top
Həftəlik bürclər 23 SENTYABR– 29 SENTYABR
22 sentyabr 2024, 10:00
- +

Həftəlik bürclər 23 SENTYABR– 29 SENTYABR

QOÇ bürcü


Bu həftə güc və enerji hiss edəcəksiniz: liderlik keyfiyyətləriniz ön plana çıxacaq, həmkarlarınız sizdən məsləhət alacaqlar. İş layihənizdə təşəbbüs göstərmək fürsətini əldən verməyin. İşgüzar Qoçları xoş xəbər gözləyir – maddi durumları artacaq, böyük məbləğdə bonuslar almaq ehtimalı da var. Həftəsonu dostlarınızla kiçik bir görüş təşkil edin: maraqlı təklif alacaqsınız. Uğurlu günləriniz 23, 26 sentyabr, uğursuz gününüz isə 28 sentyabrdır.

BUĞA bürcü


Maliyyə məsələlərinə diqqət yetirin: böyük alış-verişlər etməzdən əvvəl ehtiyatlı olun — aldanmaq riski ilə qarşılaşa bilərsiniz. İşdə yeni imkanlar meydana çıxa bilər: vəzifə dəyişiklikləri və ya maaş artımı gözləyin. Həftənin ortasında dostlarınızdan və ya yaxınlarınızdan xoş sürpriz alacaqsınız. Bütün problemləri, qayğıları unudub sağlamlığınıza fikir verməlisiniz – artıq çəkinizi atmaq üçün ideal dövrdəsiniz. Uğurlu günləriniz 25, 27 sentyabr, uğursuz gününüz isə 24 sentyabrdır.

ƏKİZLƏR bürcü


Bu həftə sakitlik axtarışında olacaqsınız, lakin bu, sizin yaradıcılığınızı artıracaq. Yeni ideyalar spontan şəkildə gələcək, ona görə də qeyd dəftəri yanınızda olsun. Ətrafınızdakı insanlarla ünsiyyət çox müsbət anlar və yeni tanışlıqlar gətirəcək. Çərşənbə günü sağlamlığınıza diqqət ayırmağı unutmayın — bəlkə idmanla məşğul olmağın vaxtıdır. Həftə sonu maddi durumunuzda problemlər yarana bilər – bədxərc olmasanız, bu problemlə rastlaşmayacaqsınız. Uğurlu günləriniz 26, 27 sentyabr, uğursuz gününüz isə 29 sentyabrdır.

XƏRÇƏNG bürcü


Partnyorunuzla mühüm mövzular müzakirə edərək münasibətlərinizi möhkəmləndirə bilərsiniz. İşdə mübahisələrdən qaçmağa çalışın — anlaşılmazlıqlar səbəbindən problemlər yarana bilər. Çox məsələdə “gözünüz açılacaq” – ikiüzlü insanlar, paxıllar, əsl dostlar və düşmənlər üzə çıxacaqlar. Buna səbəb isə həftəsonu sizin uğurlu xəbər almağınız olacaq – haqqınızda hər kəs danışacaq. Uğurlu günləriniz 23, 26 sentyabr, uğursuz gününüz isə 28 sentyabrdır.

ŞİR bürcü


Yeni bir layihə və ya hobbiyə başlamaq üçün mükəmməl dövrdür. Şəxsi həyatınızda gözlənilməz sürprizlər ola bilər — bəlkə də, biri sizə romantik bir axşam təşkil edəcək. Neytrallıq, soyuqqanlılıq və özünənəzarət Şirlərə peşəkar sahədə çox yaxşı nəticələr əldə etməyə kömək edəcək. Sevgi cəbhəsində inanılmaz hadisələr baş verəcək, hətta buna görə yaxşı mənada ağlınızı itirə bilərsiniz. Uğurlu günləriniz 25, 27 sentyabr, uğursuz gününüz isə 23 sentyabrdır.

QIZ bürcü


Həftə bir çox tapşırıqlarla dolu olacaq: bütün işlərin öhdəsindən gəlmək üçün vaxtınızı yaxşı planlaşdırın ki, stresdən uzaqlaşasınız. Tənha Qızlar çılğın və atəşli bir həftə keçirəcəklər – yeni tanışlıqlar sizi darıxmağa qoymayacaq. Həftəsonu sizi sürpriz gözləyir, lakin bu sürprizə sevinməyən insanlar da olacaq – paxıllıq hissi onları boğacaq. Uğurlu günləriniz 23, 25 sentyabr, uğursuz gününüz isə 24 sentyabrdır.

TƏRƏZİ bürcü


Bu həftə sosial həyatınız xüsusilə aktiv olacaq: dəvətlər burulğanına düşəcək, bu imkanları dəyərləndirməyə çalışın. Həmin görüşdə gələcək həyat yoldaşınızla və ya işbirliyi qurduğunuz insanla qarşılaşacaqsınız. Həyatınızda sizə quyular qazan çoxdur, çünki sizin uğurunuzu həzm edə bilmirlər. Lakin onlar buna nail olmayıblar və olmayacaqlar. Uğurlu günləriniz 26, 29 sentyabr, uğursuz gününüz isə 25 sentyabrdır.

ƏQRƏB bürcü


İşdə dəyişikliklər ola bilər, əvvəlcə narahatlıq yarada bilsə də, müsbət nəticələrə gətirib çıxaracaq. Müdiriyyətlə maaş artımı barədə söhbət açın: sizin işdə əziyyətiniz mütləq dəyərləndiriləcək. Şəxsi həyatda partnyorunuzla açıq söhbətlərə hazır olun: nə vaxtsa yalan danışmısınızsa, üzə çıxacaq. İctimai nəqliyyatda davanız düşə bilər: çalışın səbirli olun və insanları “yola verin”. Uğurlu günləriniz 24, 28 sentyabr, uğursuz gününüz isə 23 sentyabrdır.

OXATAN bürcü


Bu həftə səyahətlər və ya qısa gəzintilər üçün yaxşı imkanlar yaranacaq: yeni təcrübələr və emosiyalar sizi irəliləməyə ilhamlandıracaq. Şəxsi həyatda xoş anlar gözləyin — bəlkə də, partnyorunuz sizə evlilik təklifi edəcək. İşdə öhdəliklərlə şəxsi maraqlar arasında tarazlıq yaratmağa çalışın. Gəzərkən yerə baxın – pul tapmaq şansınız olacaq. Narahat olmayın, ürəklə xərcləyin, çünki həyat sizi belə mükafatlandırır. Uğurlu günləriniz 23, 26 sentyabr, uğursuz gününüz isə 25 sentyabrdır.

OĞLAQ bürcü


Bu həftə karyera və peşəkar inkişafınıza fokuslanın: gözlənilməz maraqlı təkliflər ola bilər, onları mütləq dəyərləndirin. Çətinliklərə hazır olun, amma unutmayın ki, bunlar sizi irəliyə aparmaq üçün faydalıdır. Şəxsi həyatınızda ailənizə diqqət ayırmağı unutmayın — onlar sizin dəstəyinizi gözləyir. Yeni biznes açmaq, kurslara yazılmaq üçün əlverişli həftədir – ümumiyyətlə, həyatınızda yeniliklər edin, darıxdırıcı həyata son qoyun. Uğurlu günləriniz 24, 27 sentyabr, uğursuz gününüz isə 26 sentyabrdır.

