top
Həftəlik bürclər 19 FEVRAL - 25 FEVRAL
18 fevral 2024, 10:00
- +

Həftəlik bürclər 19 FEVRAL - 25 FEVRAL

QOÇ bürcü


Bu həftə sizi uğurlu günlər gözləyir. Maraqlı insanlarla ünsiyyət, yeni tanışlıqlar və yaxınlarınızdan xoş xəbərlər alacaqsınız. İşdə maksimum əzmkarlıq və qətiyyət göstərməyə çalışın ki, həmkarların və rəhbərliyin etimadını doğrulda biləsiniz. Romantik anlara da vaxt ayırın: şam işığında yemək və ya rayonlara səyahət şəxsi münasibətlərinizə yeni nəfəs verəcək. Keçmişdə buraxdığınız bir səhvə görə indi əziyyət çəkirsiniz: belkə cəsarət edib səhvinizi düzəldəsiniz? Uğurlu günləriniz 19, 23 fevral, uğursuz gününüz isə 24 fevraldır.

BUĞA bürcü


Həftə ərzində işinizə çox diqqət yetirin, çünki istədiyiniz artımı əldə edə bilmək imkanınız yarana bilər. Ümumiyyətlə, bu həftə lüks həyat yaşayacaqsınız: pula pul deməyəcəksiniz. Bahalı hotellərdə qalacaq, “Limuzin”də gəzəcək, dəbdəbəli paltarlar geyinəcək, populyar restoranlarda şam edəcəksiniz. Buna səbəb isə əlinizə böyük məbləğdə pulun gəlməsi və ya varlı bir insan tərəfindən sizə edilən hədiyyə olacaq. Uğurlu günləriniz 22, 25 fevral, uğursuz gününüz isə 20 fevraldır.

ƏKİZLƏR bürcü


Xaricə getmək şansı qazanacaqsınız: “giveaway”lərə qoşulun və imkanı əldən qaçırmayın. İş yerinizdə sizə paxıllıq edən Qoç və ya Şir bürcündən bir əməkdaş var: müdirin beynini doldurub torbanızı tikməsə, yaxşıdır. Əgər münasibətlərdə çətin dövr yaşayırsınızsa, o zaman həftənin ikinci yarısında ciddi söhbətə başlamağa çalışın, bunun hər ikiniz üçün çox müsbət nəticələri olacaq. Hamını düşünür, amma özünüzə diqqət yetirmirsiniz: çalışın, bu dövrdə bir balaca eqoistlik edin. Uğurlu günləriniz 19, 24 fevral, uğursuz gününüz isə 25 fevraldır.

XƏRÇƏNG bürcü


Bu həftə işdə mümkün qədər diqqətli və təşəbbüskar olmalısınız. Yaradıcı ideyalarınız mütləq rəhbərləriniz tərəfindən nəzərə alınacaq və bu, karyera yüksəlişinizə kömək edəcək. Şəxsi həyatınızda sizi xoş xəbərlər gözləyir: ikinci yarınız növbəti addım atacaq. Arada çox sakit olursunuz, bundan isə insanlar istifadə edir və “boynunuza minirlər”: arada “buynuzlarınızı” da göstərməlisiniz. Həftənin ortasında yalanlar üzə çıxacaq və bəlkə də ayrılıqlar baş verəcək. Uğurlu günləriniz 20, 21 fevral, uğursuz gününüz isə 23 fevraldır.

ŞİR bürcü


Xoşbəxtliyin dadını çıxarmaq vaxtıdır: həyatınızda hər şey yağ kimi gedəcək. İşinizdə maaş artımı, şəxsi həyatınızda ideal münasibət gözlənilir, xəstəliklərə düçar olanlar tezliklə şəfa tapacaqlar. Şir üçün “pul sükutu sevir” deyimi aktual olacaq: gəlirinizi heç kimlə bölüşməyin, çünki nəfslərinə görə ruziniz qaça bilər. Bir nəfəri çox sevirsiniz, ondan uzaq dura bilmirsiniz, amma qarşılıqlı olmayan sevginin sonu yoxdur: özünüzə əzab verməyin, o insanı buraxın. Uğurlu günləriniz 24, 25 fevraldır, uğursuz gününüz gözlənilmir.

QIZ bürcü


Həftə dava ilə başlayacaq: mübahisə tanımadığınız bir insanla və ya müdirinizlə baş tuta bilər. İnsanlara çox üz verməyin: özlərini yaxın bilib sizin şəxsi həyatınıza müdaxilə edə bilərlər. Torpaq və əmlakla bağlı xoş xəbərlər eşidəcəksiniz: almaq və ya satmaq fikriniz varsa, mütləq bu günlərdə bunu gerçəkləşdirin. “Subaylıq sultanlıqdır” deyənlər fikirlərini dəyişəcəklər: həyatınıza maraq qatacaq bir insana rast gələcəksiniz. Uğurlu günləriniz 19, 22 fevral, uğursuz gününüz isə 23 fevraldır.

TƏRƏZİ bürcü


“Tələsən rəndirə düşər”: əhəmiyyətli bir qərar verməzdən əvvəl müsbət və mənfi cəhətləri nəzərdən keçirin. Deyəsən, alış-verişə və əyləncəyə çoxlu pul xərcləməyə hazırlaşırsınız: xərclər büdcənizə zərbə vura bilər. Uşaqlıqdan arzunuz var və o arzu bu həftədən gerçəkləşməyə başlayacaq. Görüşlər və şənliklərlə bağlı istənilən təklifə açıq olun. Bəlkə subay Tərəzilərin bəxti açılacaq və xoşbəxt günlər başlayacaq. Uğurlu günləriniz 19, 22 fevral, uğursuz gününüz isə 23 fevraldır.

ƏQRƏB bürcü


Bu həftə xüsusilə xəyalpərəst olacaqsınız: ətrafınızdakı bəzi insanlar bundan istifadə etmək istəyəcəklər. Buna görə də qulaqlarınızı açıq saxlayın və tanımadığınız nömrələrdən gələn zənglərə cavab verməyin. Kommersiya baxımından çox əlverişli həftədir: satış və ya alış etməkdən çəkinməyin. Sevgilinizə daha çox vaxt ayırın: onu sevmədiyinizi düşünə bilər və bu, qalmaqala səbəb ola bilər. Şam yeməyi və ya birlikdə uzun bir gəzinti ilə münasibətlərinizə romantika qatın. Uğurlu günləriniz 23, 24 fevral, uğursuz gününüz isə 19 fevraldır.

OXATAN bürcü


Oxatanlar, siz çox cazibədarsınız: bunu gizlətməsəniz, xoş tanışlıq və romantik axşam gözləyə bilərsiniz. Çətin və təhlükəli həftədir: işdə səhvlər və başqaları ilə ünsiyyətdə mənfi məqamlar ehtimalı var. Yeni ideyalar və planlar uğursuzluğa düçar ola bilər. Lakin bazar günü Oxatan dağları hərəkət etdirə biləcəyini hiss edə bilər: qara günlər bitəcək, bütün problemlər həll olunacaq. Bir gün ərzində dost münasibətlər sevgiyə çevrilə bilər: həmin şəxslə xoşbəxt olacaqsınız. Uğurlu günləriniz 19, 25 fevral, uğursuz gününüz isə 21 fevraldır.

OĞLAQ bürcü


Bu həftə bir çox Oğlaqlar lotereyada cekpot qoparacaqlar: müxtəlif sərgüzəştlər, taleyin gözlənilməz dönüşləri, maraqlı görüşlər mümkündür. Sizin cazibədarlığınız, mülayimliyiniz və zamanında tənqid etməyi bacarmaq qabiliyyətiniz gələcək uğurun əsasını qoya bilər: uğurlarınız bol olacaq, sadəcə özünüzə inanın ve getdiyiniz yoldan geri dönməyin. Həftəsonu çoxdan planlaşdırdığınız böyük alış-verişlər edə bilərsiniz. İdman haqqında da unutmayın: mümkündürsə, daha çox gəzin, qidanıza fikir verin. Uğurlu günləriniz 22, 24 fevral, uğursuz gününüz isə 20 fevraldır.

DOLÇA bürcü


Bu həftə “haradan pul tapım?”, “necə dolanım?” kimi dərdləriniz olmayacaq. Əksinə, pulu haraya və necə xərcləməyinizi dərd edəcəksiniz. Həftə çox bərəkətli keçəcək: maaş artımı və ya mükafat ala bilərsiniz. Bu dövrdə sizə sakit olmağı tövsiyə edirik: sizi əsəbiləşdirən insanlar çox olacaq, hətta şəxsi həyatınıza burnunu soxan da tapılacaq. Əsəbi olduğunuz halda sevgilinizlə görüşməyin: bütün neqativi onun üstünə atacaqsınız və bununla da münasibətləriniz korlanacaq. Keçmiş sevginiz yenidən peyda olacaq: o, sizə problem yarada bilər. Uğurlu günləriniz 20, 21 fevral, uğursuz gününüz isə 23 fevraldır.

BALIQLAR bürcü


Bu həftə həyat Balıqlara bəzi mühüm dərsləri verə bilər: güclülər bu dərsdən ibrət götürəcəklər, zəiflər isə müflisləşməyə doğru gedə bilərlər. Ətrafınızda qoca qurdlar peyda olacaqlar: “başınızı yeyib” sizdən istifadə edə bilərlər. İşsiz olanlar sevinəcəklər: çoxdandır gözlədiyiniz xoş xəbəri alacaqsınız. Sevgi baxımından bəxtiniz gətirməyə bilər: səbirli olun, xoşbəxt günlər qabaqdadır. Uğurlu günləriniz 19, 23 fevral, uğursuz gününüz isə 22 fevraldır.

Son xəbərlər

Xəbər
Bu gün, 12:14

Sudan 50 nəfərin meyiti çıxarılıb

Xəbər
Bu gün, 11:39

Şahmar Ələkbərovun anım günüdür

Xəbər
Bu gün, 11:33

Aktrisa Mehriban Xanlarovanın ad günüdür

Xəbər
Bu gün, 11:30

49 yaşlı kişi evində ölü tapıldı

Xəbər
Bu gün, 11:02

Boris Xetaqurovun 86 yaşı tamam olur - FOTO

Xəbər
Bu gün, 10:30

Tbilisi-Bakı qatarına biletlərin çətin tapılması ilə bağlı açıqlama – RƏSMİ

Xəbər
Bu gün, 10:00

Bakıda narkoşəbəkə ifşa edildi

Xəbər
Bu gün, 09:33

Ali məktəblərə ixtisas seçimi BAŞLADI

Xəbər
Bu gün, 09:24

Türkiyədə meyiti tapılan iş adamı tiktoker "Beniz"in həyat yoldaşı olubmuş...

Xəbər
Dünən, 17:55

Yasamalda soyğunçuluq edən tutuldu

Xəbər
Dünən, 17:19

Şüvəlanda 1 ildir itkin kimi axtarılan qadının skeleti tapıldı - Oğlu tutuldu

Xəbər
Dünən, 17:10

Suraxanıda usta mənzildən 10 min manatlıq oğurluq etdi

Xəbər
Dünən, 16:35

Zeynəb Xanlarovanın 90 illik yubileyi harada keçiriləcək?

Xəbər
Dünən, 16:11

Siqareti arvadının alnında söndürdü

Xəbər
Dünən, 15:30

Bakıda ət qiymətinə satılan meyvə - FOTO

Xəbər
Dünən, 14:38

Sarayda 30 yaşlı kişinin meyiti tapıldı

Xəbər
Dünən, 14:10

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

Xəbər
Dünən, 13:42

Heyvan kəsimi məntəqələrində ciddi PROBLEM

Xəbər
Dünən, 12:53

Yeni qatarlar Qırmızı xəttə buraxılacaq - Bakı metrosundan AÇIQLAMA

Xəbər
Dünən, 11:47

Heyvan biznesi bəhanəsi ilə yüzminləri ələ keçirdi

Xəbər
Dünən, 11:38

Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 şəxs saxlanıldı

Xəbər
Dünən, 11:12

Hava limanı yolundakı yeni qurğular sürətölçən cihaz deyil - RƏSMİ AÇIQLAMA

Xəbər
Dünən, 10:46

Küçədə halı pisləşdi, xəstəxanada öldü

Xəbər
Dünən, 10:20

Buzovnada 30 yaşlı kişi dənizdə batdı

Oxşar xəbərlər