top
Bürclərin axtardığı ideal kişilər
14 fevral 2024, 02:12
- +

Bürclərin axtardığı ideal kişilər

Bürcünüzə uyğun ağ atlı şahzadə necə olmalıdır? Zəngin və ədalətli? Təvazökar və etibarlı? Təəssüf ki, bu məsələdə birmənalı fikir yürütmək mümkün deyil, çünki hər kəs öz xəyalındakı şahzadəni axtarır. Bununla belə, ulduzlar qadınların hansı keyfiyyətlərə daha çox diqqət yetirdiklərini deyə bilirlər.

Qoç: İntellektual kişi

Qoç qadınlar inadkar və müstəqildirlər, hər şeyin aydın və məntiqli olmasını sevirlər. Bürcün nümayəndələri düşünməyə vaxt ayırmırlar, buna görə də intellektual tərəfdaşı xüsusilə qiymətləndirəcəklər. Qoç üçün açıq və dürüst olmaq da vacibdir: bunlar münasibətlərdə çox dəyər verdikləri keyfiyyətlərdir.

Buğa: Güclü və iradəli kişi

Buğalar maddiyyətə çox dəyər verirlər, münasibətlərdə sadiqdirlər və digər insandan da eyni şeyi gözləyirlər. Buğa üçün ideal tərəfdaş müstəqil, iddialı, eyni zamanda romantik və ehtiraslı olmalıdır. Bu xanımlar güvənə biləcəkləri güclü kişi axtarışındadırlar və məqsədlərinə, əsasən, nail ola bilirlər.

Əkizlər: Şən və maraqlı kişi

Əkizlər yeniliyi sınamağı sevirlər, onlar enerjili və maraqlı, macəraçı və ünsiyyətcildirlər. Bu qadınlar situasiyadan asılı olmayaraq, partnyorlarının onlarla ayaqlaşacağını gözləyirlər. Əkizlər öz fikirlərini söyləyən və yaxşı yumor hissi olan kişiləri yüksək qiymətləndirirlər.

Xərçəng: Dürüst kişi

Xərçənglər mehriban və həssas qadınlardır. Onlar üçün ideal tərəfdaş dürüst, güclü və müstəqil olmalı, iradəli qərarlar qəbul etməyi bacarmalıdır.

Həssas olmaqla yanaşı, həm də güclü olan xərçəng qadınlar qarşı tərəfdə də bu keyfiyyəti xüsusi olaraq qiymətləndirir, hətta bu istiqamətdə özlərindən güclüyə daha önəm verirlər.

Şir: Səxavətli kişi

Şir bürcündən olan qadınlar başqalarının diqqətini cəlb etməyi sevirlər və dəbdəbədən zövq alırlar, ona görə də onlara nə istədiyini və buna necə nail olacağını bilən tərəfdaş lazımdır. Şirə ehtiraslı və romantik xüsusiyyətlərə malik, eyni zamanda səxavətli kişi lazımdır. Həmin kişi şir xanımın yüksək tələblərinə cavab verməyin öhdəsindən gəlməlidir. Əks-halda tezliklə hörmətdən düşər.

Qız: Sakit kişi

Qız bürcü həyatına yeni insanları buraxmaqda çox diqqətli olan ən sirli bürclərdən biridir. Bu səbəblə Qız bürcünün nümayəndələri səbirli, sakit və cəsarətli bir tərəfdaş axtarışında olanlardır. Qız bürcləri kişilərdə cansıxıcılığa deyil, sakitliyə önəm verir. Ancaq tanışlıq mərhələsində bu iki anlayışı qarışdırmaq asan olur.

Tərəzi: Sadiq kişi

Tərəzilər həssas, inadkar və seçdikləri məqsədə çatmaq üçün motivasiyalıdırlar, münaqişələrdən qaçırlar və həyatın balanslı olmasını xoşlayırlar. Tərəzi üçün ideal kişi sadiq, ciddi fikirli və güzəştə getməyi bacarmalı biridir. Bu xüsusda tərəf müqabili tapan tərəzi qadınlar bürclərinə uyğun şəkildə ailə-məişət qayğılarını çəkməyə qadir olurlar.

Əqrəb: Ehtiraslı kişi

Əqrəblər sirli, ehtiraslı və çox iddialı qadınlardır. Əqrəb qadınının partnyoru onun istək və tələblərini qarşılamaq üçün eyni ehtirasa sahib olmalıdır. Əqrəb üçün ideal biri ondan daha sərt xarakterə malik olan kişidir. Daha yumşaq bir tərəfdaş Əqrəbə məqsədləri haqqında danışmağa belə vaxt tapmayacaq: Əqrəb onu zəhəri ilə məhv edəcək.

Oxatan: Həyatı sevən kişi

Oxatanlar müstəqil, böyük yumor hissi olan cəsarətli qadınlardır. Onlar macəraçıdırlar və yeni şeyləri sınamağı sevirlər, lakin bəzən tamamilə ehtiyatsız ola bilərlər. Oxatan gözəl yumor hissi olan, aktiv və “divanda oturmayan” kişiyə layiqdir. Bu qadınlar fəaliyyətsizliyə alışanların yanında uzun müddət qalmırlar: onların yerləri qəfildən zəbt oluna bilir.

Oğlaq: Çalışqan kişi

Oğlaq qadınları ağıllı, səbirli və ləyaqətli, bəzən çox vasvasıdırlar. Onlar tərəf müqabillərində özlərindəki xüsusiyyətləri axtaranlardır. Onlar üçün ideal tərəfdaş çalışqan, münasibətlərdə davasız olmalı, həmçinin daha çox müsbət enerji gətirməlidir.

Dolça: Cazibədar kişi

Dolçalar dürüst, müstəqil, vasvası və çox yaradıcıdırlar. Onlar zərif və ehtiraslıdırlar, lakin onların içində romantika hissləri azdır. Başqa bir insana güvənmək üçün Dolça xanımlara vaxt lazımdır. Dolça qadını üçün ideal tərəfdaş maraqlı, ünsiyyətcil, həm də cəlbedici və ehtiraslı olmalıdır.

Balıqlar: Həssas kişi

Balıq qadınlar çox emosional, həssas və ünsiyyətcildirlər. Onlar üçün başqa insanlarla ünsiyyət nəfəs almaq qədər təbiidir. Bu xanımlar uzun müddət incikliklərini gizlədə bilərlər. Onlar, eyni zamanda həssas, qayğıkeş və romantik bir tərəfdaş axtarırlar.

[URIS id=129607]

Son xəbərlər

Xəbər
Bu gün, 12:14

Sudan 50 nəfərin meyiti çıxarılıb

Xəbər
Bu gün, 11:39

Şahmar Ələkbərovun anım günüdür

Xəbər
Bu gün, 11:33

Aktrisa Mehriban Xanlarovanın ad günüdür

Xəbər
Bu gün, 11:30

49 yaşlı kişi evində ölü tapıldı

Xəbər
Bu gün, 11:02

Boris Xetaqurovun 86 yaşı tamam olur - FOTO

Xəbər
Bu gün, 10:30

Tbilisi-Bakı qatarına biletlərin çətin tapılması ilə bağlı açıqlama – RƏSMİ

Xəbər
Bu gün, 10:00

Bakıda narkoşəbəkə ifşa edildi

Xəbər
Bu gün, 09:33

Ali məktəblərə ixtisas seçimi BAŞLADI

Xəbər
Bu gün, 09:24

Türkiyədə meyiti tapılan iş adamı tiktoker "Beniz"in həyat yoldaşı olubmuş...

Xəbər
Dünən, 17:55

Yasamalda soyğunçuluq edən tutuldu

Xəbər
Dünən, 17:19

Şüvəlanda 1 ildir itkin kimi axtarılan qadının skeleti tapıldı - Oğlu tutuldu

Xəbər
Dünən, 17:10

Suraxanıda usta mənzildən 10 min manatlıq oğurluq etdi

Xəbər
Dünən, 16:35

Zeynəb Xanlarovanın 90 illik yubileyi harada keçiriləcək?

Xəbər
Dünən, 16:11

Siqareti arvadının alnında söndürdü

Xəbər
Dünən, 15:30

Bakıda ət qiymətinə satılan meyvə - FOTO

Xəbər
Dünən, 14:38

Sarayda 30 yaşlı kişinin meyiti tapıldı

Xəbər
Dünən, 14:10

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

Xəbər
Dünən, 13:42

Heyvan kəsimi məntəqələrində ciddi PROBLEM

Xəbər
Dünən, 12:53

Yeni qatarlar Qırmızı xəttə buraxılacaq - Bakı metrosundan AÇIQLAMA

Xəbər
Dünən, 11:47

Heyvan biznesi bəhanəsi ilə yüzminləri ələ keçirdi

Xəbər
Dünən, 11:38

Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 şəxs saxlanıldı

Xəbər
Dünən, 11:12

Hava limanı yolundakı yeni qurğular sürətölçən cihaz deyil - RƏSMİ AÇIQLAMA

Xəbər
Dünən, 10:46

Küçədə halı pisləşdi, xəstəxanada öldü

Xəbər
Dünən, 10:20

Buzovnada 30 yaşlı kişi dənizdə batdı

Xəbər
Dünən, 09:53

13 yaşlı şəhidimizin doğum günüdür

Xəbər
Dünən, 09:49

Bakıda gəlin qayınanasını ŞİLLƏLƏDİ

Xəbər
Dünən, 09:21

DİQQƏT: Bu qəsəbələrdə qaz olmayacaq

Xəbər
10 avqust 2026, 18:00

"Evə pulu əyri yollarla gətirirdim" - Şərurlu İsfəndiyar

Oxşar xəbərlər