top
Həftəlik bürclər 1 İYUL - 7 İYUL
30 iyun 2024, 10:00
- ↺ +

Həftəlik bürclər 1 İYUL - 7 İYUL

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Xoşbəxtliyin dadını çıxarmağın vaxtı gəldi. Ulduzlar sizə sürpriz hazırlayıb: həftəiçi çoxdan tutduğunuz arzunuz çin olacaq. Son zamanlar çox işləyirsiniz: tezliklə bunun bəhrəsini görəcəksiniz. Bu həftə dostlarla görüşmək üçün əlverişlidir, xüsusən də bir-birinizi uzun müddət görmürsünüzsə. Həmçinin romantik anlara da vaxt ayırın: şam yeməyi və ya parkda piknik edin. Əgər münasibətlərdə çətin dövr yaşayırsınızsa, o zaman həftənin ikinci yarısında ciddi söhbətə başlamağa çalışın, bunun hər ikiniz üçün çox müsbət nəticələri olacaq. Uğurlu günləriniz 1, 2 iyul, uğursuz gününüz isə 6 iyuldur.

BUĞA bürcü


Bu həftə sizi uğurlu günlər gözləyir: maraqlı insanlarla ünsiyyət, yeni tanışlıqlar və yaxınlarınızdan xoş xəbərlər alacaqsınız. İşdə maksimum əzmkarlıq və qətiyyət göstərməyə çalışın ki, həmkarların və rəhbərliyin etimadını qazana biləsiniz. Keçmiş sevgiliniz sizi narahat edəcək, rahatlığınızı pozmağa çalışacaq, ürəyinizə yenidən yollar tapmaq istəyəcək. Hətta sizi yeni münasibətə başladığınız insana qısqanacaq, hər üsulla onu sizdən uzaqlaşdırmağa çalışacaq. Odur ki, səbirli və təmkinli olun və soyuq başla hərəkət edin. Uğurlu günləriniz 4, 7 iyul, uğursuz gününüz isə 3 iyuldur.

ƏKİZLƏR bürcü


Həftə ərzində işinizə çox diqqət yetirin, çünki istədiyiniz artımı əldə edə bilmək imkanınız yarana bilər. Həm də yeni ideyanız varsa, rəhbərinizə çəkinmədən deyin: bu, sizin karyera yüksəlişiniz üçün bir addım olacaq. Ancaq həftənin ikinci yarısını və həftəsonunu yalnız özünüzə, yaxınlarınıza həsr edin. Sizin həyatınızda vampir kimi bir insan var: o, enerjinizlə qidalanır və həyatınızda mənfi rol oynayır. Həmin şəxsi vaxtında tapın və birdəfəlik silin. Artıq pulunuz varsa, sərmayə yatırın, peşman olmayacaqsınız. Uğurlu günləriniz 5, 7 iyul, uğursuz gününüz isə 1 iyuldur.

XƏRÇƏNG bürcü


Bu həftə Xərçənglər aşırı diqqətdən bezəcəklər: hamının gözündə sanki bir ulduz kimi parlayacaqsınız. Siz evdən çıxmağa peşman olacaqsınız: komplimentlər, hədiyyələr, sizə görə göydən ulduzları qoparmağa hazır olan pərəstişkarlarla qarşılaşmağa hazır olun. Bəzi insanlar nailiyyətlərinizi həzm edə bilməyəcəklər və sizin kefinizi pozmağa çalışacaqlar, qeybət edəcəklər, sizə böhtan atacaqlar. Lakin sonda qalib siz olacaqsınız və həmin adamlar sizdən üzr istəyəcəklər. Görüşlər və şənliklərlə bağlı istənilən təklifə açıq olun. Subay Xərçəngin bəxti açıla və xoşbəxt günləri başlaya bilər. Uğurlu günləriniz 4, 6 iyul, uğursuz gününüz isə 7 iyuldur.

ŞİR bürcü


Bu həftə Şir bürcünün xanım nümayəndələri üçün çox gərgin keçəcək: dava, söz-söhbət, saçyolma və daha nələr. Bu, sizin uğurunuzla əlaqəli olacaq. Maddi durumunuzun yaxşılaşacağı gözlənilir, lakin bu, sizin düzgün qərar verməyinizdən asılı olacaq: ya cekpot qoparacaqsınız, ya da maliyyə böhranı ilə üz-üzə qalacaqsınız. Sevgilinizə daha çox vaxt ayırın: onu sevmədiyinizi düşünə bilər və bu, başqa bir qalmaqala səbəb ola bilər. Şam yeməyi və ya birlikdə uzun bir gəzinti ilə münasibətlərinizə romantika qatın. Uğurlu günləriniz 1, 3 iyul, uğursuz gününüz isə 6 iyuldur.

QIZ bürcü


Bu həftə üzərinizə olduqca böyük məsuliyyət düşəcək: bu, iş, ailə və ya digər məsələlərə aid ola bilər. Ancaq hər şey sizin ixtiyarınızda olacaq, çünki bütün həftə istənilən təşəbbüslər üçün çox əlverişlidir. Bu həftə bəzi cütlüklər arasında problemlər yaşana bilər, odur ki, siz öz sevginiz uğrunda mübarizə aparmalı olacaqsınız. Buna səbəb sevgilinizin keçmiş münasibətləri olacaq: köhnə sevgilisi onu sizin əlinizdən almaq istəyəcək və bunun üçün bütün yollara əl atacaq. Xoşbəxtliyinizi qorumaq üçün güclü olmalısınız, həmin şəxsi tapıb payını verməlisiniz. Əgər sevgiliniz sizə sadiqdirsə, pis heç nə baş verməyəcək, şorgözdürsə, vay sizin halınıza. Uğurlu günləriniz 5, 7 iyul, uğursuz gününüz isə 2 iyuldur.

TƏRƏZİ bürcü


Bu həftə sözlərinizə və vədlərinizə son dərəcə diqqət yetirin: bir şeyin öhdəsindən gələ bilmirsinizsə, kömək istəməkdən çəkinməyin. İstirahət günlərinizi işə qurban verməli ola bilərsiniz. Uzun müddətdir ki, kiçik təmir və ya ümumi təmizlik işlərini planlaşdırırsınızsa, bunu şənbə günü etmək daha uyğundur, o zaman gözləniləndən daha yaxşı nəticə əldə edəcəksiniz. Subayların bəxti açılacaq: çoxdandır bəyəndiyiniz şəxs varsa, mütləq bu həftə ona ürəyinizi açın, “yox” sözü eşitməyəcəksiniz. Uğurlu günləriniz 3, 4 iyul, uğursuz gününüz isə 6 iyuldur.

ƏQRƏB bürcü


Bu həftə işdə, məktəbdə və şəxsi münasibətlərdə kiçik mübahisələr ola bilər. Münaqişələrin qarşısını almaq üçün emosiyalarınızı nəzarətdə saxlamağa çalışın. Kommersiya baxımından çox əlverişli həftədir: satış və ya alış etməkdən çəkinməyin. Siz liderlik bacarıqlarınızı nümayiş etdirəcəksiniz: böyük proyektin başında olacaqsınız, sizə əhəmiyyətli tapşırıq veriləcək. Əgər bunun öhdəsindən gəlsəniz, sizi karyera yüksəlişi, maaş artımı və bonuslar gözləyir. Uğurlu günləriniz 2, 5 iyul, uğursuz gününüz isə 1 iyuldur.

OXATAN bürcü


Bu həftə çox diqqətli olmalı və sizə deyilən hər şeyi süzgəcdən keçirməlisiniz: qeybət və müxtəlif fərziyyələrdən ibarət əsl sunami gəlir. Hər kəsin sözünə inanmayın və heç kəsin arxasınca danışmayın, yoxsa xoşagəlməz bir intriqanın mərkəzində olacaqsınız. Əgər münasibətlərdə çətin dövr yaşayırsınızsa, o zaman həftənin ikinci yarısında ciddi söhbətə başlamağa çalışın, bunun hər ikiniz üçün çox müsbət nəticələri olacaq. Öz sağlamlığınız haqqında unutmayın. Həftənin ikinci yarısında mütləq hər hansı fiziki fəaliyyətlə məşğul olun. Uğurlu günləriniz 4, 7 iyul, uğursuz gününüz isə 4 iyuldur.

OĞLAQ bürcü


Xoşbəxt olmağa layiqsiniz və ulduzlar bu həftə sizə həmin şansı yaradacaq: çalışqanları maaş artımı və ya karyera yüksəlişi, subayları sevgi və məhəbbət, cütlükləri isə ailə xoşbəxtliyi gözləyir. İş yerində emosiyalarınızı cilovlayın, sizi əsəbiləşdirən həmkarlara fikir verməyin: əvvəlcə sakitləşməyə çalışın və yalnız bundan sonra hər hansı bir qərar verin. Bu həftə alış-veriş üçün çox əlverişlidir. Xüsusilə həftəsonu çoxdan planlaşdırdığınız böyük alış-verişlər edə bilərsiniz. Uğurlu günləriniz 1, 6 iyul, uğursuz gününüz isə 3 iyuldur.

DOLÇA bürcü


Bu həftə “haradan pul tapım?”, “necə dolanım?” kimi dərdiniz olmayacaq, əksinə, pulu haraya və necə xərcləməyinizi dərd edəcəksiniz. Həftə çox bərəkətli keçəcək: maaş yüksəlişi və ya mükafat ala bilərsiniz. Münasibətdə olanlar, şəxsi həyatınızda çox da xoş olmayan bir dövr olacaq: yaxınlarınız sizi məyus edə bilərlər və ya sevgilinizlə münaqişə yaşaya bilərsiniz. Bürcün subay nümayəndələri “subaylıq sultanlıqdır” şüarı ilə vidalaşacaqlar. Bu günlərdə toyu və ya nişanı olan şəxslərin bəxti gözəl olacaq; ulduzlar sizin üçün xoşbəxt günlər hazırlayıb. Uğurlu günləriniz 6, 7 iyul, uğursuz gününüz isə 5 iyuldur.

BALIQLAR bürcü


Bu həftə maliyyə məsələlərində, xüsusən də hesab və bank kartları ilə bağlı əməliyyatlarda diqqətli olun. Küçədə bir fırıldaqçı ilə qarşılaşmaq və ya kartı itirmək riski böyükdür. Həm də böyük alışlar etməyin, çünki keyfiyyətsiz məhsul almaq riski var. Həftənin ortasında keçmişdə qalan, lakin hələ də həllini tapmayan problemlərlə yenidən qarşılaşacaqsınız. Ya bu həftə həmin məsələləri həll edəcəksiniz, ya da gələcəkdə daha da çətin vəziyyətlə üzləşəcəksiniz. Uğurlu günləriniz 2, 5 iyul, uğursuz gününüz isə 4 iyuldur.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər