top
Həftəlik bürclər 1 YANVAR - 7 YANVAR
31 dekabr 2023, 03:00
- +

Həftəlik bürclər 1 YANVAR - 7 YANVAR

QOÇ bürcü


Bu həftə yeni işlər, görüşlər və təkliflər vaxtında gələcək, konstruktiv dəyişikliklər üçün əlverişli zamandır. Sosial statusunuzu yaxşılaşdırmaq üçün fürsət yaranacaq: vacib qərarları təklikdə verməyin, ailəniz və dostlarınızla məsləhətləşin. Cümə günü başqaları ilə münasibətlərinizi təhlil etməyə dəyər: köhnə inciklikləri unudun, ikinci şans verin. Uğurlu günləriniz 2, 5 yanvar, uğursuz gününüz isə 4 yanvardır.

BUĞA bürcü


Özünüzü göstərmək vaxtıdır: yeni üfüqləri fəth edin. Peşəkar həyatda karyera yüksəlişi gözləmək olar: sizə arzuladığınız iş təklif olunacaq. Həftəsonu sevdiyiniz insan tərəfindən bayram ağacının altında gözəl hədiyyələr gözləyin. Bazar günü çoxlu çətinliklər olacaq, lakin günün sonunda hər şey öz axarına düşəcək. Uğurlu günləriniz 1, 3 yanvar, uğursuz gününüz isə 6 yanvardır.

ƏKİZLƏR bürcü


Bu həftə daha yumşaq və çevik olmağa çalışın, qətiyyət və sərtliyi başqa vaxta saxlayın: bazar ertəsi münaqişələrdən və anlaşılmazlıqlardan qaçmaq yaxşı olar. Tətil günlərində işləmək məcburiyyətində qalan Əkizlər peşəkar sahədə özünü göstərəcəklər və bu, müdiriyyət tərəfindən dəyərləndiriləcək. İllərdir küsülü olduğunuz insanla barışmalı olacaqsınız: ona bir şans verin ki, səhvlərini düzəltsin. Uğurlu günləriniz 4, 7 yanvar, uğursuz gününüz isə 1 yanvardır.

XƏRÇƏNG bürcü


Yeni başlanğıclar üçün əlverişli həftədir: çoxlu maraqlı təkliflər gözləyin. Köhnə tanışlarla ünsiyyətdə olacaqsınız: onlardan sizə xaricdə işləmək təklifi gələ bilər. Sevdiyiniz insana daha çox vaxt ayırın, ona romantik anlar yaşadın: bu, sizin münasibətlərinizi möhkəmləndirəcək. Həftənin ortasında siz iki seçim arasında qalacaqsınız: düzgün seçim sizə xoşbəxtlik gətirə, səhv seçim isə uçuruma apara bilər. Uğurlu günləriniz 2, 3 yanvardır, uğursuz gününüz gözlənilmir.

ŞİR bürcü


İdeyalarınızın və planlarınızın həyata keçirilməsi üçün əlverişli həftə gəlir. Mühüm müqavilələr bağlamaq və həmfikir insanlar tapmaq üçün əlverişli zamandır. Uğur qazanmaq şansınız yüksəkdir. Əvvəl işdədiyiniz yerdən çox sərfəli təklif ala və hətta öncəkindən xeyli yüksək maaşla köhnə iş yerinizə qayıda bilərsiniz. Şəxsi həyatınıza gəlincə torbanız tikilməkdədir: subaylıq daşını atmağın vaxtı gəlib. Uğurlu günləriniz 5, 7 yanvar, uğursuz gününüz isə 3 yanvardır.

QIZ bürcü


Bu həftə çətinliklər və stres dövrünün başa çatması deməkdir: Yeni il sizin üçün düşərli olacaq və parlaq gələcəyiniz üçün addımlar atacaqsınız. Həmkarlarla sözünüz çəp düşə bilər: fikrinizi açıq deyib onları yerlərinə oturtmaq məqamı gəldi. Yeni ildə Şaxta babadan nə istəmisinizsə, həftənin sonunda alacaqsınız: xoşbəxt olmaq sizə çox yaraşır! Uğurlu günləriniz 4, 6 yanvar, uğursuz gününüz isə 2 yanvardır.

TƏRƏZİ bürcü


Bu həftə sizi əlverişli dəyişikliklər gözləyir: bu günlərdə görüşlər çox vaxt aparacaq, lakin gələcəkdə gəlir gətirəcək. Yanvarda narahat olmayacağınız yeganə şey maddi durum olacaq: xoşagəlməz sürprizlər və ya gözlənilməz xərclər olmayacaq. Əmin olmadığınız insanlarla iş birliyi qurmayın: aldadılmaq riskiniz yüksəkdir. “Yox” deməyi bacarın. Uğurlu günləriniz 3, 6 yanvar, uğursuz gününüz isə 5 yanvardır.

ƏQRƏB bürcü


Qarşıdan gələn ilin ilk həftəsi Əqrəb üçün çox dinamik və aktiv olacaq. Yumşaq ürəyiniz var deyə çox insan sizdən istifadə edir. Yeni ildə ətrafınızda olan bir çox insan maskasını atacaq, onların əsl üzlərini görmək sizin üçün xoş olmayacaq. Həftənin sonunda mühüm qərarlar verəcəksiniz: bu iş yerini dəyişmək, xaricə səyahət etmək və ya sizə zəli kimi yapışan insandan canınızı qurtarmaq ola bilər. Bu dövr emosiyaların çox güclü olduğu bir dövrdür və onların təsiri altında sonra peşman olacağınız bir addım ata bilərsiniz. Uğurlu günləriniz 5, 6 yanvar, uğursuz gününüz isə 2 yanvardır.

OXATAN bürcü


Oxatan üçün 2024-cü ilin yanvar ayında yaradıcılıqda əla perspektivlər açılacaq. Çətin layihələri üzərinizə götürə bilərsiniz, mütləq uğur qazanacaqsınız. Yeni ildə gözləmədən başqa ölkəyə köçmək şansınız yaranacaq: orada biznes və ailə qurmaq sizin üçün uğurlu olacaq. Bu həftə ən çox subay oğlanların bəxti gətirəcək: qarşınıza gözəllər gözəli, ağıllı, tərbiyəli biri çıxacaq. Bu il sizin üçün düşərli olacaq: işsizlər mütləq özlərinə arzu etdikləri iş tapacaqlar. Uğurlu günləriniz 1, 2 yanvar, uğursuz gününüz isə 6 yanvardır.

OĞLAQ bürcü


Həftənin əvvəlində kiçik itkilər və yorucu anlaşılmazlıqlar ola bilər. Bu dövr alış-veriş üçün yaxşı vaxt deyil, çünki siz pula qeyri-ciddi yanaşa və xırda şeylərə əhəmiyyətli miqdarda pul xərcləyə bilərsiniz. Zaman keçdikcə müsbət tendensiyaların təsiri artacaq. Bu il Şaxta babadan nə istəmişdiniz? Sizin məktubunuz oxunub və tezliklə arzularınız yerinə yetəcək: sadəcə bu il səbirli olmalısınız, heç bir işi tələsik görməyin. Uğurlu günləriniz 6, 7 yanvar, uğursuz gününüz isə 2 yanvardır.

DOLÇA bürcü


Gərgin və narahat həftə olacaq: çox fərqli insanlarla ünsiyyət qurmalı olacaqsınız. Hər kəsə bir yanaşma tapmalısınız: başqaları bu işlərin öhdəsindən gələ bilməz, amma siz bacaracaqsınız, çünki dahisiniz. Bu əziyyətin sonunda mükafatlandırılacaqsınız. Həftənin ortalarında sevgi etirafı gözləyin: bir nəfər sizə çoxdan aşiqdir və axır ki, cəsarət tapıb sizə ürəyini açacaq. Bəlkə, bu il sizin üçün ən düşərli olacaq: arzularınız gözləmədiyiniz anlarda çin olacaq. Uğurlu günləriniz 4, 6 yanvar, uğursuz gününüz isə 1 yanvardır.

BALIQLAR bürcü


“Şaxta baba, şaxta can, hardasan bu vaxtacan?!” sualını hər il özünə verənlər, Şaxta baba sizi eşidib və istəklərinizi gec də olsa, mütləq yerinə yetirəcək. Bu il maddi durumunuzda xeyli dəyişiklik olacaq: yeni, gəlirli iş tapmağı, lotereyalarda pul udmağı, müdiriyyət tərəfindən maaşınızın artırılmasını gözləyə bilərsiniz. Sevgi cəbhəsində yanvar ayında yeniliklər gözləməyin, lakin sonradan münasibətə başlamaq şansınız olacaq. Uğurlu günləriniz 3, 6 yanvar, uğursuz gününüz isə 2 yanvardır.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

79 motosiklet və moped duracağa yerləşdirildi

Xəbər
Bu gün, 17:57

Öskürəyə görə başlayan mübahisə qanla bitdi: 27 yaşlı usta qətlə yetirildi

Xəbər
Bu gün, 17:37

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Xəbər
Bu gün, 17:03

Sabahın hava proqnozu açıqlandı

Xəbər
Bu gün, 16:03

Ölən direktor müavini tanınmış dirijorun qohumu imiş

Xəbər
Bu gün, 15:03

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

Xəbər
Bu gün, 14:50

Zənglərinə cavab verməyən dostunu bıçaqladı - BAKIDA

Xəbər
Bu gün, 14:03

Həbsdən çıxan yüzlərlə şəxs işlə təmin edilib

Xəbər
Bu gün, 13:03

Xəstəlikləri öncədən proqnozlaşdıracaq sistem: Səhiyyə Nazirliyinin  mütəxəssisi izah edir

Xəbər
Bu gün, 12:03

Kişi yemək bişirməyən arvadını telefonla döydü

Xəbər
Bu gün, 11:04

71 yaşlı kişi ağacdan yıxıldı, öldü

Xəbər
Bu gün, 10:04

Azərbaycan nefti 80 dollara satılır

Xəbər
Dünən, 18:00

Bakıda binanın zirzəmisindən çürümüş meyit tapıldı

Xəbər
Dünən, 17:31

Bakının bir çox ərazisində niyə su yoxdur? - RƏSMİ

Xəbər
Dünən, 17:10

Qadın restoranda qəfil vəfat etdi

Xəbər
Dünən, 17:02

Binəqədidə biabırçı vəziyyət

Xəbər
Dünən, 16:10

Bakıda FACİƏ: Qardaşının evinə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü

Xəbər
Dünən, 15:46

Mərdəkanda dənizdə 4 nəfər batdı - YENİLƏNİB

Xəbər
Dünən, 15:14

Sabah hava necə olacaq?

Xəbər
Dünən, 14:38

Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq

Xəbər
Dünən, 14:15

Evə içkili gəldiyinə görə irad tutan oğlunu bıçaqladı

Xəbər
Dünən, 13:49

Bülbülün doğum günüdür

Xəbər
Dünən, 13:15

Gəlinini döyən qayınana ilə bağlı yeni qərar

Xəbər
Dünən, 12:46

Bu çimərliklərdə çimmək qadağan edildi

Oxşar xəbərlər