DOLÇA bürcü


Həftənin sonuna qədər əhəmiyyətli pul axını gözləyin – bu sizin zəhmətinizin bəhrəsi olacaq. Həm də bu həftə keçmiş sevgilinizlə bağlı bütün xatirələri silmək məsləhət görülür – bunu etməyincə, ürəyinizin qapısı yeni insan üçün bağlı olacaq və bu sizə əzab verəcək. Dostunuzla xaricə getmək imkanınız olacaq: bəlkə də orada həyatınız 180 dərəcə dəyişdi. Uğurlu günləriniz 25, 29 sentyabr, uğursuz gününüz isə 24 sentyabrdır.

BALIQLAR bürcü


Bu həftə Balıq bürcünün özünə güvənməyən bəzi nümayəndələri daha cəsarətli olmalıdırlar. Sevdiyiniz, xoşunuza gələn biri varsa, mütləq öz hisslərinizi ona bildirin, yoxsa sevgi qatarınız gedəcək. Maddi cəhətdən problem olmayacaq, hətta kiçik artım gözlənilir. Uzaq qohumlar sizi narahat edəcək: heç kimə borc verməyin, çünki o pul sizə bir də qayıtmayacaq. Uğurlu günləriniz 24, 28 sentyabr, uğursuz gününüz isə 27 sentyabrdır.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

79 motosiklet və moped duracağa yerləşdirildi

Xəbər
Bu gün, 17:57

Öskürəyə görə başlayan mübahisə qanla bitdi: 27 yaşlı usta qətlə yetirildi

Xəbər
Bu gün, 17:37

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Xəbər
Bu gün, 17:03

Sabahın hava proqnozu açıqlandı

Xəbər
Bu gün, 16:03

Ölən direktor müavini tanınmış dirijorun qohumu imiş

Xəbər
Bu gün, 15:03

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

Xəbər
Bu gün, 14:50

Zənglərinə cavab verməyən dostunu bıçaqladı - BAKIDA

Xəbər
Bu gün, 14:03

Həbsdən çıxan yüzlərlə şəxs işlə təmin edilib

Xəbər
Bu gün, 13:03

Xəstəlikləri öncədən proqnozlaşdıracaq sistem: Səhiyyə Nazirliyinin  mütəxəssisi izah edir

Xəbər
Bu gün, 12:03

Kişi yemək bişirməyən arvadını telefonla döydü

Xəbər
Bu gün, 11:04

71 yaşlı kişi ağacdan yıxıldı, öldü

Xəbər
Bu gün, 10:04

Azərbaycan nefti 80 dollara satılır

Xəbər
Dünən, 18:00

Bakıda binanın zirzəmisindən çürümüş meyit tapıldı

Xəbər
Dünən, 17:31

Bakının bir çox ərazisində niyə su yoxdur? - RƏSMİ

Xəbər
Dünən, 17:10

Qadın restoranda qəfil vəfat etdi

Xəbər
Dünən, 17:02

Binəqədidə biabırçı vəziyyət

Xəbər
Dünən, 16:10

Bakıda FACİƏ: Qardaşının evinə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü

Xəbər
Dünən, 15:46

Mərdəkanda dənizdə 4 nəfər batdı - YENİLƏNİB

Xəbər
Dünən, 15:14

Sabah hava necə olacaq?

Xəbər
Dünən, 14:38

Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq

Xəbər
Dünən, 14:15

Evə içkili gəldiyinə görə irad tutan oğlunu bıçaqladı

Xəbər
Dünən, 13:49

Bülbülün doğum günüdür

Xəbər
Dünən, 13:15

Gəlinini döyən qayınana ilə bağlı yeni qərar

Xəbər
Dünən, 12:46

Bu çimərliklərdə çimmək qadağan edildi

Xəbər
Dünən, 12:15

Səngəçal karvansarasına ziyan vurulub, hadisəni törətmiş şəxslər məsuliyyətə cəlb olunacaq

Xəbər
Dünən, 11:15

Bilgəhdə adam batıb

Xəbər
Dünən, 10:15

Ötən həftə 7 nəfərin meyiti tapılıb - VİDEO

Xəbər
Dünən, 09:16

Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Oxşar xəbərlər