top
Həftəlik bürclər 15 APREL - 21 APREL
14 aprel 2024, 10:00
- ↺ +

Həftəlik bürclər 15 APREL - 21 APREL

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Qoç manipulyasiya etmək və min bir dona girməkdə ustadır, buna görə də məşhur aktyorlar arasında bu bürcün nümayəndələri çoxdur. Bu həftə çoxlarının fikrini öz xeyrinizə döndərəcəksiniz. Həyatınızı elə yaşamalısınız ki, başqaları depressiyaya düşsün! Son vaxtlar özünüzə qapanmısınız və həyatdan zövq ala bilmirsiniz: bu hissi unudun və inanın ki, hər şey düzələcək. Soyuqqanlısınız, öz hisslərinizi büruzə vermirsiniz. Bəlkə, sizi sevən var, amma anlamır, o da sizin xoşunuza gəlir, ya yox. Ətrafınıza diqqət yetirin və sizi sevəni tapın. Uğurlu günləriniz 18, 21 apreldir, uğursuz gününüz gözlənilmir.

BUĞA bürcü


Bu həftə sizin üçün yeni qapılar açılacaq: çox sərfəli təklif ala bilərsiniz. Öz biznesinizi həyata keçirmək üçün perspektivli imkanlarınız olacaq. Buğanı incitmisinizsə, qaçın və bir də onun gözünə görünməyin! Bu bürc qəzəblənəndə intiqamını çox pis alır və buna heç də peşman olmur, çünki çox soyuqqanlı biridir. Əsəbinizə toxunan, sizi qəzəbləndirən, incidən insanlar olacaq. Həftəsonu sizi pul yağışı gözləyir: həyatınızda əlverişli dövr başlayacaq. Münasibətdə olanlar romantik ab-hava yaşayacaqlar: sürprizlərə hazır olun. Uğurlu günləriniz 15, 16 aprel, uğursuz gününüz isə 17 apreldir.

ƏKİZLƏR bürcü


Bu dövrdə fırıldaqçıların qurbanı olmaq riski altındasınız: tanımadığınız adamlara güvənməyin və onlara pul göndərməyin. Həftəiçi Əkizlər arzularını həyata keçirə bilərlər: planlarınız gerçəkləşəcək və həmin gündən möcüzələrə inanacaqsınız. Xanımlar, bəxtiniz açılır: qarşınıza avropalı, yaraşığlı, əzələli, pula pul deməyən biri çıxacaq. Çalışın, onu qaçırmayın və torunuza salın! Bəylər, subaylıq daşını atmağa hazırsınız? Valideynləriniz sizə təzyiq göstərməyə başlayacaqlar ki, tez evlənəsiniz. Uğurlu günləriniz 20, 21 aprel, uğursuz gününüz isə 19 apreldir.

XƏRÇƏNG bürcü


Həftənin əvvəlində özünüzü bütün problemlərdən qurtara və nəhayət, dərindən nəfəs ala biləcəksiniz. Həftənin sonuna yaxın sizi xoş tanışlıqlar və dostlarla görüşlər gözləyir ki, bu da sizin həyatınızda yeni mərhələyə çevrilə bilər. Xərçəng işləməyi və pulu sevir, pul xərcləməyi də xoşlayır. Lakin, hətta yaxşı maaşlı işə sahib olsa da, tez-tez kreditlər götürür və borc istəyir. Ancaq bu həftə siz yox, hamı sizdən borc istəyəcək, çünki ya gəlirli yeni iş tapacaqsınız, ya da sizi karyera yüksəlişi gözləyir. Uğurlu günləriniz 17, 19 aprel, uğursuz gününüz isə 15 apreldir.

ŞİR bürcü


Bu müddət ərzində işdə səhvə yol vermək, səhlənkarlıq etmək olmaz: əks-təqdirdə çox da xoş olmayan vəziyyətə düşmək riski yaranacaq. Həmçinin sizi iş yoldaşlarınız incidə bilərlər, yalanlarla qarşılaşa bilərsiniz. Lakin onların əsl üzü bilinəcək və siz lazımi tədbirləri görəcəksiz. Pul qazanmaq məharətiniz yüksəkdir, lakin ağlınızı işlətməyə tənbəllik edirsiniz: pulunuzu düzgün yerə yönəltsəniz, çoxlu qazanc əldə edəcəksiniz. Bəylər, birindən xoşunuz gəlirsə, mütləq ona öz hissləriniz haqda danışın: “yox” cavabı almayacaqsınız. Cəsarət tapmasanız, o insanı itirəcəksiniz. Uğurlu günləriniz 17, 21 aprel, uğursuz gününüz isə 20 apreldir.

QIZ bürcü


Həftə sizi sınağa çəkəcək: həyatınızda heç bir şəkildə təsir edə bilməyəcəyiniz gözlənilməz hallar yarana bilər, lakin həmin hadisələr sizi daha da güclü edəcək. Ola bilsin ki, həftənin ortasında sərfəli əməkdaşlıq təklifi alasınız, onu qəbul etməklə həyatınız 180 dərəcə dəyişəcək. Qalmaqalların, söz-söhbətlərin və digər xoşagəlməz halların episentrində olmayın, bunun üçün də insanların sizə dediklərinə kor-koranə etibar etməyin. Ümumiyyətlə, qalmaqallar dövrü olacaq: güclü olun və heç kimə sizi əzməyə imkan verməyin! Uğurlu günləriniz 15, 16 aprel, uğursuz gününüz isə 17 apreldir.

