top
Həftəlik bürclər 24 İYUN - 30 İYUN
23 iyun 2024, 10:00
- ↺ +

Həftəlik bürclər 24 İYUN - 30 İYUN

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə sakit olsanız, məqsədlərinizə çata biləcəksiniz. Həftə ərzində sənədlərlə, maddi dəyərlərlə işləyərkən diqqətli olmalısınız: kiçik səhv sizə çox baha başa gələ bilər. Bütün vacib qərarları və planları gələn həftəyə keçirmək məsləhət görülür. Qalmaqallardan qaçmağa çalışın: ulduzlar bu dövrdə sadəlövh olmamağı tövsiyə edir. Həftəsonuna yaxın istirahət etmək fürsətini əldən buraxmayın. Əks-cins tərəfindən diqqət və qayğı görəcəksiniz. Uğurlu günləriniz 25, 28 iyun, uğursuz gününüz isə 26 iyundur.

BUĞA bürcü


Bu həftə ulduzlar sizə gözəl günlər vəd edir: əlçatmaz görünən məqsədləri gerçəkləşdirməyin əsl vaxtıdır. Uğurunuzun pik nöqtəsi həftənin ortasına təsadüf edəcək. Sevgiliniz sizə böyük bir hədiyyə edəcək: sevincdən, hətta ağlayacaqsınız. Subayların da bəxti açılacaq, lakin öz yarınızı tapmaq üçün heç vaxt olmadığınız məkanlara üz tutmalısınız. Bu ərəfələrdə avtomobil sürərkən diqqətli olmaq və çox yorğun halda maşına minməmək məsləhət görülür. Uğurlu günləriniz 24, 27 iyun, uğursuz gününüz isə 30 iyundur.

ƏKİZLƏR bürcü


Bu həftə siz özünüzə daha çox güvənməlisiniz. Çoxdandır xoşunuza gələn insana hissləriniz haqda deməkdən çəkinməyin: uzatsanız, gecikəcəksiniz və onun həyatına başqası daxil olacaq. Sizi maddi duruma görə sevən insanları uzaqlaşdırın: bu gün pul varsa, yanınızda olacaqlar, sabah olmasa, sizi tək qoyacaqlar. Son günlər çox işləyirsiniz, enerjiniz tükənib: həftəsonu əylənmək, səmimi görüşlər keçirmək və ya səfərlər etmək sizə çox yaxşı təsir edəcək. Uğurlu günləriniz 28, 29 iyun, uğursuz gününüz isə 26 iyundur.

XƏRÇƏNG bürcü


Həftənin əvvəlində siz işdə rəhbərliyin və həmkarların gözündə yüksələcəksiniz: uğurunuza çox insan sevinsə də, paxıllar da az olmayacaq. Sevgilinizlə hər hansı probleminiz varsa, onu dərhal müzakirə edin: aranızda soyuqluq yaranmasına imkan verməyin. Həyatınızda baş verən xoş hadisələri yad insanlarla bölüşməyin: səmimiyyətinizi hər kəs eyni qəbul etməyə bilər. Həftəiçi bədxərc olmayın, xərclərinizi gələn həftəyə saxlayın. Uğurlu günləriniz 24, 30 iyun, uğursuz gününüz isə 28 iyundur.

ŞİR bürcü


Bu həftə Şirlər çox məsuliyyətli olmalıdırlar. İşinizi yaxşı görmək və səhvlərə yol verməmək məsləhət görülür, əks halda işinizdən azad oluna bilərsiniz. Ümumiyyətlə, bütün həftəni planlaşdırmalı və dəqiq qrafikə sadiq qalmalısınız. Həftəsonu dostunuzla və ya sevgilinizlə xırda problemlər yarana bilər. Sağlamlığınıza diqqət yetirin: imkan varsa, müayinəyə gedin. Gözləmədən varlanmaq şansınız olacaq: tanımadığınız insan tərəfindən gəlirli iş təklifi gözləyin. Uğurlu günləriniz 26, 29 iyun, uğursuz gününüz isə 24 iyundur.

QIZ bürcü


Qızlara bu həftə çox iş görmək məsləhət görülmür: əlavə istirahət günləri götürsəniz, daha yaxşı olar. Həftənin ikinci yarısında sizi ağır bir iş günü gözləyir. Çox güman ki, çərşənbə günü romantik macəra yaşayacaqsınız. Ulduzlar bu ərəfələrdə gözlənilməz hədiyyə bəxş edəcək. Əgər ağlınızda ideya varsa, mütləq bu həftə həyata keçirin. Həftəsonu hamı istirahət edəndə, siz çalışacaqsınız, lakin kədərlənməyin: iyul ayında çalışqan olduğunuz üçün həyat sizi bonuslar və karyera yüksəlişi ilə mükafatlandıracaq. Uğurlu günləriniz 24, 27 iyun, uğursuz gününüz isə 26 iyundur.

TƏRƏZİ bürcü


“Tələsən təndirə düşər”: bu həftə dünya dağılsa belə, heç bir tələsik qərar verməyin. Həyat sizinlə oyun oynayacaq: sınaqdan keçsəniz, bəy balası kimi yaşayacaqsınız, keçməsəniz, qəpiyə güllə atacaqsınız. Bu dövrdə Tərəzilərin həll edə bilməyəcəyi məsələlər olmayacaq. Həftənin ikinci yarısında sevgiyə, romantik anlara vaxt ayırmağın əsl zamanıdır, axı siz bunu bacarırsınız. Tənha Tərəzilər bu yaxınlarda sosial şəbəkələrdə biri ilə tanış olacaqlar. Uğurlu günləriniz 25, 26 iyun, uğursuz gününüz isə 30 iyundur.

ƏQRƏB bürcü


Bu həftə ulduzlar sizə gözəl günlər vəd edir: əlçatmaz görünən məqsədləri gerçəkləşdirməyin əsl vaxtıdır. Həftəsonu depressiyaya düşə bilərsiniz, lakin bu, iki-üç gün çəkəcək. Mənfi düşüncələrdən azad olmaq üçün dostlarınızla və ya ailənizlə daha çox vaxt keçirin: çalışın, təklikdən uzaq olun. Yeni münasibətlər istəyirsinizsə, evdən daha tez-tez çıxıb insanlarla görüşməlisiniz. Bu görüşmələr subaylar üçün daha çox yarayacaq, can yoldaşı tapmağa kömək edəcək. Uğurlu günləriniz 29, 30 iyun, uğursuz gününüz isə 27 iyundur.

OXATAN bürcü


Bu həftə əlinizə pul gələcək, lakin onu lazımsız yerə xərcləsəniz, cibiniz bomboş olacaq. Odur ki, çalışın, çox pul xərcləməyin. Münasibətdən qaçmaq istəyən Oxatan bu dəfə sevginin qarmağına keçəcək və bəlkə də, əsl sevgini tapacaq. Bu həftə verəcəyiniz hər hansı qərar sizin gələcəyinizə təsir edəcək. Sağlamlığınıza fikir verin: enerjiniz tükənməkdədir, bu isə fəsadlar törədə bilər. Həftəsonu kiçik problemlə qarşılaşa bilərsiniz: diqqətli olmağınız məsləhət görülür. Gözləmədiyiniz yerdən iş təklifi gələcək və ya nə vaxtsa verdiyiniz borc qaytarılacaq. Uğurlu günləriniz 28, 30 iyun, uğursuz gününüz isə 24 iyundur.

OĞLAQ bürcü


Oğlaq üçün bu həftə iş və karyera ilə bağlı məsələlərdə yüksəliş gözlənilir. Onlar ən yaxşı işgüzar keyfiyyətlərini göstərəcəklər və buna görə müdiriyyət tərəfindən mükafatlandırılacaqlar. Sevgi cəbhəsində romantik anlar yaşayacaqsız: sevgiliniz sizə aşırı diqqət yetirəcək. Bəzi Oğlaqlar isə subaylığın daşını atıb yeni münasibətə başlayacaqlar: seçim edərkən diqqətli olun, ürəyinizin qapısını yalnız layiq olana açın. Pula qənaət etmək vaxtı deyil: 5 günlük dünyadır, odur ki, özünüzə xərcləməkdən çəkinməyin, onsuz da pul yenidən cibinizə qayıdacaq. Uğurlu günləriniz 25, 27 iyun, uğursuz gününüz isə 29 iyundur.

DOLÇA bürcü


Bu həftə Dolçalar öz sağlamlığının qayğısına qalmalıdırlar. Bütün gücünüzü və enerjinizi işə xərcləmisiniz, buna görə də məzuniyyət və ya bir neçə əlavə istirahət günü götürün. Qısa zamanda çoxsaylı görüşləriniz və maraqlı layihələriniz olacaq. Siz tənqidi təhqirdən ayırmağı bacarmalısınız: sizə verilən məsləhətləri qəbul etmirsiniz, özünüzü daha ağıllı sayırsınız. Amma bu dövrdə kiçik məsləhət və ya tənqid sizə kömək ola bilər. Bazar günü şad xəbər gözləyin: bu, sizin çoxdandır gözlədiyiniz xəbər ola bilər. Uğurlu günləriniz 24, 30 iyun, uğursuz gününüz isə 27 iyundur.

BALIQLAR bürcü


Bu həftə kədərdən qaça bilməyəcəksiniz: nə zamansa bir kəsi incitdiyinizə görə həyat sizə dərs verəcək. Cibiniz boşala bilər: pul itirməyə hazır olmalısınız. Həftənin sonu ümidverici xəbərlər və xoş anlardan ibarət olacaq: ola bilsin ki, yeni iş təklifi gəlsin. Xoşbəxt gələcəyiniz indi necə davranacağınızdan asılıdır. Həftəsonu yaşayış tərzinizi mütləq dəyişin: səfərlərə çıxın, yeni ilham alın. Subay Balıqlar hazır olmalıdır, çünki tamamilə gözləmədiyiniz bir vaxtda mükəmməl insanla qarşılaşacaqsınız. Uğurlu günləriniz 26, 28 iyun, uğursuz gününüz isə 25 iyundur.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər