top
Həftəlik bürclər 12 FEVRAL - 18 FEVRAL
11 fevral 2024, 10:00
- +

Həftəlik bürclər 12 FEVRAL - 18 FEVRAL

QOÇ bürcü


Bu müddət ərzində sizi çox şeylər gözləyir və siz onların, demək olar ki, hamısının öhdəsindən gələ biləcəksiniz. Hər şeyə tam məsuliyyətlə yanaşmağa çalışın, bu, sonradan sizə əlavə gəlir gətirəcək. Sevgilinizdən sevgililər gününə nə istədiyinizi deyin: əks-təqdirdə, çox güman ki, sizə lazımsız hədiyyə bəxş edəcək və sizin əhval-ruhiyyəniz korlanacaq. Müdiriyyətinizdən istirahət günü gözləməyin: işiniz başınızdan aşacaq. Uğurlu günləriniz 13, 16 fevral, uğursuz gününüz isə 14 fevraldır.

BUĞA bürcü


Buğa, ağlamağı yığışdırın və özünüzə gəlin: sizin zəkanız dünyanı alt-üst edər! Bu həftədən öz üzərinizdə işləyin, planlar qurun və reallaşdırmağa çalışın. Subayların bəxti gətirəcək: sevgililər günü restoranda digər masada oturan insan sizə göz-qaş edəcək. Fərasətli olun və qarşınızda olan insanı əla almağı bacarın. Həftənin sonunda peşəkar fəaliyyətinizdə səhvlər edə bilərsiniz, ona görə də, xüsusən də başqalarının təzyiqi altında qərar qəbul etməyə tələsməyin. Uğurlu günləriniz 14, 15 fevral, uğursuz gününüz isə 16 fevraldır.

ƏKİZLƏR bürcü


Adətən, Dolça bürcünə “allergiyası” olan Əkizlər bu həftə həmin insanlarla münasibətə başlaya bilərlər. Subay qızlar, diqqətli olun! Dolçaya “yox” desəniz, o, sizi qaçıra bilər. Ümumiyyətlə, ulduzlar bu il subay Əkizlərin “torbasını tikmək” qərarına gəliblər: sultanlıq əlinizdən alınacaq. Həftəiçi illər əvvəl işdədiyiniz bir insanla qarşılaşacaqsınız: onunla biznes qurmaq və böyük gəlirlər qazanmaq təklifi alacaqsınız. “Yox” deməyin: varlı həyat uzaqda deyil. Uğurlu günləriniz 16, 18 fevral, uğursuz gününüz isə 12 fevraldır.

XƏRÇƏNG bürcü


Bu həftə dostlar Xərçəngi çox əsəbiləşdirəcəklər: Allah səbir versin sizə. İşləriniz istədiyiniz kimi getməyə bilər, lakin cümə günündən vəziyyət 180 dərəcə dəyişəcək: pis günlər uğurlu günlərlə əvəzlənəcək. Subay bəylər sanki kor olublar: ətrafınızda sizi sevən qız var, o, sizə istəyini göstərir, lakin siz onu dost kimi qəbul edirsiniz. Gözünüzü açın və xoşbəxtliyinizi əlinizdən qaçırmayın. Sevdiklərinizi incitməməyə çalışın, özünüz də xırda şeylərə görə inciməyin. Düşmənçilik yaradan insanlarla ünsiyyətdən imtina etməlisiniz: hazırda onlar sizin üçün xüsusilə təhlükəlidirlər. Uğurlu günləriniz 12, 17 fevral, uğursuz gününüz isə 14 fevraldır.

ŞİR bürcü


Bu həftə səxavətli olun: sizi sevənlər sizin əlinizə baxırlar. Hədiyyə almaqdan, pul xərcləməkdən çəkinməyin: xərclədiyiniz pullar sizə 5 qat qayıdacaq. Həftəiçi xırda problemlər mümkündür, lakin daha pisə doğru heç bir ciddi dəyişiklik gözlənilmir.Yeni tanışlarla ünsiyyətdə diqqətli olmalısınız: siz vicdansız insanları özünüzə cəlb edə bilərsiniz. Mürəkkəb hüquqi və əmlak məsələləri sizin üçün uğurla həll oluna bilər. Əlavə gəlir, o cümlədən gözlənilməz təkliflər istisna deyil. Uğurlu günləriniz 13, 18 fevral, uğursuz gününüz isə 15 fevraldır.

QIZ bürcü


Həftənin əvvəli sizi müsbət xəbərlər gözləyir: qarşınızda yeni imkanlar açılacaq. Həftənin ortası maliyyə məsələlərində ehtiyatlı olmağı tələb edəcək: xırda-xırda pul xərcləmək istəyəcəksiniz, ancaq sağlam düşüncədən istifadə etməli və keçici istəklərə qapılmamalısınız. Romantik münasibətlərdə diqqətli olmalısınız, bu, anlaşılmazlıqların qarşısını almağa kömək edəcək. Sevgililər gününə xoş bir hədiyyə alacaqsınız: göz yaşlarınızı saxlamaq mümkün olmayacaq. Uğurlu günləriniz 14, 16 fevral, uğursuz gününüz isə 13 fevraldır.

TƏRƏZİ bürcü


Bu həftə planlaşdırılmamış səyahətə çıxa bilərsiniz. Bəzi pis vərdişlərdən imtina etməyi düşünün: pəhrizinizi dəyişdirməli və ya idmanla məşğul olmalısınız. Həftəsonu sizə problemlər gətirə bilər: başqaları ilə münasibətlərinizdə sizi “fiasko” gözləyir. Mübahisələr və qalmaqallar sizi çox narahat edə bilər, vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışın və hər şeyi qaynar nöqtəyə gətirməyin. Subaylar, 14 fevralda qarşınıza mələk kimi bir insan çıxacaq: lakin diqqətli olun, sınayın o insanı və unutmayın ki, şeytan da bir mələkdir. Uğurlu günləriniz 12, 15 fevral, uğursuz gününüz isə 14 fevraldır.

ƏQRƏB bürcü


Bu həftə pis şeylər haqqında düşünməməlisiniz: növbəti yeddi gündə pozitivlikdən həzz alacaqsınız və arzularınızın dalınca gedəcəksiniz. Sizi gözlənilməz dönüşlər, çoxlu sürprizlər gözləyir: narahat olmayın, bütün dəyişikliklər yalnız yaxşılığa doğru olacaq. Həftəsonu varlanmaq və problemlərinizi unutmaq fürsətiniz ola bilər: ancaq bu, yalnız şansınızı əldən vermədiyiniz təqdirdə baş verəcək. Uğurlu günləriniz 17, 18 fevral, uğursuz gününüz gözlənilmir.

OXATAN bürcü


Oxatanlar, bu həftə bəxtəvər olacaqsınız: nə problem varsa, anidən həll olunacaq. Sizi xoş sürprizlər gözləyir, xoşbəxtlik qapınızı döymək üzrədir. Onu təbəssümlə qarşılayın və qorxularınızı bir kənara atın. Bununla belə rəqiblərin diqqətini çəkməyin: uzun müddət məkrli bir şey planlaşdıran düşmənlər fəallaşa bilərlər. Ancaq vaxtında bir şeyin səhv olduğunu görsəniz, onları məğlub edə bilərsiniz. 14 fevralda qarşı tərəfdən ev, avtomobil, qızıl, səyahət tələb edə bilərsiniz: həmin insan onu mütləq gerçəkləşdirəcək, amma… nə vaxtsa. Uğurlu günləriniz 13, 14 fevral, uğursuz gününüz gözlənilmir.

OĞLAQ bürcü


Oğlaqı sevməmək olaq?! Onun yaraşığı, cazibəsi, şirinliyi insanları dəli edir: bu həftə çox insan Məcnun olub, onun ürəyini almaq istəyəcək. Sevgi, münasibət baxımından, oğlaqlar, bəxtiniz gətirəcək: elə bir hadisə baş verəcək ki, həyatınız anidən dəyişəcək. Çox işləyirsiniz, amma zəhmətiniz layiqincə qiymətləndirilmir: müdiriyyətdən maaş artımı istəmək vaxtı gəldi. Bir yerdə durmayın: yenilikləri sınayın və inanın ki, sizdə hər şey alınacaq. Həftəsonu ağzınızdan çıxana fikir verin: artıq bir söz böyük konfliktə çevrilə bilər. Uğurlu günləriniz 12, 15 fevral, uğursuz gününüz isə 17 fevraldır.

DOLÇA bürcü


Dolça dünyaya yeniliklər gətirmək üçün doğulub! Bu həftə sizin zəkanız hamını çaşbaş edəcək: pərəstişkarlarınız artacaq. Bu ağıl ki var, dünyanı dəyişməyə qadirdir və bunu siz bilirsiniz, amma gəl ki, tənbəlsiniz. Çərşənbə axşamından sonra pula pul deməyəcəksiniz: gəlir gözləmədiyiniz yerdən gələcək. Sizi qıcıqlandıran insanlardan çəkinin. Ancaq yeni başlanğıclar gələcəkdə sizə zövq və fayda gətirəcək. Lotereyada bəxtiniz gətirə və ya mərc qazana bilərsiniz. Ancaq çaşqın olmayın, çünki bildiyiniz kimi, bəxt dəyişkən ola bilər. Uğurlu günləriniz 16, 17 fevral, uğursuz gününüz isə 12 fevraldır.

BALIQLAR bürcü


“Mənim niyə axı bəxtim gətirmir?!” Həmin suala cavab axtarmağa bu həftə son qoyacaqsınız. Qara buludlar çəkiləcək, günəş doğacaq: həyatınıza xoşbəxtlik daxil olacaq. Köhnə işlərinizi tamamlamağa və ya borclarınızı ödəməyə çalışın və bundan sonra həyatda yeni bir mərhələyə başlaya bilərsiniz. Həftəsonu sevdikləri ilə birlikdə yaşamağa qərar verən Balıqların bəxti gətirməlidir: gələcəyə dair layihələri ətraflı şəkildə planlaşdırmağa vaxt ayırın, çünki çox yaxında onları həyata keçirməyin vaxtı gələcək. Uğurlu günləriniz 12, 13 fevral, uğursuz gününüz isə 15 fevraldır.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

79 motosiklet və moped duracağa yerləşdirildi

Xəbər
Bu gün, 17:57

Öskürəyə görə başlayan mübahisə qanla bitdi: 27 yaşlı usta qətlə yetirildi

Xəbər
Bu gün, 17:37

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Xəbər
Bu gün, 17:03

Sabahın hava proqnozu açıqlandı

Xəbər
Bu gün, 16:03

Ölən direktor müavini tanınmış dirijorun qohumu imiş

Xəbər
Bu gün, 15:03

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

Xəbər
Bu gün, 14:50

Zənglərinə cavab verməyən dostunu bıçaqladı - BAKIDA

Xəbər
Bu gün, 14:03

Həbsdən çıxan yüzlərlə şəxs işlə təmin edilib

Xəbər
Bu gün, 13:03

Xəstəlikləri öncədən proqnozlaşdıracaq sistem: Səhiyyə Nazirliyinin  mütəxəssisi izah edir

Xəbər
Bu gün, 12:03

Kişi yemək bişirməyən arvadını telefonla döydü

Xəbər
Bu gün, 11:04

71 yaşlı kişi ağacdan yıxıldı, öldü

Xəbər
Bu gün, 10:04

Azərbaycan nefti 80 dollara satılır

Xəbər
Dünən, 18:00

Bakıda binanın zirzəmisindən çürümüş meyit tapıldı

Xəbər
Dünən, 17:31

Bakının bir çox ərazisində niyə su yoxdur? - RƏSMİ

Xəbər
Dünən, 17:10

Qadın restoranda qəfil vəfat etdi

Xəbər
Dünən, 17:02

Binəqədidə biabırçı vəziyyət

Xəbər
Dünən, 16:10

Bakıda FACİƏ: Qardaşının evinə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü

Xəbər
Dünən, 15:46

Mərdəkanda dənizdə 4 nəfər batdı - YENİLƏNİB

Xəbər
Dünən, 15:14

Sabah hava necə olacaq?

Xəbər
Dünən, 14:38

Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq

Xəbər
Dünən, 14:15

Evə içkili gəldiyinə görə irad tutan oğlunu bıçaqladı

Xəbər
Dünən, 13:49

Bülbülün doğum günüdür

Xəbər
Dünən, 13:15

Gəlinini döyən qayınana ilə bağlı yeni qərar

Xəbər
Dünən, 12:46

Bu çimərliklərdə çimmək qadağan edildi

Xəbər
Dünən, 12:15

Səngəçal karvansarasına ziyan vurulub, hadisəni törətmiş şəxslər məsuliyyətə cəlb olunacaq

Xəbər
Dünən, 11:15

Bilgəhdə adam batıb

Xəbər
Dünən, 10:15

Ötən həftə 7 nəfərin meyiti tapılıb - VİDEO

Xəbər
Dünən, 09:16

Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Oxşar xəbərlər