16 yanvar tarixində Bakıda gənc psixoloqlar bir araya gələcək. Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə keçiriləcək təcrübə proqramı təşkilatın eyniadlı binasında saat 12:00-da başlayacaq.
Bu həftədəki təcrübə proqramının qonağı Psixoloq Şamil Fətəliyev olacaq.
İştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. Qoşulmaq üçün təşkilatın İnstagram səhifəsindəki paylaşımın rəy bölməsində “+” yazmaq kifayətdir.