top
Həftəlik bürclər 13 MAY - 19 MAY
12 may 2024, 10:00
- +

Həftəlik bürclər 13 MAY - 19 MAY

QOÇ bürcü


Bu həftə sizi uğurlu günlər gözləyir: ulduzların ən sevimli bürcü siz seçilmisiniz. Maaş artımı və ya pul mükafatı almaq şansı çox yüksəkdir: çoxdandır yaşanan maliyyə problemi həftəsonu həll olunacaq. Neytrallıq, soyuqqanlılıq və özünənəzarət Qoçlara peşəkar sahədə çox yaxşı nəticələr əldə etməyə kömək edəcək. Sevgi cəbhəsində inanılmaz hadisələr baş verəcək, hətta buna görə yaxşı mənada ağlınızı itirə bilərsiniz. Həmçinin çərşənbə və ya cümə günü dostunuzdan sizi sevindirəcək xəbər alacaqsınız. Uğurlu günləriniz 13, 17 may, uğursuz gününüz isə 15 maydır.

BUĞA bürcü


Həftənin əvvəlində həssas olacaqsınız və hər kəs sizi əsəbiləşdirəcək. Lakin həftənin ortasında hər şey dəyişəcək: aldığınız xoş xəbərlər sizi emosional böhrandan çıxaracaq. Xarizmatik olan Buğa hər kəsin ürəyini ala bilir: ona, hətta əsəbiləşmək də olmur, bir təbəssümü ilə hirsi unutdurur. Bu üsulu bu həftə işlədin, çünki müdiriyyətlə kiçik anlaşılmazlıq ola bilər. Sağlamlığınıza diqqət yetirməlisiniz: son vaxtlar ağır işlər görürsünüz, stres keçirirsiniz. Əgər canınız işdən vacibdirsə, bu həftə tətilə çıxın və ya ən azı əlavə iki gün istirahət götürün və istirahət edin. Uğurlu günləriniz 18, 19 may, uğursuz gününüz isə 14 maydır.

ƏKİZLƏR bürcü


Həftənin əvvəlində Əkizlər emosional böhran yaşaya, yalnızlıq, güvənsizlik hiss edə, həyatın maraqsız və mənasız keçdiyi fikrinə gələ bilərlər. Bu səhv düşüncələri ağlınızdan atın: sizi qarşıda gözəl günlər, macəralarla dolu hadisələr, yeni tanışlıqlar və daha nələr gözləyir. İşgüzar Əkizləri isə xoş xəbər gözləyir: maddi durumun yaxşılaşması, böyük məbləğdə bonuslar almaq ehtimalı da var. Sevgilisi olanlar romantik ab-havada gözəl vaxt keçirəcəklər: ən xoşbəxt anları yaşayacaqsınız, hətta evlilik təklifi ala bilərsiniz. Uğurlu günləriniz 15, 19 may, uğursuz gününüz isə 13 maydır.

XƏRÇƏNG bürcü


Bu bürcü sevməyən var? Düşünürük ki, yoxdur. Bu həftə Xərçəngin dalınca Əqrəb, Dolça və Balıq bürclərinin nümayəndələri düşəcəklər: hər kəs onun ürəyini almağa, ona sahib olmağa çalışacaq. Ümumiyyətlə, bu dövrdə diqqət mərkəzində olacaqsınız: bu, həm şəxsi həyatda, həm də işgüzar fəalliyətinizdə özünü büruzə verəcək. Qohumlarınız adınızı xəbərlərin buraxılışında eşidə bilərlər: böyük uğurlara imza atmaq vaxtı gəldi! Həftəsonu maraqlı təklif gözləyin; bu təklifi qəbul və ya rədd etməzdən əvvəl 100 ölçüb, bir biçin. Uğurlu günləriniz 16, 17 may, uğursuz gününüz isə 18 maydır.

ŞİR bürcü


Şir həmişə şirdir! Bu həftə bu bürcdən olanlar zirvələri fəth edəcəklər: hər kəsin dilində sizin adınız və əməlləriniz olacaq. Lakin bununla düşmən də qazanacaqsınız: sizə paxıllıq edənlərin nə qədər olduğunu bilsəniz, şoka düşəcəksiniz. Lakin siz “İt hürər, karvan keçər” şüarı ilə həyatınıza davam edin. Sevgi axtarışında olanlar tələsməsinlər, çünki o, sizi gözlənilmədən yaxalayacaq. Evli olanlar, qısqanclıqla üzləşə bilərsiz: bu, sizə qarşı aşırı sevgidən irəli gələ bilər. Uğurlu günləriniz 14, 15 may, uğursuz gününüz isə 13 maydır.

QIZ bürcü


Bu həftə tələsik qərarlar verməməyə çalışın: təmkinlə hərəkət edin. Mümkündürsə, bu həftə, ümumiyyətlə, heç bir mühüm qərar qəbul etməyin: istər işdə, istərsə də şəxsi həyatınızda. İşinizdə diqqətli olun: həmkarınız tərəfindən hiylə ilə üzləşə bilərsiniz. Həmin insan sadəcə sizin uğurunuzu həzm edə bilmir: üzünüzə gülür, arxanızca isə dedi-qodu edir. Tənha Qızlar çılğın və atəşli bir həftə keçirəcəklər: yeni tanışlıqlar sizi darıxmağa qoymayacaq. Həftəsonu səs-küydən uzaq olmağa çalışın: stresdən azad olmasanız, sağlamlığınızda problemlər yarana bilər. Uğurlu günləriniz 17, 18 may, uğursuz gününüz isə 16 maydır.

TƏRƏZİ bürcü


Tərəzini çox məhsuldar həftə gözləyir, lakin vacib işləri bazar ertəsi planlaşdırmayın: gecikmələr və maneələr ola bilər. Bu həftə bürcün çalışqan nümayəndələrini maddi mükafat gözləyir. Subayların sevgi macərasına atılmaq şansları böyükdür. Evlilər isə bu həftə romantik anlar yaşayacaqlar. Həftə ərzində xərclərinizə fikir verin, çünki bədxərclik etmək ehtimalı yüksəkdir. Kimin dost, kimin düşmən olduğunu öyrənəcəksiniz: boynunuzda ilan bəsləmisiniz, o insan sizi sancmağa çalışacaq. Bunu vaxtında başa düşsəniz və onunla əlaqəni kəssəniz, zərər görməyəcəksiniz. Uğurlu günləriniz 14, 17 may, uğursuz gününüz isə 18 maydır.

ƏQRƏB bürcü


Əqrəblər bu həftə iki cəbhəyə ayrılacaqlar: bəziləri gücləri tükənənədək işləyəcək, bəziləri isə əksinə, tənbəllik edəcəklər. Bu müddət ərzində yeni biznes və layihələrə başlamağa qətiyyən dəyməz. Maddi durumunuzda problemlər ola bilər, lakin çəkinmədən dostlarınızdan kömək istəyin: narahat olmayın, ayın sonunda bəy balası kimi yaşayacaqsınız. Şəxsi həyatınızda gələcəyinizi kökündən dəyişə biləcək hadisələr gözlənilir. Bu ərəfələr bütün işləriniz çox asanlıqla alınacaq, ona görə də uzun müddətdir yeni bir şey öyrənməyi planlaşdırırsınızsa, buna başlamaq üçün ən yaxşı vaxtdır. Uğurlu günləriniz 16, 18 may, uğursuz gününüz isə 19 maydır.

OXATAN bürcü


Bu həftə sizi çoxlu xoş məqamlarla sevindirəcək. Əgər imicinizi dəyişməyi planlaşdırırsınızsa, fikirlərinizi həyata keçirməkdən çəkinməyin. Bu həftə maliyyə tərəfdən də bolluq gözlənilir. Həftəsonu sizi sürpriz gözləyir, lakin bu sürprizə sevinməyən insanlar da olacaqlar: paxıllıq hissi onları boğacaq. Tənha olanlar münasibətə başlamağa və ya sevgi axtarışına çıxmağa tələsməsinlər: subaylığın dadını çıxarın. “Halva-halva” deməklə ağız şirin olmur: həyatınızda uğurlu günlərin başlanmasını istəyirsinizsə, mütləq özünüz bir iş görün. Uğurlu günləriniz 15, 17 may, uğursuz gününüz isə 14 maydır.

OĞLAQ bürcü


Bu həftə həqiqətən zövq gətirən işlərlə məşğul olacaqsınız. İş tapmaq, CV yerləşdirmək, müsahibədən keçmək üçün məhsuldar günlərdir. Çalışın, xoşlamadığınız insanlardan uzaq durun: sizin hissiniz sizi aldatmır, onlar sizə gələcəkdə problemlər yarada bilərlər. Bürclər arasında ən ağıllılardan birisiniz: hansı işə əl atsanız, mütləq uğurlu alınacaq! Həftəsonu iş təklifi gözlənilir. Bu, həmçinin karyera yüksəlişi ola bilər. Oğlaqlar soyuq münasibətlə üzləşə bilərlər: bunun qarşısını almaq üçün sevgilinizə daha çox vaxt ayırmalısınız. Uğurlu günləriniz 16, 19 may, uğursuz gününüz isə 17 maydır.

DOLÇA bürcü


Bu dövrdə heç kim sultan deyil, padişah deyil, lakin bu sözlər sizə aid deyil, çünki siz elə əsl şah həyatını yaşayacaqsız! Əlinizə külli miqdarda pul gələcək, lakin böyük və ya plansız alış-verişlərdən imtina etmək daha yaxşı olar. Həftəsonu işsizlər sevinəcəklər: gəlirli, sizin arzu etdiyiniz işə başlayacaqsınız. Karyera yüksəlişini gözləyənlər isə sevinc göz yaşlarına qərq olacaqlar. Həftəsonu yorğunluğunuzu çıxarmaq üçün istirahət məkanlarına üz tutun. Bürcün tənha nümayəndələrini yeni tanışlıqlar gözləyir: bəxtiniz açılacaq! Uğurlu günləriniz 13, 15 may, uğursuz gününüz isə 14 maydır.

BALIQLAR bürcü


Bu həftə görəcəyiniz hər bir iş uğurlu olnacaq. Sadəcə pozitiv olun, pessimist olsanız, özünüzə inanmasanız, arzularınız həyata keçməyə bilər. Maddi durumunuz xeyli yaxşılaşacaq, kiçik bonuslar olacaq. Bu, həm də sevgi münasibətlərində ola bilər. Həftənin sonu sürprizlərlə dolu olacaq: uşaqlıq dostunuz və ya köhnə iş yoldaşınız sizə şad xəbər verəcək. Uzunmüddətli səyahətə çıxacaqsız: sonu isə uğurlu olacaq və arzu etdikləriniz yerinə yetəcək. Uğurlu günləriniz 14, 16 may, uğursuz gününüz isə 17 maydır.

Son xəbərlər

Xəbər
Bu gün, 09:20

"Qarabağ" Bakıda "Çelsi"ni qəbul edir

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xəbər
Dünən, 18:00

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Xəbər
Dünən, 17:17

DİQQƏT: Parada görə bu yollar bağlanır

Xəbər
Dünən, 16:19

"Azərbaycan Nəşriyyatı"na pul ayrılmayacaq

Xəbər
Dünən, 15:20

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Xəbər
Dünən, 15:07

Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir

Xəbər
Dünən, 14:20

AzTV-də ciddi nöqsanlar aşkarlandı

Xəbər
Dünən, 13:43

İllər əvvəl Bakıda banda yaradıb, DƏHŞƏT SAÇAN cinayətkara hökm oxundu

Xəbər
Dünən, 13:20

16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI

Xəbər
Dünən, 13:06

Bakıya güclü leysan yağacaq - XƏBƏRDARLIQ

Xəbər
Dünən, 13:02

"Cəmiyyətə belini oynadanları yox, insanlara faydalı bir şey..." - Ülvi Qənizadə

Xəbər
Dünən, 12:20

Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı

Xəbər
Dünən, 11:29

AYNA-dan 20 Yanvar dairəsindəki yeniliklə bağlı AÇIQLAMA

Xəbər
Dünən, 11:08

Avtomobili vaxtında yumadığı üçün ŞİLLƏLƏNDİ

Xəbər
Dünən, 10:47

"Bu sualla Firəngiz xanımın qəlbini qırıb, atamın ruhunu incidirlər" - Ülkər Yaşarqızı

Xəbər
Dünən, 10:34

İcra Hakimiyyətlərinin ləğvi yenidən gündəmə gəldi

Xəbər
Dünən, 10:29

Yasamalda qanunsuz çörək bişirirlərmiş

Xəbər
Dünən, 09:34

Bakıda məktəbli qız itkin düşdü

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2025, 18:00

Bakıda "Changan" qarət edildi

Xəbər
03 noyabr 2025, 17:17

Abubakar Premyer Liqanın tarixinə düşdü

Xəbər
03 noyabr 2025, 17:07

Sabiq məhkum bu dəfə də 9 illik CƏZA ALDI

Xəbər
03 noyabr 2025, 16:14

Bakıda avtomobildən meyit tapıldı

Oxşar xəbərlər