top
Həftəlik bürclər 20 MAY - 26 MAY
19 may 2024, 10:00
- +

Həftəlik bürclər 20 MAY - 26 MAY

QOÇ bürcü


Çox vaxt seçim arasında qalan Qoç bu həftə qərar verməlidir: bu qərar onun gələcəyi üçün həlledici olacaq. Bu ərəfələrdə sosial şəbəkələrdə tanışlıqlara ara verin: sonu uğursuzluqla nəticələnə bilər, hətta aldana bilərsiniz. Münasibətə başlamağa tələsməyən Qoçlar gözlənilmədən öz ruh yoldaşını tapacaqlar. Lakin onları əvvəlcə sınamalı, yalnız bundan sonra ürəyinizin qapılarını açmalısınız. Maliyyə durumunuzdan narahat olmayın: cibiniz pulla dolacaq, hətta “artıq pulları necə və haraya xərcləyim?” sualı yaranacaq. Uğurlu günləriniz 20, 21 may, uğursuz gününüz isə 24 maydır.

BUĞA bürcü


Buğa təhqirlərə dözəcək qədər zəif deyil, bağışlayacaq qədər güclü deyil, lakin qisas alacaq qədər də kinli deyil. Buna görə də çox vaxt onları incidənlərə sadəcə arxa çevirirlər, özü də həmişəlik. Bu həftə kimin dost, kimin isə düşmən olduğunu öyrənəcəksiz. Əgər iş axtarırsınızsa, bu həftə CV göndərmək və müsahibələrdən keçmək üçün çox əlverişlidir. Evli olanlar, həyat yoldaşınızla incə davranın, çöldə gəzərkən əks-cinsin nümayədələrinə baxmayın, yoxsa qısqanclıq zəminində dava düşəcək. Səyahətə çıxmaq, bol istirahət etmək üçün əla vaxtdır. Uğurlu günləriniz 24, 26 may, uğursuz gününüz isə 20 maydır.

ƏKİZLƏR bürcü


Əkizlər gülməyəndə onu qucaqlamaq, əhvalı olmayanda öpmək, əsəbi olanda isə yedizdirmək lazımdır. Bu həftə bu bürcdən olanlar əsəbi olacaqlar. Vay o kəsin halına ki, Əkizlərə artıq söz deyəcək: bütün hirsini həmin adamdan çıxacaq, heç “uf” da deməyəcək. Əsəbi olmağın səbəbi gərgin bir iş olacaq, amma sonda çoxlu pul və xoşbəxt anlar gözlənilir. Səmimiyyəti ilə, ürəyiaçıqlığı ilə seçilən bu bürcün, demək olar ki, düşməni yoxdur, çünki ulduzlar Əkizləri qoruyur və pis insanları ondan uzaqlaşdırır. Uğurlu günləriniz 22, 23 may, uğursuz gününüz isə 26 maydır.

XƏRÇƏNG bürcü


Xərçənglər heyrətamiz biridirlər: istənilən insanda müsbət xüsusiyyət tapmağı bacarırlar. Lakin bu həftə yaxşı bildiyiniz bir insanın əsl üzünü görəcəksiniz: bu, sizin iş yoldaşınız və ya yeni tanış olduğunuz şəxs ola bilər. Ümumiyyətlə, Xərçənglər saf və təmiz insan olduqlarından çoxları onlardan istifadə etməyə çalışır: bəzən “yox” deməyi bacarmalısınız. Həftəsonu işləriniz istədiyiniz kimi getməyəcək, lakin ruhdan düşməyin, sonu mütləq gözəl olacaq. Sevgi cəbhəsində də bu həftə bəxtiniz gətirməyə bilər, amma bunu dərd etməməlisiniz, çünki hər şeyin öz vaxtı var. Uğurlu günləriniz 21, 25 may, uğursuz gününüz isə 23 maydır.

ŞİR bürcü


Şirlər özləri istəməsələr, onların ürəyində nə olduğunu heç vaxt öyrənə bilməyəcəksiniz. Amma sizə güvəndilərsə, bilin ki, siz onların ən yaxın dostlarındansınız! Şirlər bu həftə yeni dost və tanışlar əldə edəcəklər: onlar gələcəkdə böyük iş qurmağa kömək olacaqlar. Bürcün karyera artımı haqqında düşünən nümayəndələri müdiriyyətin “gözünə girməlidirlər”: yeni ideyalar, layihələr hazırlayın və hamını geridə qoyub uğura imza atın. Maliyyə baxımından kiçik bonuslar gözlənilir, o pulları özünüzə və istirahətə xərcləyin. Uğurlu günləriniz 24, 26 may, uğursuz gününüz isə 22 maydır.

QIZ bürcü


Qız çətin insan deyil: xətrinə dəydinizsə, onu qucaqlayın, bir-iki kompliment deyin və o “əriyəcək” və sizi bağışlayacaq. Həftənin əvvəlində xətrinizə dəyə bilərlər, lakin bu, sizin günahınız ucbatından ola bilər: son vaxtlar soyuqqanlı və diqqətsizsiniz. Çalışın, sevdiyiniz insana çox vaxt ayırın, əks-halda sevgi alovu sönə bilər. Maliyyə artımı yüksək olacaq, buna görə borc istəyənlər də çoxalacaq, lakin heç kimə pul verməyin: o pulun nə izi, nə də tozu qalacaq. Həftəsonu gözləmədiyiniz insandan sizə hədiyyə və sürprizlər ediləcək. Uğurlu günləriniz 24, 26 may, uğursuz gününüz isə 22 maydır.

TƏRƏZİ bürcü


Əgər sizdən daha çox nə istədiyinizi soruşsalar, Tərəzi və ya bir milyon avro, Tərəzini seçin. Çünki onun sizə bəxş edə biləcəyi xoşbəxtliyi heç bir pul əvəz edə bilməz. Bürcün subay nümayəndələri üçün həftənin ikinci yarısında şəxsi həyatda dəyişiklik gözlənilir: çoxdan tanıdığınız insanla daha çox vaxt keçirəcəksiniz, romantik münasibətə başlayacaqsınız. Tərəzilər, unutmayın ki, siz çox ağıllısınız, lakin çox tənbəlsiniz: ideyanız varsa, onu həyatda gerçəkləşdirin və varlı olun. Lakin bu həftə peşəkar sahədə bəzi layihələr özünü doğrultmayacaq və onları bağlamaq lazım gələcək. Lakin vaxtı gəldikdə arzuladığınız işlər mütləq həyata keçəcək. Uğurlu günləriniz 22, 25 may, uğursuz gününüz isə 26 maydır.

ƏQRƏB bürcü


Əqrəb bürcünün güvəni sinir hüceyrələri kimidir: demək olar ki, bərpa olunmur. Bu həftə yaxın bildiyiniz insan tərəfdən aldanacaqsınız, lakin bu, yaxşı xəbərdir: qoynunuzda bəslədiyiniz ilanı həyatınızdan atmaq vaxtı gəlib. Ümumiyyətlə, bu dövrdə sevgi işlərində Əqrəb üçün dürüst və açıq olmaq, maliyyə məsələlərində isə əksinə, planlarını açıqlamamaq lazımdır. Əgər siz rəhbərliyə yeni ideya təqdim etsəniz, pul artımı ola bilər. Bu həftə istirahəti unudub işləmək lazımdır: əziyyətin bəhrəsini mütləq görəcəksiniz. Bürcün tənbəl nümayəndələri uğursuzluqla qarşılaşa, hətta işdən qovula bilərlər. Uğurlu günləriniz 20, 24 may, uğursuz gününüz isə 23 maydır.

OXATAN bürcü


Oxatanı heç vaxt aldatmayın, nə qədər acı olsa da, həmişə ona həqiqəti söyləyin: o, yalanları nadir hallarda bağışlayar. Sevgi cəbhəsində gərginlik ola bilər: bu, yalan, qısqanclıq, anlaşılmazlıq və ya diqqətsizlik səbəbindən baş verə bilər. Həftənin əvvəlində cibiniz pulla dolu olacaq, lakin bədxərclik etsəniz, tezliklə pulsuz qala bilərsiniz. Səyahət etmək istəyiniz varsa, mütləq bu həftə planlaşdırın, çünki istirahət üçün daha gözəl vaxt bir də olmaya bilər. Uğurlu günləriniz 23, 25 may, uğursuz gününüz isə 20 maydır.

OĞLAQ bürcü


Bu həftə nifrət etdiyiniz bir insan sizə quyu qazmağa başlayacaq, lakin vaxtında cavab versəniz, o, özü qazdığı quyuya düşəcək. Aylardır çəkdiyiniz əziyyətin bəhrəsini görəcəksiniz: pulunuz çox olacaq, lakin xərcləriniz də xeyli artacaq. Sevgi cəbhəsində problemlər ola bilər, lakin romantikanı və şirin dili qoşub əks-cinsin ürəyini ala bilərsiniz. Sizə borcu olan insanlar aldıqları pulları geri qaytaracaqlar: lakin bu həftə heç kimə borc verməyin, o pullar geri qayıtmaya bilər. Bu dövrdə enerjiniz bir qədər azala bilər: əlavə istirahətə ehtiyacınız yaranacaq. Uğurlu günləriniz 24, 26 may, uğursuz gününüz isə 21 maydır.

DOLÇA bürcü


Ulduzların sevimlisi siz seçilmisiz: bütün işləriniz uğurlu olacaq, çoxdandır planlaşdırdığınız işləri bu həftə görün. Dolçalar yaltaqlığa, yalana və qeybətə nifrət edirlər. Nəyisə bəyənmirsiniz? Bu barədə onun üzünə deyin. Bəli, bu həftə Dolçalar barədə dedi-qodu edəcəklər, onları özlərindən çıxarmağa çalışacaqlar: lakin unutmayın ki, bu bürcün qisası çox pis olur. Evli olanlar xoşbəxtliyin ən pik anlarını yaşayacaqlar. İşdə hamıdan çox çalışın: bu, müdiriyyət tərəfindən dəyərləndiriləcək və bonuslar olacaq. Uğurlu günləriniz 23, 25 may, uğursuz gününüz isə 24 maydır.

BALIQLAR bürcü


Sizə ikinci şans verən Balıqları qiymətləndirin: çünki onun sevgisi o qədər güclüdür ki, sizə daha bir şans verməyə qadirdir. Bu həftə münasibət qurmaq üçün əlverişli dövr deyil. Çalışın, vaxtınızı işinizə, karyera yüksəlişinə yönəldin. Həftəsonu işinizdə uğur qazana bilərsiniz. Lakin bəzi iş yoldaşlarınız sevinmək əvəzinə sizə paxıllıq edə bilərlər. Maskalar düşəcək və kimin kim olduğunu biləcəksiniz: o insanları özünüzdən uzaqlaşdırmağa çalışın. Uğurlu günləriniz 20, 26 may, uğursuz gününüz isə 22 maydır.

Son xəbərlər

Xəbər
Bu gün, 11:39

Şahmar Ələkbərovun anım günüdür

Xəbər
Bu gün, 11:33

Aktrisa Mehriban Xanlarovanın ad günüdür

Xəbər
Bu gün, 11:30

49 yaşlı kişi evində ölü tapıldı

Xəbər
Bu gün, 11:02

Boris Xetaqurovun 86 yaşı tamam olur - FOTO

Xəbər
Bu gün, 10:30

Tbilisi-Bakı qatarına biletlərin çətin tapılması ilə bağlı açıqlama – RƏSMİ

Xəbər
Bu gün, 10:00

Bakıda narkoşəbəkə ifşa edildi

Xəbər
Bu gün, 09:33

Ali məktəblərə ixtisas seçimi BAŞLADI

Xəbər
Bu gün, 09:24

Türkiyədə meyiti tapılan iş adamı tiktoker "Beniz"in həyat yoldaşı olubmuş...

Xəbər
Dünən, 17:55

Yasamalda soyğunçuluq edən tutuldu

Xəbər
Dünən, 17:19

Şüvəlanda 1 ildir itkin kimi axtarılan qadının skeleti tapıldı - Oğlu tutuldu

Xəbər
Dünən, 17:10

Suraxanıda usta mənzildən 10 min manatlıq oğurluq etdi

Xəbər
Dünən, 16:35

Zeynəb Xanlarovanın 90 illik yubileyi harada keçiriləcək?

Xəbər
Dünən, 16:11

Siqareti arvadının alnında söndürdü

Xəbər
Dünən, 15:30

Bakıda ət qiymətinə satılan meyvə - FOTO

Xəbər
Dünən, 14:38

Sarayda 30 yaşlı kişinin meyiti tapıldı

Xəbər
Dünən, 14:10

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

Xəbər
Dünən, 13:42

Heyvan kəsimi məntəqələrində ciddi PROBLEM

Xəbər
Dünən, 12:53

Yeni qatarlar Qırmızı xəttə buraxılacaq - Bakı metrosundan AÇIQLAMA

Xəbər
Dünən, 11:47

Heyvan biznesi bəhanəsi ilə yüzminləri ələ keçirdi

Xəbər
Dünən, 11:38

Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 şəxs saxlanıldı

Xəbər
Dünən, 11:12

Hava limanı yolundakı yeni qurğular sürətölçən cihaz deyil - RƏSMİ AÇIQLAMA

Xəbər
Dünən, 10:46

Küçədə halı pisləşdi, xəstəxanada öldü

Xəbər
Dünən, 10:20

Buzovnada 30 yaşlı kişi dənizdə batdı

Xəbər
Dünən, 09:53

13 yaşlı şəhidimizin doğum günüdür

Oxşar xəbərlər