top
Həftəlik bürclər 22 İYUL - 28 İYUL
21 iyul 2024, 10:00
- ↺ +

Həftəlik bürclər 22 İYUL - 28 İYUL

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Ulduzlar sizə varlı olmaq üçün bol şans verəcək: gözəl iş təklifi gözləyin.
Ümumiyyətlə, bu həftə Qoçlar işlə bağlı məsələlərə xüsusi diqqət yetirməlidirlər: karyera dəyişiklikləri üçün əlverişli zamandır. Şəxsi həyata gəlincə, həddindən artıq məşğulluq zəminində ailədə və ya sevgilinizlə münaqişələr yarana bilər. Amma sevgilinizdə də az yoxdur; çoxlu vədlər verir, lakin hamısını yerinə yetirmir. Davalarınızı minimum həddə çatdırmaq üçün sevgilinizlə danışın, narahat edən bütün məqamları müzakirə edin. Uğurlu günləriniz 24, 27 iyul, uğursuz gününüz 23 iyuldur.

BUĞA bürcü


Həftənin əvvəli bəzi cəsarətli ideyaların həyata keçirilməsi üçün mükəmməl vaxtdır. Başqaları sizin ideyanızın reallığına inanmaya bilərlər, əsas odur ki, siz özünüz uğura inanın. Buna görə də mütləq intuisiyanıza güvənin, o, sizə heç vaxt səhv yol göstərməz. Subaylar, həftənin ikinci yarısında evlilik təklifi ala bilərsiniz. Bu təklif sizin dostunuzdan da gələ bilər. İllərdir sizi sevən, lakin cəsarət göstərib sizə öz hissləri haqda deyə bilməyən o insana mütləq “hə” deyin. Onunla xoşbəxt olub, bir yastıqda qarıyacaqsınız. Uğurlu günləriniz 26, 28 iyul, uğursuz gününüz 25 iyuldur.

ƏKİZLƏR bürcü


Niyə Əkizlərin uğuruna sevinən azdır? Bu sualı bu həftə özünüzə tez-tez verəcəksiniz, çünki uğurlarınız bol olacaq. Sizi gözü götürməyənləri ifşa edib, həyatınızdan silmək vaxtıdır; ətrafınıza yaxşı insanları yığın. Həftənin sonunda çoxdan görmədiyiniz insanlarla görüşəcəksiniz və görüş çox faydalı olacaq. Lakin sevincli xəbərlər bununla bitməyəcək: müdiriyyət fəaliyyətinizi yüksək qiymətləndirəcək və maaşınız artacaq. Amma sevgi cəbhəsində yeniliklər gözləməyin, vaxt gələndə sevinəcəksiniz. Uğurlu günləriniz 22, 23 iyul, uğursuz gününüz 24 iyuldur.

XƏRÇƏNG bürcü


Bu həftə Xərçəng sevindirici xəbər eşidəcək: bu, çoxdan gözlədiyiniz vacib məlumat ola bilər. Bu günlərdə sevgi münasibətinə başlamağa çalışmayın. Xoşunuza gələn biri varsa, onu mütləq yoxlayın, yalnız bundan sonra ürəyinizi ona açın. Xərçənglərin karyera yüksəlişi üçün əlverişli dövrdür; bütün maneələrə baxmayaraq, arzularınızın dalınca gedin və sonda mütləq uğur qazanacaqsınız. Ulduzlar sizə həftənin sonunda gözlənilməz iş təklifi vəd edir. Sağlamlığınızla bağlı problemlər ola bilər, bol vitaminli qidalar qəbul edin. Uğurlu günləriniz 27, 28 iyul, uğursuz gününüz 24 iyuldur.

ŞİR bürcü


Bu həftə Şir Məcnun olub səhralara düşəcək, qarşılıqsız sevgi ilə üzləşən bu bürc sonda sevgilisi ilə qovuşacaq. Tez-tez xəyyallara dalan Şir reallıqla barışmalıdır: həyatınızı dəyişmək üçün ağlınız var, imkanlarınız da var. Bunlardan istifadə etsəniz, bəlkə də “Forbes” jurnalında 10 ən varlı insanlar siyahısında olarsınız. Karyeranızda kiçik dəyişikliklər gözlənilir; çalışın öz əməyinizlə müdiriyyətin diqqətini çəkin. Həftənin sonunda dostunuz sizə gəlirli iş təklif edə bilər: seçim arasında qalacaqsınız. Uğurlu günləriniz 23, 25 iyul, uğursuz gününüz 22 iyuldur.

QIZ bürcü


Bu həftə pulunuza qənaət edin, xərcləri əvvəldən planlaşdırın. Təsadüfi tanışlıq sizin həyatınızı 180 dərəcə dəyişəcək; bu, gələcəkdə sizinlə iş birliyi quracaq insan ola bilər. Əks-cinsin nümayəndəsi sizin könlünüzü almaq üçün dəridən-qabıqdan çıxacaq. Sizin təkrarolunmaz cazibəniz çox insanın ağlını başından alır. Həftəsonu səyahət etmək üçün imkan olacaq. Bu təklif sizin dostunuz tərəfindən gələ bilər, ya da hədiyyə kimi sizə aviabilet təqdim edə bilərlər. Uğurlu günləriniz 22, 27 iyul, uğursuz gününüz 26 iyuldur.

TƏRƏZİ bürcü


Yeni tanışlıqlarla bol həftə olacaq. Xəyalları reallığa çevirməyin əsl vaxtıdır: ideyanız varsa, mütləq gerçəkləşdirin. İnanın ki, bütün işləriniz alınacaq! Ulduzlar sizə gözlənilməz iş təklifi və ya karyera yüksəlişi vəd edir. Sevgisiz qala bilməyən Tərəzinin həyatına bir nəfər daxil olacaq. Onun nazını çox çəkməli olacaqsınız, amma sonda bütün sınaqlardan keçərək, onunla xoşbəxt olacaqsınız. “Giveaway”da udmaq şansınız çox yüksəkdir: bəxt sizin tərəfinizdə olacaq. Uğurlu günləriniz 25, 28 iyul, uğursuz gününüz 27 iyuldur.

ƏQRƏB bürcü


Bu həftə tələsik heç nə etməyin, buraxın hər şeyi həyatın axarına. Ehtiyatlı olun, dələduzlar ətrafınıza yığışacaqlar. Həftənin ortalarından etibarən iş üçün əlverişli dövr başlayacaq. Yeni iş təklifi, müqavilələr və karyera yüksəlişi gözlənilir. Pulunuzu düzgün yerə yönəldin; balışın altında saxlamaq əvəzinə, kiçik biznes açmaqla və ya investisiya etməklə daha çox pul qazana bilərsiniz. Sevgilinizə daha çox vaxt ayırın, ona xoşbəxt anlar yaşatmağa çalışın. Uğurlu günləriniz 23, 26 iyul, uğursuz gününüz 25 iyuldur.

OXATAN bürcü


Oxatan bürcü özünə nəzarəti itirmək, idarəolunmaz duyğulara düşmək riski altındadır. Əyləc pedalına basmaq lazım olduğu yerdə, Oxatan qaza basmağa başlayacaq; bunun nəyə gətirib çıxara biləcəyini demək çətindir. Səyahət etmək planlarınız varsa, çalışın gələn həftəyə saxlayın. Həftəsonu ailə tərəfindən təzyiqə məruz qalacaqsınız. Sizin fikriniz onların fikri ilə bir olmayacaq. Hətta bu səbəbdən kiçik münaqişələr baş verə bilər, çalışın səbirli olun. Uğurlu günləriniz 25, 27 iyul, uğursuz gününüz 23 iyuldur.

OĞLAQ bürcü


Oğlaq üçün həftə müsbət hadisələrlə yadda qalacaq. Əgər hələ də ikinci yarınızı tapmamısınızsa, bu həftə çılğın və romantika ilə dolu insana rast gələcəksiniz. Lakin ailəniz və dostlarınızın seçiminizi başa düşə və qəbul edə bilməyəcəklərinə hazır olun. Başqalarının məsləhətlərinə əhəmiyyət verməyin, çünki xoşbəxtliyiniz kənar müdaxilələrə məruz qalmamalıdır. Sağlamlığınıza diqqət yetirin, yağlı yeməklərdən və şəkərdən uzaq durun. Uğurlu günləriniz 22, 26 iyul, uğursuz gününüz 28 iyuldur.

DOLÇA bürcü


Bu həftə Şekspirin “Romeo və Cülyetta”sının ikinci hissəsini sizin həyatınıza baxıb yazacaqlar. Ağlasığmaz bir dövr başlayır: hər gün sanki bir serial olacaq. Xoşbəxt günləriniz kədərli günlərinizdən xeyli çox olacaq və bu “film” gözəl bitəcək. Cibiniz boş olsa da, ağlınız hamıdan üstündür; bundan maksimum istifadə etsəniz, ölkədə ən varlı şəxs ola bilərsiniz. Həftəsonu sizi “dəli” edəcək “köhnə” insanla rastlaşacaqsınız. Onu unutmaq istəsəniz də, o sizi unutmayıb. Uğurlu günləriniz 25, 27 iyuldur, uğursuz gününüz 24 iyuldur.

BALIQLAR bürcü


Bu həftə bəzi vacib qərarları təkbaşına qəbul etməli olacaqsınız: çalışın, intuisiyanıza qulaq asın. Sevdiyiniz insanla münasibətlər pisləşə bilər, o da sizin günahınız ucbatından. Birtərəfli mövqe tutmaqdan əl çəkin, başqalarının da fikrini anlamağa çalışın və lazımsız yerə hər şeyi dramatikləşdirməyin. Cibiniz pulla dolu olacaq. Bu, qohumunuz tərəfindən sizə maddi kömək və ya hədiyyə ola bilər. Oxatan və ya Qız bürcündən biri sizə paxıllıq edir, arxanızca danışır, sizi gözdən salmaq istəyir, amma onu bu yaxında ifşa edəcəksiniz. Uğurlu günləriniz 23, 26 iyul, uğursuz gününüz 22 iyuldur.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər