Binəqədi Rayon Gənclər və İdman İdarəsi növbəti tədbir təşkil edir. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
"Könüllülük Akademiyası 6” layihəsi çərçivəsində Moskva Natiqlik və Ritorika Universitetinin aparıcı təlimçisi Nəcəf Allahverdiyev ödənişsiz təlim keçirəcək.
İştirak etmək istəyənlər 12 mart saat 11:00-da Binəqədi Gənclər Evinə yaxınlaşa bilərlər.