top
Həftəlik bürclər 11 MART - 17 MART
10 mart 2024, 10:00
- +

Həftəlik bürclər 11 MART - 17 MART

QOÇ bürcü


Önümüzdəki həftə özünüzdən çox razı qalacaqsınız: etdiyiniz işlərə görə özünüzə minnətdarlıq hissi keçirəcəksiniz. Hiss edəcəksiniz ki, fəaliyyətinizdən nəticələr əldə edirsiniz. Ola bilsin ki, siz hansısa işə çox səy, resurs yatırmısınız və yalnız növbəti həftə bundan maddi nəticələr əldə edəcəksiniz. Bəzi Qoçlar, xüsusən də subay olanlar üçün bu, yeni, xoş tanışlıqlar həftəsidir: qarşınıza Balıq, Əkizlər və ya Şir çıxsa, mütləq onlara diqqət yetirin. Qoç bürcünə məsləhət odur ki, çəhrayı rəngli eynəkləri çıxarıb dünyaya daha real baxsınlar: ideal hesab etdiyiniz və ya dost bildiyiniz insanlar fikirləşdiyiniz kimi deyillər. Uğurlu günləriniz 11, 13 mart, uğursuz gününüz isə 17 martdır.

BUĞA bürcü


Bu həftə sizin üçün həqiqətən çox xoş və məhsuldar olacaq: layiq olduğunuz nəticələr, təriflər, mükafatlar alacaqsınız. Siz çox möhkəmsiniz və böyük dözümlə növbəti həftənin sizə verəcəyi bütün sınaqlardan keçəcəksiniz. Ola bilsin ki, Buğa keçmişdə dost olduğu və ya işlədiyi bir insanla qarşılaşsın: ondan maddi vəziyyətinizi yaxşılaşdıra biləcək təklif gələ bilər. Münasibətdə olanlar səbirli olmalıdırlar: hər iki ailə tərəfdən basqıya məruz qala bilərsiniz. Xaricdə təhsil almaq istəyənlər, arzunuza bu yaxında çatacaqsınız: əziyyətiniz yerdə qalmayacaq. Uğurlu günləriniz 14, 17 mart, uğursuz gününüz isə 12 martdır.

ƏKİZLƏR bürcü


Bir həftə şanslarla dolu günlər gözlənilir: çoxlu yeni imkanlarınız yaranacaq. Əkizlər sərfəli sərmayə yatırmaq üçün yeni təkliflər ala bilər. Sizi son vaxtlar narahat edən məsələ tezliklə həll olunacaq. Ev almaq istəyənlərin qarşısına bunun üçün sərfəli şərtlər çıxacaq: yararlansanız, uduzmayacaqsınız. Həftənin sonunda seçim qarşısında qalacaqsınız və hər şeyi təhlil etməli, hesablamalı və düzgün qərar qəbul etməli olacaqsınız. Uğurlu günləriniz 12, 13 mart, uğursuz gününüz isə 15 martdır.

XƏRÇƏNG bürcü


Qarşıdan gələn həftədə özünüzə inamınız azalacaq: ətrafınızdakılardan biri sizi asanlıqla manipulyasiya edə bilər. Yad adamların işlərinizə qarışmasına imkan verməyin: qərarları özünüz verin və rasional olmağa çalışın. Həftənin sonunda işləriniz öz yönündə getməyə bilər: bunu müvəqqəti çətinliklər kimi qəbul edin. Bu mənfi dövr həyatınızda yeni bir mərhələyə keçməyə işarə olacaq: inanın, bu, pis şeylərin sonu olacaq. Çətinlikləri asanlıqla geridə qoyacaqsınız və həyat sizə mükafat göndərəcək. Uğurlu günləriniz 11, 14 mart, uğursuz gününüz isə 16 martdır.

ŞİR bürcü


Bu həftə qarşılıqlı yardım dövrüdür, belə ki, çevrənizdən kiminsə köməyə ehtiyacı ola bilər: ona yardım edin. Çünki çox keçmədən sizin də yardıma ehtiyacınız olacaq və o insan sizə kömək əlini uzadacaq. Bu həftə təhsilinizə vaxt ayırmaq, yeni bir şey öyrənmək və ya uzun müddətdir öyrənmək istədiyiniz sahəyə qərq olmaq sizə fayda verəcək. Öyrəndikləriniz gələcəkdə sizə pul qazanmağa yardım olacaq. Subaylar, diqqətli olun: fırıldaqçı Oğlağa və ya Balıqlara vurula bilərsiniz. Uğurlu günləriniz 15, 17 mart, uğursuz gününüz isə 13 martdır.

QIZ bürcü


“İşləmək, işləmək və bir daha işləmək!” – bu, həftənizin şüarı olacaq. İnanın ki, bunun bəhrəsini tezliklə görəcəksiniz: ya karyera yüksəlişi, ya da maaş artımı gözləyin. Bank əməliyyatlarında diqqətli olun: yatırım etsəniz və ya kredit götürsəniz, sonra “altından çıxa” bilməyəcəksiniz. Həftənin ortasında sizi gizlicə sevən birini ifşa edəcəksiniz. Bazar günü dava-qırğın baş verə bilər: bu, qısqanclıq zəminində ola bilər. Uğurlu günləriniz 12, 14 mart, uğursuz gününüz isə 17 martdır.

TƏRƏZİ bürcü


Həftə hədiyyələrlə zəngin olacaq: maddi durumunuz xeyli yaxşılaşacaq. Ailənizlə, xüsusən də ananızla vaxt keçirmək yaxşı olardı: bu həftə o, sizə dayaq olacaq. Bu dövrdə sizin əsas güc mənbəyiniz qadınlardır. Həftənin ortasında zəhmətinizin ilk nəticəsini görəcəksiniz. Əgər bu vaxta qədər sizə elə gəlirdi ki, çox çalışırsınız, bütün gücünüzü bu işə qoyursunuz, amma qarşılığını almırsınız, bundan sonra bəhrəsini almağa başlayacaqsınız. Uğurlu günləriniz 11, 13 mart, uğursuz gününüz isə 15 martdır.

ƏQRƏB bürcü


Təhsil və işlə bağlı hər şey bu həftə sizin güclü tərəfiniz olacaq. Siz plana metodik və aydın şəkildə əməl etsəniz, biznesdə uğur qazanacaqsınız. Bu həftə sizdən nizam-intizam, detallara diqqət kimi xüsusiyyətlər tələb olunacaq. Evdə qalmış qızların bəxti açılacaq: axır ki, ər çörəyini yeyəcəksiniz. Nişanlanmaq və ya toy etmək fikrinə gələ bilərsiniz: 100 ölçüb, 1 biçin. Sağlamlığınıza diqqət yetirin, imkan varsa, idmana yazılın. Uğurlu günləriniz 12, 16 mart, uğursuz gününüz isə 11 martdır.

OXATAN bürcü


Əvvəlcə hər şeyi təhlil edin və yalnız sonra qərarlar verin: bu həftə məsuliyyətsiz hərəkətlər etsəniz, bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq. Sizə məntiq və ayıq hesablama lazım olacaq: bu, uğurlu iş birliyi qurmaq və ya karyera yüksəlişinə yiyələnməkdə sizə kömək edəcək. Başqalarına irad bildirməyə son qoymalısınız: bu, yalnız yeni münaqişəyə səbəb olacaq. Daha təmkinli və mehriban olun: ətrafınızdakılara təriflər söyləmək, əvvəllər münaqişə və anlaşılmazlıq yaşadığınız insanlarla dil tapmaq daha yaxşı olar. Uğurlu günləriniz 16, 17 mart, uğursuz gününüz isə 12 martdır.

OĞLAQ bürcü


Bu həftə sevgi yolunda mübarizə aparmalısınız: sizin əlinizdən ikinci yarınızı almağa çalışacaqlar və ya sizin soyuq münasibətiniz səbəbindən sevgiliniz “istiliyi” başqasında axtaracaq. Qalmaqalın düz mərkəzində ola bilərsiniz, bu şəraiti isə paxıllar yaradacaqlar. Amma siz onlardan üstünsünüz, sadəcə gülümsəyin və həyatınıza davam edin. Bürcün sevgilisi olmayan, tənha nümayəndələrinin bəxti gətirməyə bilər: qarşınıza sizin hisslərinizlə oynayan biri çıxacaq, ağlınızı alıb istədiklərini edəcək. Uğurlu günləriniz 12, 15 mart, uğursuz gününüz isə 11 martdır.

DOLÇA bürcü


Bu həftə əl atacağınız hər iş uğurla sonlanacaq. Lakin qərarsızlıq, özünəinamın olmaması, şübhə və tərəddüd səbəbindən perspektivli imkanları və ya şansları itirə bilərsiniz. Tənhalıqdan şikayətlənənlər, bəlkə ideal axtarmaqdan vaz keçəsiniz? Bəlkə sizi sevən yanınızdadır, sadəcə özünüz ətrafınıza diqqətlə baxmırsız? Xaricdə təhsil almaq istəyənlərin bəxti gətirəcək: siz məqbul cavab alacaqsınız. Həftəsonu çoxdan görmədiyiniz bir insanla qarşılaşacaqsınız: onun təklifləri və sözləri sizi aldada bilər. Uğurlu günləriniz 14, 16 mart, uğursuz gününüz isə 12 martdır.

BALIQLAR bürcü


Bu həftə gerçəkləşdirmək istədiyiniz xəyalların ardınca gedəcəksiniz: uğur daim sizi taqib edəcək. Karyeranıza müsbət təsir edəcək bir təlimdə iştirak edə, uzun müddətdir biznesinizlə bağlı etməyi planlaşdırdığınız layihələri reallaşdıra bilərsiniz. Lakin pulunuza qənaət etmək tövsiyə olunur: gələn həftə uğur vəd edən layihəyə yatırım etmək lazım olacaq. “Mall”da və ya bazarda gələcək həyat yoldaşınızla rastlaşa bilərsiniz: bir məhsul üstündə davanız düşsə və ya biri sizi yerə yıxsa, bilin ki, o, həmin şəxsdir. Uğurlu günləriniz 12, 14 mart, uğursuz gününüz isə 15 martdır.

Son xəbərlər

Xəbər
Bu gün, 12:14

Sudan 50 nəfərin meyiti çıxarılıb

Xəbər
Bu gün, 11:39

Şahmar Ələkbərovun anım günüdür

Xəbər
Bu gün, 11:33

Aktrisa Mehriban Xanlarovanın ad günüdür

Xəbər
Bu gün, 11:30

49 yaşlı kişi evində ölü tapıldı

Xəbər
Bu gün, 11:02

Boris Xetaqurovun 86 yaşı tamam olur - FOTO

Xəbər
Bu gün, 10:30

Tbilisi-Bakı qatarına biletlərin çətin tapılması ilə bağlı açıqlama – RƏSMİ

Xəbər
Bu gün, 10:00

Bakıda narkoşəbəkə ifşa edildi

Xəbər
Bu gün, 09:33

Ali məktəblərə ixtisas seçimi BAŞLADI

Xəbər
Bu gün, 09:24

Türkiyədə meyiti tapılan iş adamı tiktoker "Beniz"in həyat yoldaşı olubmuş...

Xəbər
Dünən, 17:55

Yasamalda soyğunçuluq edən tutuldu

Xəbər
Dünən, 17:19

Şüvəlanda 1 ildir itkin kimi axtarılan qadının skeleti tapıldı - Oğlu tutuldu

Xəbər
Dünən, 17:10

Suraxanıda usta mənzildən 10 min manatlıq oğurluq etdi

Xəbər
Dünən, 16:35

Zeynəb Xanlarovanın 90 illik yubileyi harada keçiriləcək?

Xəbər
Dünən, 16:11

Siqareti arvadının alnında söndürdü

Xəbər
Dünən, 15:30

Bakıda ət qiymətinə satılan meyvə - FOTO

Xəbər
Dünən, 14:38

Sarayda 30 yaşlı kişinin meyiti tapıldı

Xəbər
Dünən, 14:10

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

Xəbər
Dünən, 13:42

Heyvan kəsimi məntəqələrində ciddi PROBLEM

Xəbər
Dünən, 12:53

Yeni qatarlar Qırmızı xəttə buraxılacaq - Bakı metrosundan AÇIQLAMA

Xəbər
Dünən, 11:47

Heyvan biznesi bəhanəsi ilə yüzminləri ələ keçirdi

Xəbər
Dünən, 11:38

Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 şəxs saxlanıldı

Xəbər
Dünən, 11:12

Hava limanı yolundakı yeni qurğular sürətölçən cihaz deyil - RƏSMİ AÇIQLAMA

Xəbər
Dünən, 10:46

Küçədə halı pisləşdi, xəstəxanada öldü

Xəbər
Dünən, 10:20

Buzovnada 30 yaşlı kişi dənizdə batdı

Oxşar xəbərlər