilə qızını bıçaqladı, qız atasının cəzasını yüngülləşdirdi

Aktual Xəbərlər
Dünən, 17:05

Nəsimi rayonunda narkotik əməliyyatı - VİDEO

Aktual Xəbərlər
Dünən, 16:15

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Aktual Xəbərlər
Dünən, 16:05

Bakıda tikintidə FACİƏ: Usta binadan yıxılıb öldü

Aktual Xəbərlər
Dünən, 15:05

Bakıda sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
Dünən, 14:03

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

Aktual Xəbərlər
Dünən, 13:26

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Xəbər
Dünən, 13:05

"Radiozavod" yarımstansiyası yenidən qurulacaq

Aktual Xəbərlər
Dünən, 12:05

Bakıda qadın evində ölü tapıldı

Aktual Xəbərlər
Dünən, 11:03

Şəhidlər Xiyabanında ciddi hazırlıq işləri görülür

Aktual Xəbərlər
12 yanvar 2026, 18:00

Ötən il 54 mindən çox şəxsə əlillik təyin olunub

Aktual Xəbərlər
12 yanvar 2026, 17:14

Mağazada meyit tapıldı

Aktual Xəbərlər
12 yanvar 2026, 16:15

71 yaşlı qadın dəm qazından ölüb

Xəbər
12 yanvar 2026, 15:15

DYP avtomobil təkərlərinin mövsümə uyğunluğu ilə bağlı sürücülərə müraciət edib

Aktual Xəbərlər
12 yanvar 2026, 14:19

Milli komandanın heyətində dəyişiklik

Aktual Xəbərlər
12 yanvar 2026, 13:56

Sabah Bakıya sulu qar yağacaq

Xəbər
12 yanvar 2026, 13:19

Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib

Xəbər
12 yanvar 2026, 12:20

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
12 yanvar 2026, 11:20

Müğənni Mina: "Sənətə gələndə dəstəyə ehtiyac olmayıb"

Aktual Xəbərlər
12 yanvar 2026, 10:20

Ötən həftə 14 azyaşlı xilas edilib

Aktual Xəbərlər
12 yanvar 2026, 09:24

Kişi dəm qazından boğuldu

Xəbər
11 yanvar 2026, 21:00

12-18 YANVAR- HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
11 yanvar 2026, 12:17

Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – "kupça"nı bu qiymətə ala biləcəklər

Xəbər
10 yanvar 2026, 17:51

"Qaçqınkom"dan "Qobu Park"da binaların vəziyyəti ilə bağlı açıqlama

Oxşar xəbərlər