top
Həftəlik bürclər 25 MART - 31 MART
23 mart 2024, 10:00
- +

Həftəlik bürclər 25 MART - 31 MART

QOÇ bürcü


Bu həftə Qoçun qarşısına Əqrəb, Əkizlər və ya Xərçəng bürcünün nümayəndəsi çıxa bilər: ulduzlar sizi sevgi sınağına çəkəcək. Sizin könlünüzü almaq istəyən bu şəxslərə “yox” deməyin, bir şans verin, bəlkə də ən xoşbəxt günləri onunla yaşayacaqsınız. Karyeranızda dəyişikliklərə hazır olun, çünki parlaq, sevincli günlər başlayır. Gözəlliyi, yaraşıqlığı ilə seçilən bu bürc çox insanların qəlbini fəth edəcək. Həftənin sonuna cibinizi boşaldanlar olacaq: saf olmayın, sizdən istifadə edənlər var. Uğurlu günləriniz 25, 26 mart, uğursuz gününüz isə 30 martdır.

BUĞA bürcü


Bu həftə Buğa hamıya od qoyacaq. Buğanın ağlına, bacarığına şübhə edən insanlar onun uğruna mat-məəttəl qalacaqlar. Elə bir ucalara qalxacaqsınız ki, hamı sizə heyran qalacaq: adınız dillərdən düşməyəcək. Amma bu, bürcün çalışqan nümayəndələrinə aid olacaq: tənbəllər isə indi tutduqları mövqedən bir santimetr belə tərpənməyəcəklər. Sevgililər, sizi münasibət sınağı gözləyir: aldanmalar, qısqanclıq və hətta dava belə baş verə bilər. Uğurlu günləriniz 26, 30 mart, uğursuz gününüz isə 27 martdır.

ƏKİZLƏR bürcü


Həftəni xoş əhvali-ruhiyyə ilə açacaqsınız: aylardır gözlədiyiniz xəbəri alacaqsınız. Həftəiçi qohumlarla, köhnə dostlarla görüşəcəksiniz: kefiniz saz olacaq. Yeni işə başlamaq, biznes qurmaq üçün gözəl vaxtdır. Həftəsonu sağlamlığınızda kiçik problemlər yarana bilər: bunun qarşısını almaq üçün bol vitamin qəbul edin, vaxtlı-vaxtında yatın və stresdən uzaq olun. Həftəsonu maddi durumunuz xeyli yaxşılaşa bilər. Ulduzlar sizin qarşınıza bir neçə namizəd çıxaracaq: altıncı hissinizə güvənin və seçiminizi edin. Uğurlu günləriniz 29, 31 mart, uğursuz gününüz isə 25 martdır.

XƏRÇƏNG bürcü


Sevgilinizə nəzarət etməyiniz xoş sonlanmayacaq: “bomba partlayacaq” və hər iki tərəf ziyan görəcək. Son günlər bürcün passivləşən bəzi nümayəndələri özlərini ələ almalı və maddi durumlarını yaxşılaşdırmaq üçün yeni ideyaları ortaya qoymalıdırlar. Kreativliyi ilə bürclər arasında seçilən Xərçəng istəsə, milyonçu də ola bilər: sadəcə tənbəlliyə son qoymaq lazımdır. Bəzi Xərçənglər dürüst olmayan bir insanla qarşılaşacaqlar və aldanmaq riski ilə üzləşəcəklər. Sevgiliniz tərəfindən kiçik sürprizlər gözləyin: bu, xoş xəbər və ya maraqlı hədiyyə ola bilər. Uğurlu günləriniz 25, 29 mart, uğursuz gününüz isə 31 martdır.

ŞİR bürcü


Bu həftə Şir boş vaxt tapmayacaq: iş görüşləri ilə dolu günlər olacaq. Pul qazanmaq üçün əsl vaxtdır: hansı işlə məşğul olmaq istəsəniz, sonu uğurlu olacaq. Yalançıların, üzünüzə gülüb arxanızca danışanların, sizə paxıllıq edənlərin əsl üzünü görəcəksiniz. Həftəiçi böyük uğurunuz alqışlara səbəb olacaq: hamı sizdən danışacaq. Cibiniz pulla dolacaq, buna görə də illərdir görmədiyiniz qohumlar və “dostlar” başınıza yığışacaqlar. Bu yaxınlarda Şirin “başını bağlamaq” fikriniz varsa, məsləhət görürük, bundan vaz keçəsiniz: bu bürc “Subaylıq sultanlıqdır” şüarı ilə yaşayır. Uğurlu günləriniz 28, 30 mart, uğursuz gününüz isə 25 martdır.

QIZ bürcü


Bu həftə karyeranızda müsbət dəyişikliklər baş verəcək: illərdir çəkdiyiniz əziyyət yerdə qalmayacaq və vəzifəniz artacaq. Bir nəfər sizə quyu qazmağa başlayacaq: nə vaxtsa kiminsə yolunu keçmisiniz və o, qisas planı qurub. Lakin bunu hiss edəcəksiniz və o insanı tapıb darmadağın edəcəksiniz. Yaxınlarınızdan birinə diqqət yetirin: o, təhlükə altına düşə, siz isə onu xilas edə bilərsiniz. Nifrət etdiyiniz bir insan yaxın gələcəkdə sizin sevgiliniz olacaq: heç vaxt “heç vaxt” deməyin. Uğurlu günləriniz 25, 27 mart, uğursuz gününüz isə 28 martdır.

TƏRƏZİ bürcü


Bu həftə intriqalarla dolu günlər olacaq: sizi sevən etiraf, sizi sevməyən dedi-qodu edəcək, arxanızca işlər görəcəklər. Həftəni işinizdə xoş xəbərlə açacaqsınız: bu, ya vəzifə yüksəlişi, ya da maaş artımı ola bilər. Dostunuzdan sizin həyatınızı dəyişəcək inanılmaz xoş xəbər eşidəcəksiniz. Sevgisini göstərməkdən çəkinən Tərəzi ətrafındakı dostlarını itirə bilər. Lakin o, içdən sevir: öz sevgisini büruzə verməsə belə, çox güvənli dostdur. Uğurlu günləriniz 29, 30 mart, uğursuz gününüz isə 31 martdır.

ƏQRƏB bürcü


Həftəiçi siz yeni işlə məşğul olmağa başlayacaqsınız: dəyişiklik sizə yeni imkanlar gətirəcək. Həyatınız yaxşıya doğru dəyişəcək, yeni dostlar qazanacaqsınız. Sevgiliniz tərəfindən kiçik, xoş sürprizlər alacaqsınız. Həftəsonu zəngin və maraqlı keçəcəyini vəd edir. Gördüyünüz ən xırda işə belə başdan-ayağa köklənmək məcburiyyətində qalacaqsınız, ona görə də şəxsi işlərə, demək olar ki, vaxt qalmayacaq. Xəstəlikdən əziyyət çəkənlər şəfa tapacaqlar: qarşınıza sizi sağaldacaq mütəxəssis çıxacaq. Uğurlu günləriniz 26, 27 mart, uğursuz gününüz isə 28 martdır.

OXATAN bürcü


Həftəsonu yaxın bir insan sizə yığılmış gərginlikləri unutduracaq: onunla çox gözəl vaxt keçirəcəksiniz. Subay Oxatan emosional şok yaşaya bilər: dünən dost bildiyi bir insan ona sevgi etirafı edəcək. Maddi durumunuz yavaş-yavaş yaxşıya doğru dəyişəcək. Çərşənbədən uğurlu günləriniz başlayacaq və birdən-birə karyeranız üçün yeni perspektivlər yaranacaq. Həftəsonu dostlarınızla kiçik münaqişə yaşana bilər: diliniz sizin bəlanızdır. Əgər sizi sevən birinə “yox” desəniz, o, sizi qaçırmağa çalışacaq. Uğurlu günləriniz 25, 26 mart, uğursuz gününüz isə 30 martdır.

OĞLAQ bürcü


Bu həftə sizi uzun müddət narahat edən problem həll olunacaq. Həyatın yaxşılaşdığını hiss edəcəksiniz, planlaşdırdığınız işlərdə uğur qazanacaqsınız. Çərşənbə axşamı həyatınıza fırtına daxil olacaq və güzəranınızı qarma-qarışıq edəcək. Lakin qorxmayın, fırtına özü ilə daha çox uğur gətirəcək. Çalışın, rəhbərliyin etimadını doğruldun: yaltaqlıqla deyil, öz işinizlə nə qədər vacib əməkdaş olduğunuzu sübut edin, onda qarşınızda bir çox yeni imkanlar açılacaq. Uğurlu günləriniz 28, 31 mart, uğursuz gününüz isə 26 martdır.

DOLÇA bürcü


Həftəiçi Dolçalar enerji ilə dolu olacaqlar: bu günlərdə hansı işə başlamağınızdan asılı olmayaraq, mütləq uğur qazanacaqsınız. Həmkarlar tərəfindən zərbə ala bilərsiz: ağlınızda işlə əlaqədar plan varsa, çalışın, bu haqda hələ heç kimə deməyin, yoxsa ideyanız oğurlana bilər. Əlinizə pul gələcək, lakin onu lazımsız yerə xərcləsəniz, cibiniz bomboş olacaq. Odur ki, pulları ehtiyatla xərcləyin. Ulduzlar martın son günlərində Dolçalara gözlənilməz hədiyyə bəxş edəcək: bu haqda çoxdan düşünürdünüz və sevinciniz yerə-göyə sığmayacaq. Uğurlu günləriniz 25, 30 martdır, uğursuz gününüz gözlənilmir.

BALIQLAR bürcü


Həftə kifayət qədər sabit və sakit keçəcək. İntuisiya Balıqlara yaxın gələcəkdə çox vacib və əhəmiyyətli bir şeyin baş verəcəyinə işarə edəcək. Sevgilisi ilə münasibətdə problem yaşayanlar yeni dövrə keçəcəklər: davalara, münaqişələrə son qoyulacaq və Balıqlar, hətta evlənmək fikrinə də gələcək. Sinif yoldaşınızla qarşılaşacaqsınız: ondan sizə fayda dəyəcək və maraqlı təkliflər alacaqsınız. Maddi vəziyyətiniz xeyli artacaq, lakin daha çox pul qazanmalı, yeni layihələrə başlamalısınız. Uğurlu günləriniz 29, 31 martdır, uğursuz gününüz gözlənilmir.

Son xəbərlər

Xəbər
Bu gün, 17:25

Ötən gün 7 qanunsuz tüfəng müsadirə edildi

Xəbər
Bu gün, 16:07

Bakı və Abşeronda dronlarla təlim-məşq uçuşları keçiriləcək - RƏSMİ

Suraxanı
Bu gün, 15:12

Hövsanda müəllimə olan arvadını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib

Nizami
Bu gün, 14:42

Gecə 1-də sevgilisini döydü — Söyüşə görə...

Xəbər
Bu gün, 13:13

Sabah Bakıda 17 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:45

Cinayətdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Xəbər
Bu gün, 10:30

Dostları bayramda Azər Baxşəliyevi andılar

Xəbər
Bu gün, 09:46

Orxan Aslanovun evində yanğın: "Yığdığım hər şey yox oldu"

Xəbər
21 mart 2026, 21:00

23 - 29 mart tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
21 mart 2026, 17:08

"Sürətli yeriməyimə söz dedi" – Sevgilisini döydü

Xəbər
21 mart 2026, 15:24

Anasını kürəyindən bıçaqladı: "Bayrama görə 100 manat pul verəcəkdi, vermədi"

Xəbər
21 mart 2026, 14:01

Bazar günü Bakıda hava necə olacaq?

Xəbər
21 mart 2026, 12:08

Azərbaycan ayaqqabı istehsalını 36 % artırıb

Xəbər
21 mart 2026, 10:33

Arvadının başına pult vuran kişiyə 7 ay HƏBS

Xəbər
21 mart 2026, 09:46

Hövsanda bayram yasa çevrildi - Ər müəllimə arvadını öldürdü

Xəbər
20 mart 2026, 21:05

Prezident Novruz bayramı münasibətilə bağlı paylaşım edib

Aktual Xəbərlər
20 mart 2026, 17:10

Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib

Xəbər
20 mart 2026, 16:16

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olundu

Xəbər
20 mart 2026, 14:57

Röya Ayxan bayramı qocalar evində keçirdi

Xəbər
20 mart 2026, 12:10

Bakıda sabah hava dumanlı olacaq - PROQNOZ

Xəbər
20 mart 2026, 11:50

Əməkdar artist Raziyyə Şirinova vəfat edib

Xəbər
20 mart 2026, 10:29

Bayram namazı qılındı

Xəbər
20 mart 2026, 09:09

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

Cəmiyyət
20 mart 2026, 08:45

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

Oxşar xəbərlər