top
Həftəlik bürclər 19 AVQUST - 25 AVQUST
18 avqust 2024, 10:00
- ↺ +

Həftəlik bürclər 19 AVQUST - 25 AVQUST

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Risk etmək - uçurumdan tullanmaq, qanadları isə uçuşda olarkən açmaq deməkdir. Bu həftə çoxdandır arzu etdiyiniz məsələni yerinə yetirin, özünüzə güvənin - həftə imkanlarla dolu olacaq. Bu bürcün bir çox nümayəndəsi öz fəaliyyət sahələrini dəyişmək, yaxınlarından qiymətli hədiyyə almaq və ya yeni romantik münasibətlərə başlamaq, bununla da həyatlarını dəyişmək üçün real fürsət əldə edəcəklər. Həftəiçi hamı sizə baxacaq, gözünü sizdən ayıra bilməyəcək - çünki sizin cazibəniz hamını heyran edəcək. Çox insan sizinlə münasibət qurmaq istəyəcək. Uğurlu günləriniz 22, 24 avqust, uğursuz gününüz isə 25 avqustdur.

BUĞA bürcü


Ciddi münasibətlərə hazır olmayan Buğalar bürcünün kişi nümayəndələrini sürpriz gözləyir - qarşınıza elə bir qız çıxacaq ki, sizin ürəyinizi və ağlınızı alacaq. Bu, bəlkə də ən uğurlu və ideal münasibət olacaq - hamı sizə baxıb həsəd aparacaq. Həyatınızda sizə quyular qazan çoxdur, çünki sizin uğurunuzu həzm edə bilmirlər. Lakin onlar buna nail olmayıblar və olmayacaqlar. Həftəsonu əsəbi və çox yorğun ola bilərsiz - çalışın bol istirahət edin. Uğurlu günləriniz 19, 20 avqust, uğursuz gününüz isə 21 avqustdur.

ƏKİZLƏR bürcü


Şəxsi münasibətlərdə hisslərinizi gizlətməyin - birindən xoşunuz gəlirsə, çəkinmədən bunu etiraf edin, yoxsa sevgi qatarınız əldən gedəcək. Valideynlərinizi də unutmayın və onlarla mümkün qədər çox vaxt keçirin. Tətilə çıxmaq, gözəl istirahət etmək üçün əsl vaxtdır. Həftənin sonunda işsiz olanlar özünə yeni, gəlirli iş tapacaqlar. İşi olanlar isə aktiv olun, yeni ideyalar təklif edin - müdiriyyət bunu qiymətləndirəcək və gələcəkdə karyeranızda qabağa getməkdə kömək edəcək. Uğurlu günləriniz 21, 23 avqust, uğursuz gününüz isə 19 avqustdur.

XƏRÇƏNG bürcü


Bu həftə Xərçənglər birdən-birə sevgi əskikliyini hiss edəcəklər. Lakin bu, sizin günahınız ola bilər - sizi sevənlərə çox az vaxt ayırdığınız üçün, onlar da sizə qarşı soyuyur. Necə deyərlər, sevgidə bəxti gətirməsə də, maddi durumda gətirəcək. Bu həftə Xərçəng gözləmədiyi yerdən iş təklifi alacaq və çox uğurlu iş birliyi quracaq. Həftənin sonunda kimin dost, kimin düşmən olduğunu öyrənəcəksiz - boynunuzda ilan bəsləmisiz, o insan sizi sancmağa çalışacaq. Bunu vaxtında başa düşsəniz və onunla əlaqəni qırsanız, zərər görməyəcəksiz. Uğurlu günləriniz 19, 20 avqust, uğursuz gününüz isə 24 avqustdur.

ŞİR bürcü


Həftənin əvvəli işgüzar səfərlər və danışıqlar üçün çox əlverişli olacaq. Ancaq həftənin sonunda hər hansı bir səfərdən imtina etmək daha yaxşıdır, çünki onlar olduqca uğursuz ola bilər. Sevgilinizlə münasibətlər daha da möhkəmlənəcək, xoşbəxt anlar yaşayacaqsınız. Sağlamlıq haqqında da unutmayın, indi çox həssassınız - depressiyaya düşmək ehtimalı var. Həftəsonu gözlənilməz hadisələrə hazır olun. Hər şey planınıza uyğun getməyəcək, amma ruhdan düşməyin - dəyişikliklər yaxşılığa doğru olacaq. Uğurlu günləriniz 21, 23 avqust, uğursuz gününüz isə 22 avqustdur.

QIZ bürcü


Bu dövrdə heç kim sultan deyil, hökmdar deyil, padişah deyil, lakin bu sözlər sizə aid deyil, çünki siz elə əsl şah həyatını yaşayacaqsız! Həftənin ortasında kiçik problemlər sizi ruhdan sala bilər, lakin həftənin sonunda vəziyyət yaxşılaşmağa başlayacaq - qara günləri arxada qoyub, ağ günə çıxacaqsız. Bu həftə tələbə və məzunlar ən çox sevinən şəxslər olacaqlar, çünki çoxdan gözlədikləri xəbəri alacaqlar. Pul qazanmaq üçün yeni imkanlar yaranacaq - uğurlu iş birliyi gözlənilir. Uğurlu günləriniz 24, 25 avqust, uğursuz gününüz isə 23 avqustdur.

TƏRƏZİ bürcü


Subay Tərəzi yeni münasibətlərə başlaması üçün əlverişli zaman deyil. Ulduzlar sizin üçün ən ideal partnyoru gələcək üçün saxlayıb. Egoist olan bəzi Tərəzilər, çalışın dəyişin, bu dünyada siz tək deyilsiniz, başqalarını da düşünmək lazımdır. Həftəsonu səfərə çıxın, bol-bol istirahət edin. Şəxsi münasibətlərinizdə soyuqluq yarana bilər, davalardan uzaq durmağa çalışın. Ortada anlaşılmazlıq varsa, bunu partnyorunuzla birlikdə, sakitcə həll etməyə çalışın. Maddi durumunuzda problemlər yarana bilər - bədxərc olmasanız, bu problemlə rastlaşmayacaqsınız. Uğurlu günləriniz 19, 22 avqust, uğursuz gününüz isə 24 avqustdur.

ƏQRƏB bürcü


Bu həftə Əqrəblər seçim arasında olacaqlar - bu sevgi, iş seçimi və ya alış məsələsi ola bilər. Düzgün seçim etmək üçün vaxtınız az olacaq, lakin altıncı hissinizə güvənsəniz düzgün seçim edəcəksiniz. Müdiriyyət tərəfdən danlana, hətta gözdən düşə bilərsiniz - lakin bu, bürcün tənbəl və diqqətsiz nümayəndələrinə aiddir. Həftə sonu bütün problemləri, qayğıları unudub sağlamlığına fikir verməlidir - artıq çəkilərinizi atmaq üçün ideal dövrdəsiniz. Uğurlu günləriniz 23, 24 avqust, uğursuz gününüz isə 20 avqustdur.

OXATAN bürcü


Bu həftə həyat sizi sınayacaq - işlər alınmasa belə, ruhdan düşməyin və güclü olun, çünki bu sınaqdan keçən hər kəsi sonda xoşbəxt günlər gözləyir. Maddi cəhətdən problem olmayacaq, hətta kiçik artım gözlənilir. Həftənin ortasında tək qalmaq daha yaxşıdır - çox səs-küylü yerlərə getməyin. Sevgilinizlə romantik anlar yaşayın - hədiyyə almaq, sürprizlər etmək aranızdakı münasibətinizi daha da möhkəmləndirəcək. Həftənin sonunda subayların bəxti gətirəcək - Kupidon sizin üçün ən gözəl insanı seçib ona sevgi oxunu atacaq. Uğurlu günləriniz 22, 24 avqust, uğursuz gününüz isə 19 avqustdur.

OĞLAQ bürcü


Həftənin sonuna qədər əhəmiyyətli pul axını gözləyin - bu sizin zəhmətinizin bəhrəsi olacaq. Həm də bu həftə keçmiş sevgilinizlə bağlı bütün xatirələri silmək məsləhət görülür - bunu etməyincə, ürəyinizin qapısı yeni insan üçün bağlı olacaq və bu sizə əzab verəcək. Yeni biznes açmaq, kurslara yazılmaq üçün əlverişli həftədir - ümumiyyətlə həyatınızda yeniliklər edin, darıxdırıcı həyata son qoyun. Uğurlu günləriniz 23, 24 avqust, uğursuz gününüz isə 21 avqustdur.

DOLÇA bürcü


Bu həftə istənilən işiniz sizin üçün çox asan gələcək. Bundan əlavə, işdə həmkarlarınızdan və müdirinizdən məsləhət istəməkdən çəkinməyin - bu, yeni zirvələrə çatmağınıza kömək edəcək. Bu həftə bürcün tənha nümayəndələrinin maraqlı tanışlıqlar etmək üçün gözəl şansı var. Buna görə də, şənliklərdə iştirak etmək və ya sadəcə şəhərdə gəzmək kimi təkliflərdən imtina etməyin. Münasibətdə olan Dolçalar partnyor tərəfindən xoş sürprizlər alacaqlar. Çoxdandır fikrinizdə olan proyektləri reallaşdırmaq üçün əsl vaxtdır - ilk addımı atın, ardı isə yağ kimi gedəcək. Uğurlu günləriniz 24, 25 avqust, uğursuz gününüz isə 20 avqustdur.

BALIQLAR bürcü


Bu həftə Balıqlar ciddi qərarlar verəcəklər. Belə bir qərarı və ya sadəcə vacib bir söhbəti təxirə salırdınızsa, onu həyata keçirməyin vaxtı gəldi. Çünki bu həftə işlərin müsbət yöndə gedəcəyi ehtimalı çoxdur. Həftənin əvvəlində sizi unudulmaz səfərlər və maraqlı insanlarla görüşlər gözləyir. Tanışlıq çox faydalı ola bilər. Həftənin sonunda diqqətinizi məişət problemlərinə yönəltməyin, çünki bu, lazımsız münaqişələrə səbəb ola bilər. Əgər uzun müddətdir ki, həkimə getməyi ertələyirsinizsə, o zaman bunu elə indi etməlisiniz. Axı daha çox uzatsanız, sonradan sağlamlığı bərpa etmək çox çətin olacaq. Uğurlu günləriniz 19, 23 avqust, uğursuz gününüz isə 25 avqustdur.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər