top
Həftəlik bürclər 27 NOYABR - 3 DEKABR
26 noyabr 2023, 10:00
- +

Həftəlik bürclər 27 NOYABR - 3 DEKABR

QOÇ bürcü


Bu həftə Qoç üçün dəyişkən günlər gözlənilir. Keçmiş rəqib sizə danışıqlar masasına əyləşməyi təklif edəcək və belə olan halda siz bundan aktiv şəkildə istifadə etməlisiniz. Bu ərəfələrdə yorğunluğunuzu çıxarmasanız, növbəti həftə sizin üçün çox ağır keçə bilər. Ulduzlar həftənin sonunda sizə dəyərli bir hədiyyə göndərəcək. Çətinliyiniz çox olsa belə, ruhdan düşməyin! Həyatınız tezliklə yaxşıya doğru dəyişəcək. Uğurlu günləriniz 28, 30 noyabr, uğursuz gününüz isə 27 noyabrdır.

BUĞA bürcü


Bu həftə ulduzlar sizə xoş sürprizlər hazırlayıb. Bu həm ailənizdə, həm işinizdə, həm də şəxsi münasibətlərinizdə özünü büruzə verəcək. Bu həftə sevgilinizə qarşı romantik olmağa çalışın, əks halda münasibətləriniz soyumağa doğru gedə bilər. Görünüşünüzdə dəyişikliklər edin: saç düzümünüzə, geyiminizə yeniliklər qatmaqdan çəkinməyin. Bir də gördünüz, qarşınıza ikinci yarınız çıxdı. Həftəsonu istirahətinizi təbiətin qoynunda keçirin: kəbab çəkin, yeyin, için, kef edin. Uğurlu günləriniz 28, 30 noyabr, uğursuz gününüz isə 1 dekabrdır.

ƏKİZLƏR bürcü


Bu həftə özünüzü real həyata həsr etməyə, sosial mediadan uzaq durmağa çalışın. Sizi sevənlər ekran arxasında yox, real həyatdadırlar: onlarla daha çox vaxt keçirin. Təxirə saldığınız planları bu ərəfələrdə gerçəkləşdirməyə çalışın. Həftənin sonunda səyahətə çıxa bilərsiniz. Səfər sayəsində tanışlıq dairəniz genişlənəcək və həyata keçirə biləcəyiniz yeni ideyalar meydana çıxacaq. Maddi durumunuz stabil qalacaq: bu həftə az xərc, daha çox qənaət etmək tövsiyə olunur. Uğurlu günləriniz 1,2 dekabr, uğursuz gününüz isə 29 noyabrdır.

XƏRÇƏNG bürcü


Bu həftə Xərçəng üçün yaddaqalan olacaq. Gözləmədiyiniz insandan sizə təklif gələcək: bu təklifdən düzgün yararlansanız, varlı olmağa bir addım da yaxın olacaqsınız. Həftənin ikinci yarısında kimin əsl dost olduğu, kimin isə sadəcə etibarınızdan istifadə etdiyi bəlli olacaq. Həftənin ortası gərgin keçə bilər: iş yoldaşlarınızla problemlər yarana, müdiriyyətlə sözünüz çəp düşə bilər. Lakin düzgün qərarlar versəniz, bu problemlərdən yan keçə biləcəksiniz. Uğurlu günləriniz 2, 3 dekabr, uğursuz gününüz isə 28 noyabrdır.

ŞİR bürcü


Şirlər, bu həftə ailənizə vaxt ayırın. Əks cinsə göstərilən laqeyd münasibət davaya çevrilə bilər. Həftəiçi maraqlı hadisələr baş verəcək. Bütün vacib görüşləri təxirə salın, çünki bu həftə ulduzlar iş məsələlərində uğur proqnozlaşdırmır. Bu ərəfələrdə bütün problemlər və qayğılar sizdən uzaq olacaq. Küsülü olduğunuz insanla barışmaq məsləhətdir. Tək olan Şirlər həftəsonu subaylığın daşını atıb, böyük sevgiyə çevriləcək romantik münasibətlərə başlayacaqlar. Uğurlu günləriniz 30 noyabr, 1 dekabr, uğursuz gününüz isə 29 noyabrdır.

QIZ bürcü


Bu həftə tətilə hazırlaşan Qızlar 100 ölçüb, bir biçməlidirlər. Çünki onların istirahətinin necə keçəcəyi düzgün seçilən gündən, məkandan asılı olacaq. Şəxsi həyatınızda bəzi çətinliklərlə qarşılaşa bilərsiniz, lakin çox da dərd etməyin, çünki gözəl günlər qarşıdadır. Həftənin sonuna qədər maliyyə iştahınızı bir qədər azaltmaq məsləhət görülür. Həftəsonu uşaqlıq dostunuzla görüşə bilərsiz: çalışın, bu görüşdən faydalanın, həmin insan gələcək karyeranızda mühüm rol oynaya bilər. Uğurlu günləriniz 27 noyabr, 2 dekabr, uğursuz gününüz isə 30 noyabrdır.

TƏRƏZİ bürcü


Sakit olmağın heç vaxtı deyil: qalxın, özünüzü göstərin! Biri xoşunuza gəlirsə, utanmadan hisslərinizi bildirin: uğur sizin tərəfinizdə olacaq. Həyatınızda baş verən xoş hadisələri yad insanlarla bölüşməyin: sizi sevən çox olsa da, sevməyən də az deyil. Cibiniz boşala bilər: pul itirməmək üçün ehtiyatlı olmalısınız. Həftənin sonu ümidverici xəbərlər və xoş anlardan ibarət olacaq: ola bilsin ki, yeni iş təklifi gələcək. Uğurlu günləriniz 29 noyabr, 3 dekabr, uğursuz gününüz isə 27 noyabrdır.

ƏQRƏB bürcü


Nə qədər acı olsa da, həm özünüzə qarşı dürüst olmaqdan, həm də ətrafdakılara həqiqəti söyləməkdən çəkinməyin. Sevdiklərinizlə dava etməmək üçün duyğularınızı idarə etməyi öyrənməlisiniz. Vaxtı geri qaytarmaq və keçmişdə buraxdığınız səhvi düzəltmək mümkün deyil, ancaq gələcəyə təsir etmək üçün fürsətiniz var. Həftəsonu istirahətə daha çox vaxt ayırın, bütün problemləri unudun. Cibiniz gözlədiyinizdən daha çox pulla dolacaq. Uğurlu günləriniz 30 noyabr, 1 dekabr, uğursuz gününüz isə 2 dekabrdır.

OXATAN bürcü


Bu həftə Oxatanlar istədiklərinə nail olmaq üçün şübhələri kənara atmalıdırlar. Həyatdan nə istədiyinizə və hansı istiqamətdə daha çox inkişaf etməli olduğunuza aydın şəkildə qərar verdikdən sonra sizi karyera yüksəlişi gözləyə bilər. Bir az sadəlövh və ya gülməli görünməkdən qorxmayın: bu, məqsədləri həyata keçirmək üçün güclü silah ola bilər. Bazar günü qonşularla münasibətiniz korlana bilər. Uğurlu günləriniz 27 noyabr, 3 dekabr, uğursuz gününüz isə 30 noyabrdır.

OĞLAQ bürcü


Bu həftə sevgilinizlə gələcək üçün planları müzakirə edin: investisiya yatırmaq və ya biznes açmaq üçün əsl vaxtdır. Həyatınızdan lazımsız insanları buraxın: onlar sizə nə xeyir verirlər, nə də uğurlarınıza sevinirlər. Sevgililər münasibətlərini daha da möhkəmlədəcəklər, subaylar isə öz yarını tapacaqlar. Bu ərəfələrdə xəyallar qurmayın: real işlər görün, planlar qurun, belə əlverişli həftə bir də əlinizə düşməyə bilər. Həftəsonu səhhətinizdə problemlər yarana bilər: mütləq həftəiçi stresdən, ağır işlərdən qaçmağa çalışın. Uğurlu günləriniz 27, 30 noyabr, uğursuz gününüz isə 28 noyabrdır.

DOLÇA bürcü


“Pul, pul” deməklə cib dolmur. Tənbəl olmayın, qazanc üçün yeni imkanlar axtarın. Piroqdan dadlı parça əldə etmək imkanından da imtina etməyin: rəqiblərinizi mat qoyun. Dolçalar, bu həftə sizin həyatınızda qara günlər ağ günlərlə əvəzlənəcək. Yanınızda sizinlə münasibət qurmaq istəyən bir insan var: ona şans verin, bəlkə o, sizin ikinci yarınızdır. Bu ərəfələrdə sağlamlığınıza fikir verin: daha çox orqanik və diyetik məhsullara üstünlük verin. Uğurlu günləriniz 1, 3 dekabr, uğursuz gününüz isə 27 noyabrdır.

BALIQLAR bürcü


Balıqlar üçün həftə çox bərəkətli və maraqlı keçəcək. Həftə ərzində çoxlu səfərlər, görüşlər və tanışlıqlar gözlənilir. Bütün işləri bir kənara qoyun və boş vaxtlarınızı sevgilinizlə keçirin. Həftənin ortasında işdəki bütün səylərinizə görə pul mükafatı alacaqsınız. Həftəsonu yeni iş təklifi gələcək: ancaq intuisiyanız sizə bu təklifin heç bir nəticə verməyəcəyini deyirsə, imtina etməkdən qorxmayın. Uğurlu günləriniz 1, 2 dekabr, uğursuz gününüz isə 29 noyabrdır.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

79 motosiklet və moped duracağa yerləşdirildi

Xəbər
Bu gün, 17:57

Öskürəyə görə başlayan mübahisə qanla bitdi: 27 yaşlı usta qətlə yetirildi

Xəbər
Bu gün, 17:37

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Xəbər
Bu gün, 17:03

Sabahın hava proqnozu açıqlandı

Xəbər
Bu gün, 16:03

Ölən direktor müavini tanınmış dirijorun qohumu imiş

Xəbər
Bu gün, 15:03

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

Xəbər
Bu gün, 14:50

Zənglərinə cavab verməyən dostunu bıçaqladı - BAKIDA

Xəbər
Bu gün, 14:03

Həbsdən çıxan yüzlərlə şəxs işlə təmin edilib

Xəbər
Bu gün, 13:03

Xəstəlikləri öncədən proqnozlaşdıracaq sistem: Səhiyyə Nazirliyinin  mütəxəssisi izah edir

Xəbər
Bu gün, 12:03

Kişi yemək bişirməyən arvadını telefonla döydü

Xəbər
Bu gün, 11:04

71 yaşlı kişi ağacdan yıxıldı, öldü

Xəbər
Bu gün, 10:04

Azərbaycan nefti 80 dollara satılır

Xəbər
Dünən, 18:00

Bakıda binanın zirzəmisindən çürümüş meyit tapıldı

Xəbər
Dünən, 17:31

Bakının bir çox ərazisində niyə su yoxdur? - RƏSMİ

Xəbər
Dünən, 17:10

Qadın restoranda qəfil vəfat etdi

Xəbər
Dünən, 17:02

Binəqədidə biabırçı vəziyyət

Xəbər
Dünən, 16:10

Bakıda FACİƏ: Qardaşının evinə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü

Xəbər
Dünən, 15:46

Mərdəkanda dənizdə 4 nəfər batdı - YENİLƏNİB

Xəbər
Dünən, 15:14

Sabah hava necə olacaq?

Xəbər
Dünən, 14:38

Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq

Xəbər
Dünən, 14:15

Evə içkili gəldiyinə görə irad tutan oğlunu bıçaqladı

Xəbər
Dünən, 13:49

Bülbülün doğum günüdür

Xəbər
Dünən, 13:15

Gəlinini döyən qayınana ilə bağlı yeni qərar

Xəbər
Dünən, 12:46

Bu çimərliklərdə çimmək qadağan edildi

Oxşar xəbərlər