top
Həftəlik bürclər 17 İYUN - 23 İYUN
16 iyun 2024, 10:00
- +

Həftəlik bürclər 17 İYUN - 23 İYUN

QOÇ bürcü


Bu həftə hər hansı daşınmaz əmlak müqavilələrinin imzalanması üçün çox əlverişlidir. Yaxın bildiyiniz əks-cins nümayəndəsi olan bir dostla münasibətiniz daha ciddi bir şeyə çevrilə bilər. Dostluq münasibətlərinə “yox” deyib sevgi yaşamağa hazırsınız? Hamı ilə çox səmimisiniz və bəziləri bundan istifadə edə bilərlər: şəxsi həyatınızda baş verənləri heç kimə danışmayın. Sizi iş yerində xoş xəbərlər gözləyir: maaşınız arta və ya karyera yüksəlişi ola bilər. Uğurlu günləriniz 18, 20 iyun, uğursuz gününüz isə 21 iyundur.

BUĞA bürcü


Buğa soyuqqanlı görünə bilər, lakin onun içində balaca, şirin bir uşaq gizlənib. Bu həftə özünüz kimi olmağa çalışın. Maskanızı çıxarın və inanın ki, çoxlu dost qazanacaqsınız. Həyatınızda sizə yalnız ziyan vuran mənasız insanlar çoxdur. Çalışın, onlardan uzaqlaşın, yoxsa sonda başınız çox ağrıyacaq. Həftəsonu xəyanətlə qarşılaşa bilərsiniz: bu ya dost, ya da sevgiliniz tərəfindən ola bilər. Heç də kədərlənməyin, çünki sinənizdə bəslədiyiniz ilan vaxtında üzünü göstərdi, yoxsa o, sizə daha da ağır zərbə vura bilərdi. Uğurlu günləriniz 20, 22 iyun, uğursuz gününüz isə 19 iyundur.

ƏKİZLƏR bürcü


Bu həftə maliyyə baxımından çox əlverişlidir. Həftənin əvvəlində sizi pul axını gözləyir. Ancaq dərhal alış-verişə qaçmamalısınız: keyfiyyətsiz malların alınması riski var. Buna görə də bazarlığı həftənin sonunda edin. “Sevgi baxımından bəxtim gətirmir” düşünə bilərsiniz, lakin bu, belə deyil: ulduzlar bu yaxınlarda sizin qarşınıza ən layiqlisini çıxaracaq. Həftəsonu İş axtaranların üzləri güləcək, çünki onlar arzu etdikləri təklifi alacaqlar. Uğurlu günləriniz 21, 23 iyun, uğursuz gününüz isə 18 iyundur.

XƏRÇƏNG bürcü


Bu həftə yeni nailiyyətlər və müsbət emosiyalarla dolu olacaq. Çox vaxt və səy sərf etdiyiniz işi uğurla başa vuracaqsınız. Böyük alış-veriş etmək üçün əsl vaxtdır. Həmçinin bu həftə tətil planlaşdırmaq üçün çox əlverişli günlər olacaq. Əgər siz hazırda yeni iş axtarırsınızsa, o zaman bu həftə bu məsələdə əhəmiyyətli irəliləyişlər görəcəksiniz. İş yoldaşlarınızla münasibətləriniz korlana bilər, bu isə sırf paxıllıqdan irəli gəlir: evinizə gedəndə mütləq üzərlik yandırın və 3 dəfə “Gözü götürməyənin gözü çıxsın” deyin. Uğurlu günləriniz 17, 18 iyun, uğursuz gününüz isə 20 iyundur.

ŞİR bürcü


Bu bürcün ağlına, hətta ulduzlar da heyrandır. Bu həftə hamı ağzıaçıq sizə baxacaq, çünki arzuladıqlarınıza nail olacaqsınız. Şənbə və bazar günləri uzun səfərlərdən qaçın, çünki gözlənilməz hallar və qəzalar mümkündür. Sürücülər yollarda çox diqqətli olmalıdırlar: lazım gələrsə, avtomobilinizi əlavə olaraq yoxlatdırın. Dostlarla və ya sevgilinizlə əylənin, gözəl anlar yaşayın: heç nəyi vecinizə almayın, bütün problemlərdən uzaq olun. Yeni insanlarla tanışlıqdan, eləcə də işgüzar danışıqlardan qaçmayın, onların karyeranıza müsbət təsir göstərmə ehtimalı yüksəkdir. Uğurlu günləriniz 20, 23 iyun, uğursuz gününüz isə 17 iyundur.

QIZ bürcü


Bu həftə çox maraqlı keçəcək: günlər hadisələrlə, dəyişikliklərlə və yeni görüşlərlə dolu olacaq. Çox çalışacaqsınız və belə gərgin işin nəticəsi özünü çox gözlətməyəcək: maaşınız artacaq və ya maddi vəziyyətiniz yaxşılaşacaq. Əgər çoxdandır bəyəndiyiniz biri varsa, onu əldən buraxmayın, yoxsa sevgi qatarı gedər və bir də qayıtmaz. Günəş sizi sevir, ona görə bu ərəfələrdə çimərliyə çox gedin: bol D vitamini qəbul edin. Həftəsonunu daha çox ailənizə həsr edin: onları hədiyyələrlə və sürprizlərlə sevindirin. Uğurlu günləriniz 17, 20 iyun, uğursuz gününüz isə 18 iyundur.

TƏRƏZİ bürcü


Bu həftə rəhbərliyin gözündə özünüzü perspektivli və iddialı bir işçi kimi göstərəcəksiniz. Hamı sizə baxıb valeh olacaq, amma bəzilərinin paxıllıqdan ürəyi partlayacaq: üzünüzə gülüb, arxanızca dedi-qodu edəcəklər. Bu dövrdə borc almaqdan və ya verməkdən çəkinin, çünki bu, gələcəkdə yaxınlarınızla münasibətləri korlaya bilər. Həftəsonu özünüzü qoruyun: xəstələnmək, hətta infeksiyaya yoluxmaq riski yüksəkdir. Əgər iş axtarırsınızsa, bu həftə CV göndərmək və müsahibələrə getmək üçün çox əlverişlidir. Uğurlu günləriniz 18, 22 iyun, uğursuz gününüz isə 19 iyundur.

ƏQRƏB bürcü


Ulduzlar deyir ki, siz gələcəkdə milyonçu olacaqsınız: amma evdə oturub heç nə etmədən buna nail olmaq mümkün deyil. Sizin kimi ağıllı, kreativ bir insan nəinki milyonçu, hətta milyarder ola bilər! Sadəcə ağlınızı maksimum işlədin, düzgün yerə pul yatırın. Şəxsi həyatınıza fırtına daxil olacaq və sizə zəngin emosiyalar bəxş edəcək. Bürcün tənha nümayəndələri aşiq olub dərhal hisslərə qərq ola bilərlər. Sevgilinizlə romantik bir şam yeməyi edin, hədiyyələr hazırlayın. Uğurlu günləriniz 17, 20 iyun, uğursuz gününüz isə 23 iyundur.

OXATAN bürcü


Bu həftə Oxatanları sakit günlər gözləmir: bütün həftə qaçaqaçda olacaqsınız. Qorxmayın, çünki sonu çox gözəl olacaq: pul, sevgi və xoşbəxtlik əldə edəcəksiniz. Zəhləniz getdiyi insanla qarşılaşacaqsınız: üzünüzə gülüb, yenə arxanızca işlər görəcək. Cümə axşamı çöldə gəzərkən yerə baxın: bir dəstə dollar tapmaq ehtimalı var. Bazar günü romantik axşama hazırlaşın: sevgiliniz və ya gizli pərəstişkarınız sizə sürpriz edəcək. Uğurlu günləriniz 18, 22 iyun, uğursuz gününüz isə 21 iyundur.

OĞLAQ bürcü


Bu həftə pulunuz çox olacaq, lakin xərcləməyə yeriniz də az olmayacaq. Amma, necə deyərlər, 5 günlük dünyadır, xərcləyin, kef edin, axı siz buna layiqsiniz. Siz çox çalışqan birisiniz və buna görə də əziyyətinizin bəhrəsini tezliklə görəcəksiniz. Qalmaqalın düz mərkəzində ola bilərsiniz, bu şəraiti isə paxıllar yaradacaqlar. Amma siz onlardan üstünsünüz, sadəcə gülümsəyin və həyatınıza davam edin. Sözlərinizdə diqqətli olun, çünki sərt ifadələriniz sevdiyiniz insanı incidə bilər, bu isə münasibətinizi korlayacaq. Uğurlu günləriniz 17, 18 iyun, uğursuz gününüz isə 23 iyundur.

DOLÇA bürcü


Bu həftə başınıza çoxlu gözlənilməz hadisələr gələcək. Dostunuzdan və ya sevgilinizdən sürpriz gözləyin: bu, hətta evlilik təklifi ola bilər. Sizdən xoşu gələn çox insan var, lakin siz seçim etməkdə çətinlik çəkirsiniz. Qərarsız olmayın, yoxsa sevgi qatarınız gedəcək. Cümə gününün sonunda başınız saçyolma, əlbəyaxa davaya qarışacaq, sonda isə hamını yerə yıxıb taxta oturacaqsınız. Şənbə günü əlinizə külli miqdarda pul gələcək, borc istəyənlər üstünüzə tökülüşəcəklər. Uğurlu günləriniz 17, 20 iyun, uğursuz gününüz isə 21 iyundur.

BALIQLAR bürcü


Bu həftə həyatınızda baş verən uğursuzluğun səbəbini aşkar edəcəksiniz. Həyatınızda yenilik etməkdən qorxmayın: bütün stereotipləri qırın və heç kimə qulaq asmayın. Həftəsonu hamı sizdən danışacaq: insanların ürəyini alacaqsınız, rəğbət qazanacaqsınız. Balıqların karyerasında ciddi dəyişikliklər baş verəcək: tənbəllər işdən qovulacaqlar, işgüzarlar isə yeni vəzifəyə təyin olunacaqlar. Sağlamlığınıza daha çox diqqət yetirməlisiniz. Ümumiyyətlə, bu həftə yalnız istirahət edin, bol güc yığın, çünki gələcəkdə sizi möhtəşəm günlər gözləyir. Uğurlu günləriniz 19, 23 iyun, uğursuz gününüz isə 20 iyundur.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

79 motosiklet və moped duracağa yerləşdirildi

Xəbər
Bu gün, 17:57

Öskürəyə görə başlayan mübahisə qanla bitdi: 27 yaşlı usta qətlə yetirildi

Xəbər
Bu gün, 17:37

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Xəbər
Bu gün, 17:03

Sabahın hava proqnozu açıqlandı

Xəbər
Bu gün, 16:03

Ölən direktor müavini tanınmış dirijorun qohumu imiş

Xəbər
Bu gün, 15:03

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

Xəbər
Bu gün, 14:50

Zənglərinə cavab verməyən dostunu bıçaqladı - BAKIDA

Xəbər
Bu gün, 14:03

Həbsdən çıxan yüzlərlə şəxs işlə təmin edilib

Xəbər
Bu gün, 13:03

Xəstəlikləri öncədən proqnozlaşdıracaq sistem: Səhiyyə Nazirliyinin  mütəxəssisi izah edir

Xəbər
Bu gün, 12:03

Kişi yemək bişirməyən arvadını telefonla döydü

Xəbər
Bu gün, 11:04

71 yaşlı kişi ağacdan yıxıldı, öldü

Xəbər
Bu gün, 10:04

Azərbaycan nefti 80 dollara satılır

Xəbər
Dünən, 18:00

Bakıda binanın zirzəmisindən çürümüş meyit tapıldı

Xəbər
Dünən, 17:31

Bakının bir çox ərazisində niyə su yoxdur? - RƏSMİ

Xəbər
Dünən, 17:10

Qadın restoranda qəfil vəfat etdi

Xəbər
Dünən, 17:02

Binəqədidə biabırçı vəziyyət

Xəbər
Dünən, 16:10

Bakıda FACİƏ: Qardaşının evinə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü

Xəbər
Dünən, 15:46

Mərdəkanda dənizdə 4 nəfər batdı - YENİLƏNİB

Xəbər
Dünən, 15:14

Sabah hava necə olacaq?

Xəbər
Dünən, 14:38

Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq

Xəbər
Dünən, 14:15

Evə içkili gəldiyinə görə irad tutan oğlunu bıçaqladı

Xəbər
Dünən, 13:49

Bülbülün doğum günüdür

Xəbər
Dünən, 13:15

Gəlinini döyən qayınana ilə bağlı yeni qərar

Xəbər
Dünən, 12:46

Bu çimərliklərdə çimmək qadağan edildi

Oxşar xəbərlər