top
Həftəlik bürclər 26 AVQUST – 1 SENTYABR
25 avqust 2024, 10:00
- ↺ +

Həftəlik bürclər 26 AVQUST – 1 SENTYABR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə Qoç bürcünü maraqlı və dinamik bir dövr gözləyir. Udızlar sizə enerjinizi və təşəbbüskarlığınızı yüksəkdə saxlamağı tövsiyə edir. Həftənin əvvəlində işlərdə bəzi gözlənilməz dəyişikliklər yaşaya bilərsiniz, amma narahat olmayın — bu, sizin yeni imkanlara qapı açacaq. İşdə ideyalarınızı paylaşmaqdan çəkinməyin, çünki kreativ fikirləriniz diqqət mərkəzində olacaq: bu vəzifə dəyişməsinə təkan ola bilər. Həftənin sonu sevgilinizlə bəzi anlaşılmazlıqlar və ya kiçik münaqişələr yaşaya bilərsiniz. Sakit qalmaq və qarşı tərəfin fikirlərini dinləmək problemləri asanlıqla həll etməyə kömək edəcək. Uğurlu günləriniz 28 avqust, 1 sentyabr, uğursuz gününüz isə 30 avqustdur.

BUĞA bürcü


Həftə ərzində işinizə çox diqqət yetirin, çünki istədiyiniz artımı əldə edə bilmək imkanınız yarana bilər. Həm də yeni ideyanız varsa, rəhbərinizə çəkinmədən deyin – bu sizin karyeranızın yüksəlişi üçün bir addım olacaq. Ancaq həftənin ikinci yarısını və həftəsonunu yalnız özünüzə, yaxınlarınıza həsr edin. Bir az yaradıcılıq və əzm nümayiş etdirsəniz, sevgilinizlə romantik münasibətlər alışıb yanacaq. Pul qazanmaq üçün əsl vaxtdır – axı sizin fantaziyanız çox zəngindir, ağlınızı işə goşun və biznes açın. Uğurlu günləriniz 28 avqust, 1 sentyabr, uğursuz gününüz isə 27 avqustdur.

ƏKİZLƏR bürcü


Bu həftə Əkizləri həm maraqlı, həm də çətin dövr gözləyir. Başlanğıcda, gözlənilməz bir vəziyyət yaşaya bilərsiniz: yaxın bir dostunuzdan xəyanət görmək ehtimalı var. Bu vəziyyətdə sakit qalmaq və məsələləri soyuqqanlılıqla qiymətləndirmək ən yaxşı yanaşma olacaq. Həftənin ortasında iş axtarışında olanlar üçün gözəl xəbərlər var: uğurlu iş imkanları ilə qarşılaşa bilərsiniz və qazancınızı artırmaq şansınız olacaq. Həftənin sonu maraqlı bir təsadüf nəticəsində, bəlkə də, məhəbbətinizi bir marşrut avtobusunda tapacaqsınız. Bu təsadüfi tanışlıq sizi bir-birinizə yaxınlaşdıracaq və yeni, gözəl bir münasibətə səbəb olacaq. Uğurlu günləriniz 31 avqust, 1 sentyabr, uğursuz gününüz isə 26 avqustdur.

XƏRÇƏNG bürcü


Xərçənglər bu həftə iki cəbhəyə ayrılacaqlar – bəziləri son alın tərinə kimi işləyəcək, bəziləri isə əksinə, tənbəllik edəcəklər. Bu müddət ərzində yeni biznes və layihələrə başlamağa qətiyyən dəyməz. İşinizdə diqqətli olun – həmkarınız tərəfindən hiylə ilə üzləşə bilərsiz. Həmin insan sadəcə sizin uğurunuzu həzm edə bilmir – üzünüzə gülür, arxanızca isə dedi-qodu edir. Həftənin sonunda vəziyyət yaxşılaşmağa başlayacaq – qara günləri arxada qoyub, ağ günə çıxacaqsız. Qarşınıza sizin həyatınızı müsbət tərəfə dəyişən biri çıxacaq. Uğurlu günləriniz 26, 29 avqust, uğursuz gününüz isə 27 avqustdur.

ŞİR bürcü


Bu həftə Şir bürcünü həyatında əhəmiyyətli dəyişikliklər gözləyir. Həftənin əvvəlində, mütləq xaricə köçmə və ya uzun müddət xaricdə yaşamaq kimi ciddi planlarınızın reallaşacağı bir dövr başlayacaq. Həftənin ortasında müsbət maliyyə xəbərləri gözləyir: lotereya və ya başqa bir şəkildə ev və ya pul qazanmaq şansınız olacaq. Bu, sizin maliyyə vəziyyətinizi gücləndirəcək və gələcək planlarınızı həyata keçirmək üçün əlavə resurslar təmin edəcək.Həftənin sonu iş yüklənməsi ilə diqqət çəkir: artıq əldə etdiyiniz maliyyə müvəffəqiyyətinizin ardından, çox iş görməli olacaqsınız. Bu əlavə iş yüklənməsi sizi yoracaq, amma əvəzində yaxşı gəlir əldə edəcəksiniz. Uğurlu günləriniz 29, 30 avqust, uğursuz gününüz isə 28 avqustdur.

QIZ bürcü


Qız bu həftə nostalji hisslər yaşayacaq – məktəb, universitet və ya köhnə dostlarla görüş gözlənilir. Uzun müddətdir arzuladığınız evi və ya əmlakı satın ala biləcəksiniz. Münasibətdə olanlar evlənmək haqqında fikirə gələ və ya partnyor tərəfdən nişan, evlənmək təklifi ala bilərlər. Həyatınıza yeniliklər qatın – kurslara yazılın, klublara qoşulun, planınızda səyahət varsa, mütləq gerçəkləşdirin – yeni insanlar, tanışlıq, ab-hava sizə müsbət təsir edəcək. Həftənin sonunda qalmaqalın mərkəzində olacaqsınız: danışığınıza fikir verin. Uğurlu günləriniz 29, 30 avqust, uğursuz gününüz isə 28 avqustdur.

TƏRƏZİ bürcü


Bu həftə çox diqqətli olmalı və sizə deyilən hər şeyi süzgəcdən keçirməlisiniz – qeybət və müxtəlif fərziyyələrdən ibarət əsl sunami gəlir. Hər kəsin sözünə inanmayın və heç kəs arxasınca danışmayın, yoxsa xoşagəlməz bir intriqanın mərkəzində olacaqsınız. İş yerində emosiyalarınızı idarə edin, sizi əsəbləşdirən həmkarlara fikir verməyin – əvvəlcə sakitləşməyə çalışın və yalnız bundan sonra hər hansı bir qərar verin. Bu həftə alış-veriş üçün çox əlverişlidir. Xüsusilə həftə sonları çoxdan planlaşdırdığınız böyük alış-verişlər edə bilərsiniz. Uğurlu günləriniz 27, 29 avqust, uğursuz gününüz isə 1 sentyabrdır.

ƏQRƏB bürcü


Bu həftə Əqrəbləri gizli sevən bir insan üzə çıxacaq – siz ona fikir verməsəniz də, o sizi sevib, düşünüb və ağır gündə yanınızda olub. Sadəcə sizə öz hisslərini etiraf etməyə cəsarəti olmayıb. Həmin insan Balıq, Xərçənq və ya Qız bürcündən ola bilər – saf, ağlasığmaz sevgi həyatı yaşamağa hazırsız? İşinizdə bəzi problemlər ola bilər, amma şirin diliniz sizə bu problemlərin öhdəsindən gəlməyə kömək olacaq. Həftəsonu çoxdandır gözlədiyiniz şad xəbəri alacaqsız – bu xəbər sizin həyatınızı 180 dərəcə dəyişəcək. Uğurlu günləriniz 30 avqust, 1 sentyabr uğursuz gününüz isə 29 avqustdur.

OXATAN bürcü


Bu həftə varlı Oxatanlar ürəyiaçıq olub hamıya pul paylayacaqlar. Bəli, düz oxuduz, bu həftə sizin varlı olmaq üçün 99% şansınız var! Ağıllı, kreativ birisiniz – beyninizi 100% işlədin və uğura imza atın. Sevgi cəbhəsində problemlər yaşana bilər – partnyorunuza qarşı həddindən artıq nəzarət mənfi nəticəyə gətirib çıxara bilər. Güvənmirsinizsə, niyə onunlasınız? Güvənirsinizsə, onu rahat buraxın və sıxmayın. Həftəsonu iki seçim arasında qalacaqsız – bu, sevgi, maliyyə yatırımı və ya iş seçimi ola bilər. Uğurlu günləriniz 31 avqust, 1 sentyabr uğursuz gününüz isə 27 avqustdur.

OĞLAQ bürcü


Bu həftə Oğlaq bürcünü bir neçə maraqlı hadisə gözləyir. İş yerində sizi təhrik və ya sizinlə mübahisə edən həmkarlarınız olacaq: dava qaçılmaz olacaq. Sizə maraqlı bir təklif gələcək: gözlənilməz bir şəkildə görüşə dəvət olunacaqsınız. Bu görüş sizin üçün sürprizlərlə dolu ola bilər və yeni bir əlaqə qurma şansını təqdim edəcək. Həftənin sonunda köhnə bir həmkarınızla qarşılaşacaqsınız və o sizə yeni perspektivli bir işdə çalışmağı təklif edəcək. Bir insanla qarşılaşacaqsınız: bu şəxs sanki bir nağıldan çıxmış kimi olacaq, və ilk baxışdan sizdə dərindən təsir bağışlayacaq. Uğurlu günləriniz 28, 29 avqust, uğursuz gününüz isə 27 avqustdur.

DOLÇA bürcü


Bu həftə Dolçanı gizli sevən bir insan üzə çıxacaq – siz ona fikir verməsəniz də, o sizi sevib, düşünüb və ağır gündə yanınızda olub. Sadəcə sizə öz hisslərini etiraf etməyə cəsarəti olmayıb. Həmin insan Balıq, Xərçənq və ya Əqrəb bürcündən ola bilər – saf, ağlasığmaz sevgi həyatı yaşamağa hazırsız? İşinizdə bəzi problemlər ola bilər, amma şirin diliniz sizə bu problemlərin öhdəsindən gəlməyə kömək olacaq. Həftəsonu çoxdandır gözlədiyiniz şad xəbəri alacaqsız – bu xəbər sizin həyatınızı 180 dərəcə dəyişəcək. Uğurlu günləriniz 26, 28 avqust, uğursuz gününüz isə 30 avqustdur.

BALIQLAR bürcü


Bu həftə istənilən hüquqi məsələlər, eləcə də istənilən sənədlərin icrası üçün çox əlverişlidir. Həm də bu həftə səyahətə çıxmağın əsl vaxtıdır – bütün problemlərdən azad olun, yeyin, için, hamının acığına gözəl istirahət edin. Stilinizi dəyişmək istəyirsiz? Dəyişin, niyə də yox?! Çox uğurlu alınacaq, hamının gözü sizdə olacaq. Bu aralar sevgi kitabını açmayın – uğursuz münasibət qəlbinizi sındıra bilər. “Subaylıq sultanlıqdır” deyib yaşayın, vaxtı gələndə, o daşı da atarsız. Pulunuza qənaət vaxtı deyil, ürəklə xərcləyin – yaxın zamanda xərclədiyiniz pulun ikiqatı qayıdacaq. Uğurlu günləriniz 30, 31 avqust, uğursuz gününüz isə 29 avqustdur.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər