Bakıda “O Gecə Olmasaydı…” adlı videomüsabiqə keçiriləcək. Bu haqda BakuPlus.az 19 fevral tarixində xəbər verir.
Binəqədi Gənclər Evi tərəfindən keçiriləcək müsabiqə Xocalı Faciəsinin 30 illiyinə həsr olunub.
Müsabiqənin şərtləri:
- Xocalı faciəsini özündə əks etdirən video və şəkillərdən ibarət videoçarxın yığılması
- Videoçarx 1 dəqiqəni əhatə etməsi
- Videoçarxın ideya müəllifinin özünəməxsus bir cümlənin olması
- Videonun keyfiyyətli şəkildə hazırlanması
- Videoda səsləndirmə olacaqsa, səsin aydın eşidilməsi
- Videoda əks olunan məlumatların emosional olduğu qədər tarixi faktları nəzərə alaraq əsaslandırılması
- Videoçarx üçün hazırlanan yazıda hashtag-lardan istifadə olunması (#JusticeforKhojaly ,#Khojaly30, #XocalıSoyqırımı)
Video hazır olduqdan sonra onu qeyd olunan
e-mail ünvanına göndərməyiniz xahiş olunur.