TƏRƏZİ bürcü


Bu həftə ulduzlar Tərəzi üçün yalnız müsbət hadisələr proqnozlaşdırır: peşəkar sahədə və sevgi cəbhəsində uğurlar olacaq. Çoxdan yaraşıqlı bir həmkarınızla münasibət qurmağı xəyal edirdiniz? Bəlkə, onun da sizdən xoşu gəlir: ilk addımı siz atın! İş yerində yeni öhdəliklər ola bilər: sadəcə müdiriyyətin yeni tapşırıqlarını qəbul edin və bütün gücünüzü buna sərf edin. Sonda nəticələr uğurlu olacaq və maddi durumunuz xeyli yaxşılaşacaq. Xanımlar, yanınızda ifritə rəfiqəniz var: o, sizə paxıllıq edir və bu yaxında sizə quyu qazmağa başlayacaq. Həmin rəfiqəniz ya Dolça, ya da Şir bürcündəndir. Uğurlu günləriniz 18, 20 aprel, uğursuz gününüz isə 21 apreldir.

ƏQRƏB bürcü


Əqrəb, bu həftə stresdən uzaq durun: istirahət etmək və tək qalmaq üçün fürsət tapın. Həftəiçi iki həyat yaşayacaqsınız: biri rəngarəng, cəlbedici, ətrafda çoxlu insanla dolu, digəri isə sakit və tənha. Siz ağıllı və kreativsiniz, amma çox tənbəlsiniz. Axı milyonlar qazana bilərsiniz! Bu həftə biznes açmaq fikrinə gəlin, bir addım atın və inanın ki, mütləq uğur qazanacaqsınız. Türkiyədən tanışınız varsa, ondan xoş xəbər gözləyin: ola bilsin, iş təklifi alacaqsınız. Sevgidə bəxtiniz gətirmir, münasibətə başlayırsınız, amma bir müddət sonra ayrılırsınız: Xərçəng, Buğa və ya Əkizlərlərlə xoşbəxt ola bilərsiniz. Uğurlu günləriniz 16, 20 aprel, uğursuz gününüz isə 15 apreldir.

OXATAN bürcü


Bu həftə karyera zirvələrini fəth etmək üçün hazır olmalısınız: əlinizə çox gözəl fürsət düşəcək. Yaxın dostunuzla biznes qurmaq imkanınız olacaq: ilk addımlar çətin olsa da, sonu mütləq uğurlu olacaq. Ümumiyyətlə, taleyin ipucularına diqqət yetirsəniz, həyatın bütün sahələrində uğur qazanacaqsınız. Ulduzlar bu həftə sizin xeyrinizə olacaq: onlar sizi düzgün istiqamətə yönəldəcək və bütün problemləri həll etməyə kömək edəcək. Həftəsonu üzlərini belə görmədiyiniz qohumlarla rastlaşacaqsınız. Ola bilsin, bu, xeyir bir işlə nəticələnsin: tezliklə evlilik fikrinə gələ bilərsiniz. Uğurlu günləriniz 17, 18 apreldir, uğursuz gününüz gözlənilmir.

OĞLAQ bürcü


Həftənin ortalarında həddindən artıq həssas ola bilərsiniz: kiçik problemlər belə sizi ciddi şəkildə narahat edə bilər. Amma hər şeyi ürəyinizə salmayın: həftəsonu bütün problemlərdən azad olacaqsınız və görmək istədiyiniz hər bir iş yağ kimi gedəcək. Subaylar diqqətli olmalıdırlar: əks-cinsdən olan biri sizi təqib edir və bu yaxında sevgi etirafı edəcək. Şir, Qoç və Tərəzi ilə münasibətdə olan Oğlaqlar xoşbəxt anlar yaşayacaqlar: evlilik təklifi, ev və ya bahalı hədiyyə almaq şansınız olacaq. Sağlamlığınıza fikir verin: müayinəyə getsəniz, yaxşı olar. Uğurlu günləriniz 15, 16 aprel, uğursuz gününüz isə 19 apreldir.

DOLÇA bürcü


Bu həftə bu bürcün nümayəndələrinin işdə özünü göstərmək üçün çoxlu imkanları olacaq. Rəhbərlik sizə bütün şirkət üçün mürəkkəb və çox vacib bir layihəni etibar edə bilər. Amma ehtiyatlı olun: bu, mükafat deyil, sınaqdır. Sizin gələcək karyerada uğurlu olub-olmamanız tamamilə işinizin nəticələrindən asılı olacaq. Həftəsonu sevgi cəbhəsində dəyişikliklər olacaq: subayların üzləri güləcək, cütlüklər isə problem yaşaya bilərlər: bu, qısqanclıq zəminində baş verə bilər. Uğurlu günləriniz 18, 20 aprel, uğursuz gününüz isə 21 apreldir.

BALIQLAR bürcü


“Deyirlər ki, toy olacaq”: bu həftə ulduzlar sizə evlənməkdə, münasibətə başlamaqda kömək edəcək. Bəlkə də 2024-cü ilin ən xoşbəxt cütlüklərindən biri siz olacaqsınız: sevdiyiniz, xoşladığınız biri varsa, çəkinmədən ona öz hisslərinizi bildirin. İşdə çox məşğul olacaqsınız, ancaq hər şeyin öhdəsindən gələcəksiniz və sonda müdiriyyət tərəfindən qiymətləndiriləcəksiniz. Həmçinin paxılların diqqətini özünüzə çəkəcəksiniz: onlar çalışacaqlar ki, əhvalınız pozulsun, lakin buna nail ola bilməyəcəklər və sonda “partlayacaqlar”. Çöldə gəzərkən yerə baxın: pul tapmaq imkanını qaçırmayın. Uğurlu günləriniz 18, 20 aprel, uğursuz gününüz isə 21 apreldir.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər