top
Həftəlik bürclər 1 APREL - 7 APREL
31 mart 2024, 10:00
- ↺ +

Həftəlik bürclər 1 APREL - 7 APREL

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Çətin həftə olacağı gözlənilir: məyusluq və xoşagəlməz emosiyalar yaşaya bilərsiniz. Mühum planları ən azı gələn həftəyə qədər təxirə salın. Ola bilsin ki, uğurlarınız kimisə qıcıqlandırır: həmin insanın iç üzünü görmək nəsib olacaq. Çoxdandır almaq istədiyiniz əşya və ya əmlaka sahib olacaqsınız: risk etmək lazım olacaq, amma sonu uğurla bitəcək. Sevgi cəbhəsində fəal olmalısınız: növbəti mərhələyə addım atmaq üçün səylər göstərməli olacaqsınız. Uğurlu günləriniz 2, 3 aprel, uğursuz gününüz isə 5 apreldir.

BUĞA bürcü


Sevgi və ya maliyyə məsələlərində xoşagəlməz sürprizlər ehtimalı yüksəkdir. Stresli vəziyyətlərin çoxluğu dəqiq hesablamalar zamanı və diqqətlilik tələb olunan məsələlərdə maneə ola bilər: hər bir vəziyyətdə soyuqqanlı olmalısınız. Həftənin ortasında aşırı diqqət içində üzəcəksiniz: bu, iş yerində qazandığınız uğurdan və ya pərəstişkarlar səbəbindən qaynaqlana bilər. Subay Buğa həftəsonu məktəb və ya universitet vaxtı münasibətdə olduğu biri ilə rastlaşacaq: sevgi qığılcımı yarana bilər. Uğurlu günləriniz 6, 7 aprel, uğursuz gününüz isə 1 apreldir.

ƏKİZLƏR bürcü


Bu həftə ətrafınızda çoxlu “balıq kimi sürüşkən” insanlar ola bilər: sizə qarşı hiylə işlədənlər olacaq. Maliyyə baxımından yükşəliş gözləyin: müdiriyyət ay boyunca çəkdiyiniz əziyyəti qiymətləndirəcək. Hadisələri dramatikləşdirməyə meyilli olacaqsınız və bu, sevdiyiniz insanla münasibətə zərbə vuracaq. Emosiyalarınızı cilovlayın: ilk öncə yoxlayın, sonra hər hansı hərəkətə başlayın. Qonşu qonşu olsa, kor qız ərə gedər: qonşuların dedi-qodularına hazır olun. Uğurlu günləriniz 1, 6 aprel, uğursuz gününüz isə 2 apreldir.

XƏRÇƏNG bürcü


Sirlərinizi özünüzdə saxlayın, yaxın dostunuza belə çox şey danışmağa ehtiyac yoxdur: bu həftə açdığınız bir sirr sizə qarşı istifadə oluna bilər. Həyat bumeranqdır: kasıba əl uzatsanız, yaxşılıq sizə 10 qat qayıdacaq. Ulduzlar maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün başqalarının ağıllı fikirlərini və peşəkarların məsləhətlərini dinləməyi tövsiyə edir. Həftəsonu başqalarının problemlərinə qarışmaq istəməsəniz belə, münaqişə edən tərəfləri barışdırmalı olacaqsınız. Subaylar ictimai nəqliyyatda gələcək həyat yoldaşı ilə tanış ola bilərlər: milyonçu biri kasıb yarısının axtarışına çıxıb. Uğurlu günləriniz 1, 5 aprel, uğursuz gününüz isə 3 apreldir.

ŞİR bürcü


Ulduzlar Şir bürcünə istirahət etməməyi məsləhət görür: maliyyə sabitliyinə nail olmaq üçün xeyli səy göstərməli olacaqsınız. Həmkarlara və kənar şəxslərə etibar etməyin: kimsə sizin xeyirxahlığınızdan istifadə edə bilər. Uğur böcəyi sizin çiyninizə qonacaq və çərşənbə günündən etibarən hər bir işiniz yağ kimi gedəcək. Yaxın dostunuz sizdən yardım istəyə bilər: çalışın, ona kömək edin, çünki əvəzini 100 qat görəcəksiniz. Uğurlu günləriniz 4, 5 aprel, uğursuz gününüz isə 1 apreldir.

QIZ bürcü


Həftə Qız bürcünə peşəkar sahədə faydalı əlaqələr bəxş edəcək: bu, özünü dərk etmək üçün yeni yollar açacaq. Çox tezliklə həyat sizi həmişə arzuladığınız yerə apara bilər: xəyallar gerçəkləşəcək. Həftələrin ortalarında intuisiyanıza diqqət yetirin: ürəyinizə pis şeylər damıbsa, geri addım atın. Evli olanların üzləri güləcək: çoxdandır həll etmək istədiyiniz məsələ çözüləcək. Subaylar, ananız sizə gözəl talib tapıb: bir şans verin, həmin insanla tanış olun. Uğurlu günləriniz 6, 7 aprel, uğursuz gününüz isə 4 apreldir.

TƏRƏZİ bürcü


Enerji, yaradıcılıq, intuisiya maksimum səviyyədə olacaq: onlardan tam istifadə edin. Yeni, cəsarətli layihələrə başlayın, verilən tapşırıqları qeyri-standart yollarla həll edin: mütləq uğur qazanacaqsınız! Xətrinizə bir insan dəyəcək: həmin insan üzündəki maskanı atacaq və sizin barənizdə nə düşündüyünü deyəcək. Cümə axşamı uzun səfərlərə çıxmayın: təhlükəli anlar gün ərzində sizi təqib edəcək. Münasibətdə olanlar həftəsonu romantik anlar yaşayacaqlar. Uğurlu günləriniz 1, 6 aprel, uğursuz gününüz isə 4 apreldir.

ƏQRƏB bürcü


Qarşıdan gələn həftə harasa qaçmağa, başqalarına nəyisə sübut etməyə meyilli olacaqsınız. Münaqişələrdə susmursunuz və bu, sizin səhvinizdir: əvvəlcə hər şeyi aydın şəkildə düşünün və yalnız bundan sonra hərəkət edin, yoxsa dedikləriniz sizə qarşı olacaq. Uzun səfərə çıxacaqsınız, ya da səyahət planlaşdıracaqsınız: yolunuz açıq olsun! Sevdiyiniz insanın bir sirrini öyrənəcəksiniz: onu başa düşüb, yanında olmalısınız. Uğurlu günləriniz 2, 7 aprel, uğursuz gününüz isə 1 apreldir.

OXATAN bürcü


Sizin üçün qarşıdan gələn həftə həyatınızın bir mərhələsinin tamamlanmasıdır: yeni səviyyəyə keçmək, genişləndirmək, imkanları artırmaq olar. Hər halda, həftə sizə arzularınızın həyata keçməsini bəxş edəcək. Əldə etdiklərinizdən sevinc hiss edəcəksiniz. Səyahət mümkündür. Aşiq eşqə etməz xəta: nə vaxta qədər onun səhvlərini, xəyanətini bağışlayacaqsınız? Silin lazımsız, zəli kimi yapışan insanları həyatınızdan! Bazar günü cekpotu qoparacaqsınız: varlı olmağın necə hiss olduğunu anlayacaqsınız. Uğurlu günləriniz 3, 7 aprel, uğursuz gününüz isə 4 apreldir.

OĞLAQ bürcü


Qarşıdan gələn günlər sizin üçün qələbələr, uğurlar, zəfər həftəsidir: başqalarının arxasınca gedə biləcəyi bir lider mövqeyini tutacaqsınız. Bəzi hədiyyələr və ya maddi xarakterli təkliflər ala bilərsiniz, bəlkə də bunlar yeni iş və ya əməkdaşlıq üçün təkliflər olacaq. Hər halda, bu həftə siz maddi cəhətdən çətinlik görməyəcəksiniz. Evdə qalmış, qızıla dönmüş xanımlar, bəxtiniz açılır: taliblər qapınızın önünə düzüləcəklər! Bəylər, qarşınıza pula pul deməyən, sizi yaşadacaq bir xanım çıxacaq: həm sevgidə, həm də maddi durumda bəxtiniz gətirəcək. Uğurlu günləriniz 2, 6 apreldir, uğursuz gününüz gözlənilmir.

DOLÇA bürcü


Bu həftə maraqlarınızı müdafiə etmək üçün bir dövrdür. Siz zirvəyə çıxa bilərsiniz və çox güman ki, çıxacaqsınız, lakin bu, gözlədiyinizdən daha çox səy tələb edir. Ətrafınızda qeyri-səmimi insanlar var: üzünüzə gülər, arxanızca danışarlar. Amma necə deyərlər, “İt hürər, karvan keçər”: onlar bu yaxında sizin uğurlarınızı görəcəklər və paxıllıqdan dirsəklərini dişləyəcəklər. Ən gec və ən çətin evlənən bürclərdən sayılan Dolça bu həftə ailə qurmaq fikrinə gələcək: azadlığı sevən bu bürcün torbasını axır ki, tikən tapılarmış. Uğurlu günləriniz 4, 5 apreldir, uğursuz gününüz gözlənilmir.

BALIQLAR bürcü


Balıqlar – yazılmış bir kitabdır: əgər başa düşmədinizsə, deməli bu, sizin üçün yazılmayıb! Xoşbəxtliyə layiq olan bu bürc ikinci yarısına qovuşacaq: sevgi hekayəsi dava ilə başlayacaq, lakin evliliklə bitəcək. Bu səbəbdən tanımadığınız insan ayağınızaı tapdalasa, sizi itələsə, növbə, yer üstündə dava etsə, bilin ki, gələcək həyat yoldaşınız o olacaq. Həftənin sonunda qohumlarınız tərəfdən xoş olmayan xəbər alacaqsınız: buna hazır olmalısınız. Zəhmətkeş Balıqları karyera yüksəlişi və ya daha gəlirli iş gözləyir. Uğurlu günləriniz 1, 2 aprel, uğursuz gününüz isə 6 apreldir.

Son xəbərlər

Xəbər
Bu gün, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Oxşar xəbərlər