top
Həftəlik bürclər 18 MART - 24 MART
17 mart 2024, 10:00
- ↺ +

Həftəlik bürclər 18 MART - 24 MART

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə özünüzü işlərlə və lazımsız məsuliyyətlə daha az yükləyin. İşləri iki kateqoriyaya ayırmaq lazımdır – indi edilməli və gözləyə bilən işlər. Bu həftə mümkün qədər tez hərəkət edin, yaxşı konsentrasiyaya və diqqətə ehtiyacınız olacaq, yeni imkanları əldən verməyin. Sevgilinizə aşırı nəzarət etməyi dayandırın: qoyun, vəziyyət öz yolu ilə inkişaf etsin. Daha çox qayğı və sevgi göstərin: anlayışlı və diqqətli bir insan olduğunuzu nümayiş etdirin. Sağlamlığınıza diqqət yetirin: müayinəyə getmək tövsyə olunur. Uğurlu günləriniz 19, 21 mart, uğursuz gününüz isə 23 martdır.

BUĞA bürcü


Bu həftə sizə komanda şəklində işləmək məsləhət görülür: təklik sizin üçün tamamilə uyğunsuzdur. Həmçinin sizə onlayn iş təklifi gələ bilər: əlavə gəlirə kim “yox” deyər? Dostlarınız sizə kiçik məsləhətlər verəcəklər: dikbaşlıq etsəniz, qulaq asmasanız, bəladan qaça bilməyəcəksiniz. Qarşınıza yaradıcı, bəlkə də məşhur bir insan çıxacaq: ondan bərk yapışsanız, gələcəyiniz çox parlaq olacaq. Sevgilinizlə bağlı ürəyinizə xal düşə bilər: 6-cı hissinizə qulaq assanız, həqiqət üzə çıxacaq. Uğurlu günləriniz 20, 24 mart, uğursuz gününüz isə 22 martdır.

ƏKİZLƏR bürcü


Bu həftə çox şeylər planlaşdıra bilərsiniz, lakin ulduzların öz planları var: hər şeyi həyatın axınına buraxın. Bayram günlərində hamı istirahət edəcək, amma siz işləyəcəksiniz: kədərlənməyin, çünki əziyyətiniz 4 qat dəyərləndiriləcək və bayramlardan sonra cibiniz pulla dolu olacaq. Subaylar, qapınıza bir nəfər papaq atacaq, ona kreativ hədiyyə versəniz, o, sizi yadda saxlayacaq və sizinlə maraqlanmağa başlayacaq: sonu isə evlənməklə nəticələnəcək. Bazar günü uzaqlardan şad xəbər gözləyin. Uğurlu günləriniz 18, 21 mart, uğursuz gününüz isə 19 martdır.

XƏRÇƏNG bürcü


Bu həftə ağ atlı şahzadəni gözləyən subay xanımların bəxti gətirməyə bilər: qapınızı ya Kosa, ya da Keçəl döyəcək. Amma ideal insanı axtarmağa davam etsəniz, qarıyıb evdə qalacaqsınız. Bəylər isə razı qalacaqlar: qarşınıza Bahar qız çıxacaq, özü də dünya gözəli. İmkanlı, “Gelandevagen”i olan, üstəlik atası da biznesmen – bir sözlə, həm sizi sevəcək, həm də yaşadacaq. Bazar günü müdiriyyətdən zəng gözləyin: həftəiçi kiçik bir diqqətsizliyinizə görə problemlər üzə çıxa bilər. Uğurlu günləriniz 20, 23 mart, uğursuz gününüz isə 21 martdır.

ŞİR bürcü


Bu həftə Şir bürcünün keçəl nümayəndələrinin bəxti gətirəcək: elə bir uğur qazanacaqlar ki, onlara “yox” deyənlər ayaqlarına gələcəklər. Novruz bayramı həyatınıza yeni nəfəs, yeni uğurlar bəxş edəcək: bütün pis şeyləri yaz küləyi aparacaq, isti günəş isə evinizə xoşbəxtlik gətirəcək. Subay xanımlar, mütləq fala baxın: yuxunuzda gələcək həyat yoldaşınızı görəcəksiniz. Ümumiyyətlə, bu ayda münasibətə girən cütlüklərin işləri yağ kimi gedəcək: sonunda isə gözəl toy olacaq. Uğurlu günləriniz 21, 24 mart, uğursuz gününüz isə 18 martdır.

QIZ bürcü


Novruza bax, yaza bax, yanında olan insana bax, o, “kor olan” Qızı sevir, sevilən isə başqasını sevir: dost bildiyiniz insan sizə başqa gözlə baxır, bir az diqqətli olun və sizə aşiq olana əziyyət verməyin. Gəlirinizi artırmağın yeni yollarını kəşf edə və ya peşəkar trayektoriyanızı əhəmiyyətli dərəcədə dəyişdirən iş təklifi ala bilərsiniz. Bu həftə özünüzü Şir və Oğlaq bürclərindən olan insanlardan qoruyun: sizə problem yarada və ya sizi şərləyə bilərlər. Uğurlu günləriniz 18, 19 mart, uğursuz gününüz isə 24 martdır.

TƏRƏZİ bürcü


Bu həftə sosial şəbəkələrdə, gözəllik salonlarında və restoranlarda işləyənlərin bəxtləri gətirəcək: siz cekpot qazanacaqsınız. Uğur daim sizi taqib edəcək. Maliyyə tərəfindən heç bir sıxıntı yaşamayacaqsınız, hətta əlavə gəlir qazanacaqsınız. Subaylar, sosial şəbəkədə gələcək ikinci yarınızla tanış ola bilərsiniz: bir şans versəniz, peşman olmayacaqsınız. Bir nəfər sizə xaricə səfər etmək və ya onunla digər ölkədə istirahət etmək təklifi edə bilər: bu şansı qaçırmayın və bol-bol dincəlin. Uğurlu günləriniz 23, 24 martdır, uğursuz gününüz gözlənilmir.

ƏQRƏB bürcü


Bu həftə nifrət etdiyiniz və ya küsülü olduğunuz insan sizə yardım əlini uzada bilər: onun əslində necə gözəl insan olduğunu anlayacaqsınız və ona qarşı illərdir saxladığınız kinə görə peşman olacaqsınız. Ulduzlar Əqrəbə maliyyə məsələlərinə diqqətlə nəzarət etməyi məsləhət görür: xərclərin çox olması və borca girmək ehtimalı var. Şənbə günü keçmişdə buraxdığınız bir səhv sizə xoşagəlməz hadisələr yaşadacaq: bu, köhnə iş və ya münasibətlərlə bağlı ola bilər. Uğurlu günləriniz 18, 19 mart, uğursuz gününüz isə 23 martdır.

OXATAN bürcü


Bu həftə işdə və təhsildə aktiv fəaliyyət göstərəcəksiniz: bu yaxınlarda əlçatmaz görünən məqsədlərə çatmağa qadir olacaqsınız. Novruz bayramı süfrənizi ruzi, qəlbinizi isə xoş hisslərlə dolduracaq: çətinliklərə yox deyib parlaq gələcək üçün addımlar atacaqsınız. Ev və ya avtomobil almaq arzusunda olanlar sevinəcəklər: qarşılarına əla fürsət düşəcək. Subaylar, çalışın sosial şəbəkədə aktivliyi azaldın: qismətiniz sizi real həyatda gözləyir. Uğurlu günləriniz 22, 23 mart, uğursuz gününüz isə 20 martdır.

OĞLAQ bürcü


Artıq həftənin əvvəlində beyninizdə yeni, dahiyanə plan yetişə bilər ki, bu da yaxın gələcəkdə nəzərəçarpacaq nəticələr gətirə və sizi uğura doğru apara bilər. Bu ərəfədə fasilələriniz az olacaq: bir işi bitirib digərinə keçərək çoxlu tapşırıqlar yerinə yetirməli olacaqsınız. Partnyorunuz bəzən ona göndərdiyiniz işarələri anlamaya bilər, ona görə də münasibətdə açıqlıq vacibdir. Çalışın, sözlərinizə fikir verin: əvvəl üç dəfə düşünün, sonra deyin, əks halda dava qaçılmaz olacaq. Uzaq qohumlardan biri borc almaq üçün qapınızı döyəcək: pul versəniz, geri ala bilməyəcəksiniz. Uğurlu günləriniz 18, 24 mart, uğursuz gününüz isə 19 martdır.

DOLÇA bürcü


Dolçalar bu həftə yaradıcı özünüifadə və qeyri-standart ideyalarının həyata keçirilməsi ehtiyacını hiss edəcəklər. Peşəkar həyatınızda yeniliklərə həvəsiniz diqqəti cəlb edəcək və hətta sizinlə iş birliyi qurmaq istəyənlər olacaq. Münasibətdə səmimi söhbətlər və dərin hissləri ifadə etmək vaxtı gələcək: əgər problemlər varsa, irəliləyə bilməyəcəksiniz. Amerikada və ya Avropada təhsil almaq istəyənlərə şad xəbər gələcək: yol hazırlığınızı indidən görün. Uğurlu günləriniz 21, 22 mart, uğursuz gününüz isə 20 martdır.

BALIQLAR bürcü


Balıqlar yeni imkanlar və çətinliklərlə dolu aktiv və məşğul həftə keçirəcəklər. Lakin uğur daim sizin yanınızda olacaq. Bu həftə siz bir az Qoç kimi olmalısınız: daha çox əzmkarlıq, israrlıq göstərməlisiniz. Həmkarlarınızla diqqətli olun, hamı sizə yaxşılıq arzulamır: çox da səmimi olmayın, çünki bundan istifadə edə bilərlər. Həftə ərzində sağlamlığınıza nəzarət edin: soyuqdəymə və ya qrip canınıza hopa bilər. Uğurlu günləriniz 18, 21 mart, uğursuz gününüz isə 24 martdır.

Son xəbərlər

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
17 oktyabr 2026, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
17 oktyabr 2026, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
17 oktyabr 2026, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
17 oktyabr 2026, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
17 oktyabr 2026, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
17 oktyabr 2026, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
17 oktyabr 2026, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
17 oktyabr 2026, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
17 oktyabr 2026, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
17 oktyabr 2026, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
17 oktyabr 2026, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
17 oktyabr 2026, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
17 oktyabr 2026, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
17 oktyabr 2026, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Oxşar xəbərlər