top
Həftəlik bürclər 11 DEKABR - 17 DEKABR
10 dekabr 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 11 DEKABR - 17 DEKABR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə, çox güman ki, bütün əsas məsələləri həll edə bilməyəcəksiniz. Amma yenə cəhd etmək və boş oturmamaq məsləhət görülür. Çərşənbə günü vacib məlumatların gələcəyi ehtimalı var. Cümə axşamı dəyişiklik hiss edəcəksiniz: sosial statusunuzu yaxşılaşdırmaq üçün fürsət yaranacaq. Həftəsonu vacib qərarlar qəbul edəcəksiniz: həyatınızda yeniliklər baş verəcək. Bir insanı sevirsiniz, amma o sizə cavab vermir: boş sevqi qatarının dalınca qaçmayın, bunun sonu yoxdur. Uğurlu günləriniz 13, 14 dekabr, uğursuz gününüz isə 11 dekabrdır.

BUĞA bürcü


Bu həftəni əzizlərinizlə rahat, isti mühitdə keçirəcəksiniz. Qurduğunuz planlar yavaş-yavaş reallaşmağa başlayacaq. Maaş artımı istəyirsiniz? İstəyin! Buna haqqınız da var. Sizin qısqanclığınız başınıza bəla olacaq: sevgiliniz axırda sizdən bezəcək və başını götürüb qaçacaq. Soyuqdəymə, qrip olmaq riski böyükdür: bol vitamin qəbul edin və özünüzü soyuğa verməyin. Həftənin sonunda həyatınızda yeni bir mərhələ başlayacaq: xoşbəxt günlərə hazır olun. Uğurlu günləriniz 15, 17 dekabr, uğursuz gününüz isə 12 dekabrdır.

ƏKİZLƏR bürcü


Bu həftə burnunuzu başqalarının işlərinə soxmaqdansa, əvvəlcə öz çoxsaylı problemlərinizi həll etmək daha yaxşı olar. Çöldə kiminləsə dava etmək riski çoxdur: gərgin həftə olacaq və acığınızı başqalarından çıxarmağa çalışacaqsınız. Cümə axşamı karyera məsələlərində irəliləyiş gözlənilir: əziyyətinizin bəhrəsini görəcəksiniz. Cümə günü işgüzar sənədlər, müqavilələr və əməliyyatlar tərtib edərkən diqqətli olun: kiçik bir səhv sizə baha başa gələr. Uğurlu günləriniz 13, 16 dekabr, uğursuz gününüz isə 15 dekabrdır.

XƏRÇƏNG bürcü


Bu yaxınlarda vacib qərar vermisiniz və bu, artıq həyatınıza müsbət təsir göstərir. Bazar ertəsi sizi işgüzar görüş və ya uğurlu müsahibə ilə sevindirəcək. İşdə nə qədər səy göstərməyinizdən asılı olmayaraq, hələ də ciddi dəyişikliklər gözlənilmir: ancaq buna baxmayaraq, karyera nərdivanına qalxmaq üçün real şansınız ola bilər. Bu həftə mənzil problemlərinizi uğurla həll edə bilərsiniz. Cümə günü şəxsi həyatınızla bağlı tələsik qərarlar verməmək daha yaxşıdır: o insanla ömrünüzün sonuna qədər yaşamaq istəyinizdən əminsiniz? Uğurlu günləriniz 11, 12 dekabr, uğursuz gününüz isə 13 dekabrdır.

ŞİR bürcü


Bu həftə istənilən şəraiti öz xeyrinizə çevirmək imkanınız olacaq: uğur və qazanc sizi gözləyir. Başınıza gözəl “bəla” gələcək: həyatınıza dəlisov, çılğın bir insan daxil olacaq. Sakit həyata son deyin və macəralara hazır olun. Çöldə gəzəndə başınıza pulla dolu zənbil düşsə, təəccüblənməyin: varlı olacağınız tarix yaxınlaşır. Həftəsonuna yaxın maraqlı və perspektivli dövr başlayacaq ki, bu da sizin yeni dostlar qazanmağınızla sonlanacaq. Uğurlu günləriniz 14, 16 dekabr, uğursuz gününüz isə 12 dekabrdır.

QIZ bürcü


Bu həftə taleyin sizə göndərdiyi əlamətlərə diqqət etməlisiniz: əlinizə gözəl şanslar düşə bilər, onları qaçırmayın. Həftəiçi təsədüfi bir tanışlıq həyatınızı dəyişəcək: sevgi, pul, səyahət, restoranları ziyarət həyatınızı rəngarəng edəcək. Həftəsonu diqqətli olun: sizi tələyə salmaq istəyəcəklər. Yaxın insanın əli ilə sizə cəlbedici təkliflər gələ bilər: 100 ölçüb, bir biçin. Bazar günü xaricdən xoş xəbər gözləyin. Uğurlu günləriniz 14, 15 dekabr, uğursuz gününüz isə 16 dekabrdır.

TƏRƏZİ bürcü


Evdə qalan qızlar, vaxtınız gəldi: qapınızı açıq saxlayın, çünki elçilər əli dolu gələcəklər. Talib xarici görünüşcə yaraşıqlı olmaya bilər, lakin ürəyi çox gözəldir və sizi sevəcək. Bundan əlavə, o, imkanlı ailədən olacaq. Subay bəylərin qarşısına isə özünü “sırımağa” oğlan axtaran qızlar çıxacaqlar: bu həftə tanışlıq məsələrində diqqətli olun. Həftənin ortasında gizlənən ilanlar üzə çıxacaq: sizi sancmağa, həyatınıza müdaxilə etməyə çalışacaqlar. Cümə günü gərgin zəhmətiniz yaxşı nəticələr əldə etməyə imkan verəcək. Uğurlu günləriniz 12, 17 dekabr, uğursuz gününüz isə 13 dekabrdır.

ƏQRƏB bürcü


Bu həftə özünüzü hadisələrin mərkəzində hiss edəcəksiniz: başınıza maraqlı işlər gələcək. Həftənin əvvəlində yaradıcı və peşəkar fəaliyyətinizi inkişaf etdirmək cəhdlərini hələ ki arxa planda saxlayın: nəticələr uğursuz ola bilər. Öz ideyalarınızı ətrafdakılarınızla bölüşün. Bu, sizə şöhrət, pul və məşhurluq gətirəcək. Həftənin sonunda sizi emosiyalar qasırğası gözləyir: narahat olmayın, emosiyalar xoş və həyəcanlı olacaq. Uğurlu günləriniz 13, 15 dekabr, uğursuz gününüz isə 11 dekabrdır.

OXATAN bürcü


Bu həftə bütün iş və biznes məsələlərini uğurla həll edəcəksiniz: bununla belə, ulduzlar qeyri-qanuni və ya sərfəli olmayan maliyyə sərmayələri ilə bağlı şirnikləndirici təklifləri qəbul etməməyi məsləhət görür. Sağlamlığınıza xüsusi diqqət yetirin: havaya uyğun geyinin, vitaminlər qəbul edin və kifayət qədər yatın. Sevdiyiniz insanla münasibətlərinizdə üçüncü şəxslərin təxribatlarına və tənqidlərinə fikir verməməyə çalışın, yalnız ürəyinizə güvənin. Uğurlu günləriniz 12, 15 dekabr, uğursuz gününüz isə 14 dekabrdır.

OĞLAQ bürcü


Həftə sizin üçün ziddiyyətli və rənglarəng olacaq: uğurlar uğursuzluqlarla, yüksək əhval ruh düşkünlüyü ilə əvəzlənəcək. Yeni sosial mühitdə diqqət mərkəzində olmaq üçün gözəl imkanınız olacaq. Bu dövrdə bütün istedadlarınızı, güclü tərəflərinizi nümayiş etdirməyə və yaxşı nüfuz qazanmağa çalışın. Bürcün bəzi nümayəndələri yeni yaradıcılıq nailiyyətləri üçün ilham ala və ictimaiyyətin diqqətini cəlb edəcək şah əsər yarada biləcəklər. Maliyyə sahəsində işləyirsinizsə, həftənin ilk yarısında uğurlu əməliyyatlar edə biləcəksiniz. Romantik həyat ruh yoldaşını axtaran bürcün nümayəndələri üçün parlaq və zəngin olacaq. Uğurlu günləriniz 14, 17 dekabr, uğursuz gününüz isə 16 dekabrdır.

DOLÇA bürcü


Bu həftə başınız peşəkar problemlərin həllinə qarışacaq: siz təkcə işlərinizin öhdəsindən gəlmək deyil, həm də həmkarlarınıza və tərəfdaşlarınıza köməklik göstərməli olacaqsınız. Yaxşı nəticə əldə etmək üçün yeni biliklər əldə edə bilərsiniz. Həftəsonuna qədər maliyyə sektorunda irəliləyişlər gözlənilir: maddi mükafatlar istisna deyil. Həftəsonu həmkarınızla roman yaşıya bilərsiniz: bəlkə də o, sizin gələcək həyat yoldaşınız olacaq. Uğurlu günləriniz 12, 14 dekabr, uğursuz gününüz isə 15 dekabrdır.

BALIQLAR bürcü


Bu həftə maraqlı və yaddaqalan keçəcək: yeni tanışlıqlar həyatınızı rəngarəng edəcək. Həftənin ortasında yaxşı maliyyə vəziyyəti sizə çoxdan arzuladığınız şeyi əldə etməyə imkan verəcək. Həftənin ikinci yarısı sənədləşmə işlərinə həsr olunacaq. Həftəsonunu ailəniz və ya dostlarınızla keçirin, onlardan cari problemlərin həlli üçün dəyərli məsləhətlər eşidə bilərsiniz. Bazar günü xoş sürprizə hazır olun: şoka düşəcəksiniz. Uğurlu günləriniz 15, 16 dekabr, uğursuz gününüz isə 12 dekabrdır.

Son xəbərlər

Xəbər
Bu gün, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Bu gün, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Bu gün, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Bu gün, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Bu gün, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Bu gün, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Bu gün, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Bu gün, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Bu gün, 09:33

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Bu gün, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
17 oktyabr 2026, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
17 oktyabr 2026, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
17 oktyabr 2026, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
17 oktyabr 2026, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
17 oktyabr 2026, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
17 oktyabr 2026, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
17 oktyabr 2026, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
17 oktyabr 2026, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
17 oktyabr 2026, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
17 oktyabr 2026, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

Oxşar xəbərlər