top
Bürclərin xarakter özəllikləri
17 aprel 2024, 05:00
- ↺ +

Bürclərin xarakter özəllikləri

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bürclərin hər birinin xüsusi olduğunu əminliklə söyləyə bilərik: onların hamısının özünəməxsus, bənzərsiz və təkrarolunmaz xüsusiyyətləri var. Bakuplus onları sizə daha yaxından tanıtmaq üçün hər bürcə uyğun maraqlı faktlar yığıb.

Qoç

Qoçlar dünyaya döyüşmək üçün gəliblər: istədiklərini əldə etməyənədək dayanan deyillər. Bu bürc öz dəyərini bildiyi üçün onu qısqandırmaq çətindir: “ilk öncə MƏN və mənim ətrafımda olanlar” prinsipi ilə yaşayırlar. Bu səbəbdən bəzən onları eqoist hesab edirlər. Xaricdən buz, daş kimi görünsələr də, daxillərində körpə, yumşaq ürəkli biri yatır. Yeganə bürcdür ki, onun ehtiyaclarını ödəmək çox çətindir: bu səbəbdən onlar axtara-axtara ya gec evlənirlər, ya da evdə qalırlar. Bütün bürclərdən şanslı olmaları ilə fərqlənirlər, lakin bəzən ağıl işlətmək üçün tənbəllik edirlər. Qoç çox inadkar biridir: qara rəngi ağ kimi görürsə, bilin ki, ona bunun əksinə olduğunu sübut edə bilməycəksiniz.

Buğa

Səyahət etməyi sevən bu bürc bir yerdə heç vaxt dayanmaz: o, ildə 2-3 iş dəyişə bilər. Bürcün kişi nümayəndələri daim ideal axtarışında olurlar: qıraqdan vaxt keçirmək kimi görünsə də, onlar sadəcə özlərinə uyğun olanı tapmağa çalışırlar. Buğa bir saniyə ərzində mülayim, şirin insandan soyuqqanlı canavara çevrilə bilər: çalışın, onun “quyruğunu tapdalamayın”, dünyanı başınıza yıxar! Çox çalışqan bürcdür: bütün gücünü işə həvalə edər, lakin çox vaxt buna dəyər verən olmur. 12 bürc arasından ən qarınqulusu budur: “pəhriz” sözü Buğanın lüğətində belə yoxdur. Bu bürcün ürəyini ala bilsəniz, inanın ki, dünyanın ən xoşbəxt insanı olacaqsınız: sevilməyin nə olduğunu bilmək istəyirsinizsə, Buğaya üz tutun.

Əkizlər

Bu bürcün nümayəndələri daim düşüncələrdədirlər: ağıllarında dəqiqədə min fikir olur və sonda elə möhtəşəm iş çevirirlər ki, hamını mat qoyurlar. Vəziyyətdən asılı olmayaraq, pozitiv qala bilən bürcdür: min bir dərdə düşsə belə, heç vaxt ruhdan düşməz! Çox sadədirlər və nadir hallarda lovğalanırlar, o da özlərini qarşı cinsin nümayəndələrinə göstərəndə: bir insanı əldə etmək üçün hətta evini satıb sırf onun qayğısına qalar. Dost axtarışında çox seçicidir: ətrafında nadir halda çox insan olar. Yaxın bildiyi insanlara son qəpiyini belə verər, lakin çox vaxt insanlar onun səxavətindən istifadə edirlər. Əkizlər çox vaxt başqasına ağıl verməyi sevirlər. Bu xüsusiyyət insanlar tərəfindən xoş qarşılanmır, lakin onların məsləhətinə önəm versələr, işləri daha yaxşı gedər.

Xərçəng

Bu bürc şirin bir qoğaldır: yedikcə yemək istəyirsən. Xərçənglərin 90%-i o qədər yaraşıqlı və gözəldir ki, sanki model olmaq üçün dünyaya gəliblər. İnsanlara layiq olduqlarından daha çox şans verirlər, lakin onun bu xüsusiyyətindən insanlar istifadə edirlər. Eşqbazlıq yarışması olsa, bilin ki, Xərçəng birinci yeri tutacaq: dili onun qılıncıdır və sizə elə sözlər deyər, sizi elə ovsunlayar ki, bir də görəcəksiniz ki, tora düşmüsünüz. Onların əhval dəyişikliyini qəbul etməli olacaqsınız: 1 dəqiqə ərzində gülərüz insandan qəzəbliyə çevrilə bilər. Xərçənglər kökəlməyə meyilli olanlardır və buna görə də artıq çəkidən başqalarına nisbətən daha tez-tez əziyyət çəkirlər.

Şir

Sənin Şirə ehtiyacın ola bilər, amma onun heç kəsə ehtiyacı yoxdur: təkəbbürlü bürc sayılır və sevgi münasibətlərində kiminsə dalınca qaçmaz. Bununla belə az adam bilir ki, buz kimi görünən Şir bürcünün ruhu həssasdır: onu tez incidə bilərsiniz, lakin o, sizə bunu göstərməz, amma içində ağrını çəkər. Kiməsə güvənmək üçün onu 1001 sınaqdan keçirər, daha sonra yaxınına buraxar. Çox vaxt hadisələri dramatikləşdirər, bu səbəbdən də bilmədən özünü depressiyaya salar. 12 bürc arasında liderliklə fərqlənir: çox vaxt rəhbər vəzifədə işləyir. Bu bürc böyük səbrə malikdir: amma özündən çıxsa, onun qisası çox qəddarcasına olacaq.

Qız

İnsanlara, xüsusən də sevdiklərinə kömək etmək daim arzusudur: cibində 1 manat qalsa belə, onu yaxınına verər. İstəsəniz də, istəməsəniz də, sizə diqqət ayıracaq: ona qulaq assanız, faydalana bilərsiniz, çünki Qızın içində filosof yaşayır. Bir məqsəd qoysa, sonuna kimi gedər: hamı ona baxıb həsəd aparar. Bürclər arasında “dəliliklə” fərqlənirlər: bu dəlilik sevgidə də özünü büruzə verir. Sevdiyi insan üçün göydən ulduzları yerə endirər: romantik xüsusiyyəti ilə qarşı cinsin nümayəndəsini özünə bağlayır. Vasvasıdır və bu, insanların əsəblərinə toxunur: onunla alış-verişə getməyin, içinizdəki şeytanları üzə çıxaracaq. Güclü intuisiyası sayəsində insanları mükəmməl başa düşür: onu aldatmağa çalışmayın, xislətinizi üzə çıxaracaq!

[URIS id=135397]

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər