top
İDEAL CÜTLÜKLƏR
03 aprel 2024, 05:00
- ↺ +

İDEAL CÜTLÜKLƏR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şübhəsiz ki, hər birimiz potensial tərəfdaşla görüşdükdən sonra bürclərin uyğunluğunu yoxlamaq üçün müxtəlif materiallara baxmışıq. Bir insanın nə vaxt doğulduğu haqqında məlumat əldə edərək onun müsbət və mənfi keyfiyyətlərini öyrənə və eyni zamanda onu olduğu kimi qəbul etməyə hazır olub-olmadığımızı başa düşə bilərik. Bakuplus bürclərə görə ideal cütlükləri müəyyənləşdirərək, ikinci yarınızı daha yez tapmaqda kömək etməyə çalışacaq.

Qoç və Dolça

Qoç və Dolça bir-birini tapsalar, onlardan mükəmməl cütlük çıxacaq. Hər ikisi azadlığı qiymətləndirir və həmişə yeni macəralar axtarışındadır. Bu tərəfdaşlar xoşbəxtliklə birlikdə səyahət edəcək və yeniliklər sınayaraq, münasibətlərinə qığılcım əlavə edəcəklər. Bir neçə onillik evlilikdən sonra da bir-birini darıxdırmayacaqlar. Düzdür, münasibətlərdə mübahisələr ola bilər, amma emosiyalar səngiyəndə sevgililər həmişə barışmaq yolunu tapacaqlar.

Qoç və Oxatan

Qoç və Oxatanın münasibətləri, adətən, çox canlı və ehtiraslı anlarla dolu olur. Bu bürclərin nümayəndələri çox enerjilidirlər, oxşar dəyərlərə və maraqlara malikdirlər. Tərəfdaşların heç biri ailədə lider yerini tutmağa çalışmır, onlar üçün bərabərlik statusu önəmlidir. Bu cütlük “Risk etməyən şampan içməz” şüarı ilə yaşayır və birlikdə zirvələri fəth edir.

Buğa və Xərçəng

Bu şəxslər münasibətə başlasalar, o zaman heç vaxt ayrılmayacaqlar. Buğa və Xərçəng sabitlik, rahatlıq və ailə yaratmaq üçün çalışırlar – bu ümumi dəyərlər onları sevgidə ən uyğun cütlüyə çevirir. Bu cütlük səs-küylü məclisləri sevmir və evdə vaxt keçirməyə üstünlük verir. Həm Xərçənglər, həm də Buğalar təfərrüatlara diqqət yetirirlər, digər yarılarını sevindirmək üçün hərəkətə keçməyə hazırdırlar. Belə bir ittifaqda fikir ayrılıqları nadir hallarda yaranır.

Buğa və Oğlaq

Buğa və Oğlaq yüksək bürc uyğunluğuna malikdirlər. Həm Buğa, həm də Oğlaq maddi rifah və sabitlik üçün səy göstərən realistlərdir. Hər ikisi çox çalışqandır və bu səbəbdən ailələrində “pul söhbətləri” olmur. Tərəfdaşlar ailə daxilində problem görəndə bir-birini tərk etmək əvəzinə, əl-ələ verib hər şeyin öhdəsindən gəlməyə çalışırlar. Onların münasibətləri etibar və hörmət üzərində qurulur.

Buğa və Qız

Hər iki bürc münasibətlərdə ehtiraslıdır, bir-birinə qeyri-adi sürprizlər etməkdən çəkinmir. Onların ortaq cəhətləri çoxdur: hər ikisi ağıllı, çalışqan və məsuliyyətlidir. Qısamüddətli romantikaları sevmirlər və qocalığa qədər birlikdə yaşayacaqları etibarlı insanla həyatlarını bağlamağı hədəfləyirlər. Onların arasını vurmaq çox çətindir: etibar hər iki bürcün xəsiyyətinə xas olan xüsusiyyətdir.

Əkizlər və Tərəzi

Əkizlər və Tərəzilər yaradıcılığı sevirlər və enerji ilə doludurlar, buna görə də münasibətləri sürprizlər və macəralarla boldur. Onlar çox səyahət edirlər və tez-tez yeni şeylər sınayırlar. Hava əlamətlərinin nümayəndələri münasibətlərin sürətli inkişafına meyillidirlər: hər ikisi flirt etməkdə ustadır. Əkizlər və Tərəzi arasında qarşılıqlı əlaqə qasırğaya oxşayır: kiçik davaları sevərlar, olmasa, darıxarlar. Lakin aşırı qısqanclıq münasibətə son qoya bilər.

Əkizlər və Dolça

Heç vaxt bir-birindən bezməyən daha bir yaradıcı cütlük Əkizlər və Dolçadır. Onlar ən uyğun gələn bürclərdəndir, çünki hər ikisi azadlıq və dəyişikliyə can atır. Bu şəxslər heç vaxt yerində dayanmırlar, şəxsi sərhədləri pozmadan daima yeni bir şey öyrənir və bir-biri ilə maraqlı məlumatlar paylaşırlar. Həmişə münasibətlərdəki problemləri müzakirə etməyə və kompromis tapmağa hazırdırlar. Ailə büdcəsini planlaşdırmaqda çətinliklər ola bilər, bu baxımdan da ara-sıra maddi problemlərlə üzləşə bilərlər.

Xərçəng və Əqrəb

Xərçəng və Əqrəb arasındakı münasibətlər çox vaxt bərabərlik üzərində qurulur, heç kim liderlik mövqeyi tutmağa can atmır, tərəfdaşlar bir-birinə hörmətlə yanaşırlar. Onların həyata baxışı eynidir, buna görə də ən yaxşı cütlüklərdən biri sayılırlar. Düzdür, hər iki şəxs kifayət qədər həssasdır, ona görə də münasibətdə vaxtaşırı çəkişmələr olur. Ancaq münaqişə zamanı belə sevgililərin heç bir ayrılıq düşüncəsi olmur: həmişə problemləri müzakirə edib barışırlar.

Xərçəng və Balıqlar

Xərçəng və Balıqlar bir-birini çox yaxşı başa düşürlər, buna görə də onların münasibəti çox möhkəm olur. Onlar bir-birinin hisslərinə çox həssasdırlar, ona görə də nadir hallarda mübahisə edirlər. Hər iki bürcün münasibətləri qarşılıqlı dəstək və hörmət üzərində qurulur. Bu insanlar uzun illər evlilikdən sonra da romantikanı qorumağı bacarırlar.

Şir və Oxatan

Şir və Oxatan sevgi münasibətləri üçün ən uyğun cütlüklərlərdən biridir. Onlar daim irəliyə doğru qaçan ehtiraslı və inamlı insanlardır. Onlar son günə qədər bir-birinə heyran olacaq və yeni ideyaları dəstəkləyəcəklər. Hər ikisi problemləri həll etməkdə və maliyyəni idarə etməkdə yaxşıdır. Şir və Oxatan, həmçinin şəxsi sərhədlərə hörmət edirlər, buna görə də ikinci yarılarına lazım olan qədər azadlıq verirlər.

[URIS id=134075]

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər