top
Həftəlik bürclər 29 APREL - 5 MAY
28 aprel 2024, 10:00
- +

Həftəlik bürclər 29 APREL - 5 MAY

QOÇ bürcü


Qoçlar, bir az istirahət etməyə ehtiyacınız var: görüləcək işlərin siyahısı uzun olsa belə, onlardan bəzilərini sonraya saxlayın. Son vaxtlar diqqətiniz asanlıqla yayınır, bu da sizi qəzalara meyilli edə və ya iş yerində tapşırıqları düzgün yerinə yetirməməyinizə gətirə bilər. Təmirə başlamaq istəyənlər üçün çox əlverişli dövrdür: işiniz yağ kimi gedəcək. Həyatınızda lazımsız insanlar var: onlardan xeyirdən çox ziyan görürsünüz. Lakin dostluq etdiyinizə görə onları “qırmaq” istəmirsiniz. Həmin şəxslər gələcəkdə sizə böyük problemlər yaradacaqlar. Uğurlu günləriniz 30 aprel, 2 may, uğursuz gününüz isə 4 maydır.

BUĞA bürcü


Havada sevgi qoxusu var: xoşbəxt olmağa hazırlaşın, ola bilsin ki, iş, sinif və ya tələbə yoldaşınız sizə etiraf etsin. Əlinizə böyük miqdarda pul gələcək: xərclərinizə nəzarət etməsəniz, gəldiyi kimi də gedəcək. Qalmaqalın mərkəzində olacaqsınız: lazım olmayan vaxt lazım olmayan yerdə olduğunuz üçün başınız ağrıyacaq. Bazar günü bütün uğursuzluqlar bitəcək və hər şey öz yoluna düşəcək. Sizə gəlir gətirəcək təklif gələcək: “yox” deməzdən əvvəl təklif üzərində yaxşı fikirləşin. Uğurlu günləriniz 4, 5 may, uğursuz gününüz isə 1 maydır.

ƏKİZLƏR bürcü


Bir yerdə dayanmayın, növbəti zirvəni cəsarətlə fəth edin: arzularınız çin olacaq! İşdə və ailədə mübahisəli situasiyalar baş verə bilər: güzəştə getmək lazım olacaq. Cümə günü peşəkar sahədə bacarıqlarınızı parlaq şəkildə nümayiş etdirmək şansınız olacaq: müdiriyyət tərəfindən maaş artımı və ya bonuslar gözləyin. Həftəsonu həyatınıza yeni insan daxil olacaq: sizi onunla birlikdə parlaq gələcək gözləyir. Yaxın dostunuzdan şad xəbər alacaqsınız: hər ikiniz sevincdən ağlayacaqsınız. Uğurlu günləriniz 1, 3 may, uğursuz gününüz isə 29 apreldir.

XƏRÇƏNG bürcü


Fəaliyyətinizin istənilən sahəsində kəskin dəyişikliklərdən qaçmağa çalışın. Keçmiş sevgiliniz qapınızı döyəcək, onu bağışlamanızı, yenidən münasibətə başlamağı istəyəcək: necə qızıl insanı əldən buraxdığını gec də olsa, başa düşüb. Yaradıcı potensialınızı üzə çıxarın: bacarığınız sizə pul gətirəcək. Qohumlar həyatınızda mühüm rol oynamağa başlayacaqlar, onlar sizi narahat edən bir çox problemi həll etməyə kömək edəcəklər. Subay xanımlar, indidən muştuluğumuzu verin: gələn həftə sizə elə bir xəbər veriləcək ki, sizi gözü götürməyənlərin ürəyi partlayacaq. Uğurlu günləriniz 2, 5 may, uğursuz gününüz isə 30 apreldir.

ŞİR bürcü


Bu həftə sizi maraqlı hadisələr gözləyir: həyatınızda bir çox dəyişikliklər baş verəcək. Bunlar, əsasən, işlə bağlı olacaq: daha perspektivli iş yeri tapa bilərsiniz. Ətrafınızda insanlar sizin haqqınızda şayiələr yayacaqlar: sizə bəxtəvərlik oxuyanlar çoxdur. Cümə axşamı işgüzar tərəfdaşlarla münasibətlərdə ağılabatan kompromis gözlənilməz qazanc gətirə bilər. Həftəsonu təmirə başlamaq qərarına gəlsəniz, peşəkarlarla məsləhətləşin: aldanmaq riski var. Uğurlu günləriniz 30 aprel, 4 may, uğursuz gününüz isə 29 apreldir.

QIZ bürcü


İndi istədiyiniz məqsədə çatmaq üçün bir az da səy göstərməlisiniz: bunu etmək sizin üçün bir az çətin olacaq, amma siz bacaracaqsınız! Özünüzü həddindən artıq tənqid edirsiniz: özünüzə inamı artırın, axı siz hamıdan ağıllı və bacarıqlısınız. Çərşənbə axşamı bir anda həll ediləsi münaqişə yenidən sizi təqib edə bilər: bu vəziyyətə incə və diqqətlə yanaşmağa çalışın. Siz əvəzolunmaz bir insana çevrilirsiniz, bir çox problemləri sizsiz həll edə bilmirlər: insanlar sizə güvənir, dəstək və kömək gözləyirlər. Uğurlu günləriniz 29 aprel, 3 may, uğursuz gününüz isə 30 apreldir.

TƏRƏZİ bürcü


Bu həftə karyeranız çox uğurla inkişaf edəcək və cibinizə çoxlu pul gəlməyə başlayacaq. Çərşənbə və cümə xoş əhvali-ruhiyyə və sürpriz günləridir: pərəstişkarlar ürəyinizin qapısını döyəcəklər. Münasibətdə olanlar, ikinci yarınızla gərginlik yaşana bilər: aranıza üçüncü şəxs girəcək. Şəxsən görmədiklərinizə, eşitmədiklərinizə inanmayın: qulağınıza doğru olmayan məlumatları pıçıldayan insandan uzaqlaşın. Həftəsonunu açıq havada dostların əhatəsində keçirin: bütün stresinizi atacaqsınız və enerji yığacaqsınız. Uğurlu günləriniz 4, 5 may, uğursuz gününüz isə 1 maydır.

ƏQRƏB bürcü


Həftənin əvvəlində işlər rəvan gedəcək, özünüzü yaxşı hiss edəcək və demək olar ki, bütün işlərinizdə uğur qazanacaqsınız. Cümə axşamından sonra mühüm hadisələr baş verə bilər: gələcək ikinci yarınızla qarşılaşmaq, ərə getmək, evlənmək və ya daha gəlirli iş tapmaq imkanı yaranacaq. Sizə xaricdə istirahət etmək təklifi gələ bilər: qarşıdan gələn tətil haqqında ciddi düşünməli, hotel və aviabiletlərinizi bron etməlisiniz. İşdə özünüz haqqında çox danışmaq, dedi-qodu etməyə ehtiyac yoxdur: bu, gələcəkdə sizə qarşı ola bilər. Uğurlu günləriniz 2, 5 may, uğursuz gününüz isə 3 maydır.

OXATAN bürcü


Bir işi tamamlamadan digərinə başlamayın, əks-halda heç bir işdə uğur qazana bilməyəcəksiniz. Bu həftə sizə şans veriləcək ki, həyatınızı 180 dərəcə dəyişəsiniz: bu fürsətdən istifadə etsəniz, həm varlı, həm də xoşbəxt olacaqsınız. Cümə axşamı yeni ideya və layihələrə qoşulmağın, işgüzar bacarıqlarınızı nümayiş etdirməyin vaxtıdır: karyera pilləkənində yüksəliş gözlənilir. Həftəsonu Dolça, Əkizlər və ya Xərçəng bürclündən olan insanla dava edə bilərsiniz: münasibətlər birdəfəlik sonlana bilər. Uğurlu günləriniz 30 aprel, 2 may, uğursuz gününüz isə 1 maydır.

OĞLAQ bürcü


Bu həftə Oğlağı maliyyə sahəsində dəyişikliklər gözləyir: investisiya və uzunmüddətli maliyyə planları ilə bağlı mühüm qərarlar verməli olacaqsınız. Başınıza gələ biləcək sürprizlərə hazır olun: risk etməkdən qorxmayın, amma sağlam düşüncəni də unutmayın. Sizin cibinizdəki pulları “sovuran” insandan qurtulmaq vaxtı gəldi: hələ də sizdən istifadə etdiyini anlamamısınız? İntuisiyanız çox güclüdür, odur ki, bu həftə 6-cı hissinizə qulaq asın, o, sizə doğru yolu göstərəcək. Xaricə səfər etmək imkanınız yarana bilər: iş yerinizdən ezamiyyət və ya yaxın insandan sizə bilet hədiyyəsi gözləyin. Uğurlu günləriniz 29 aprel, 3 may, uğursuz gününüz isə 1 maydır.

DOLÇA bürcü


Həftənin əvvəli güclü təsirə və emosional təzyiqə məruz qalacaqsınız: çalışın, hər bir halda təmkinli qalın və davaya imkan verməyin. Bu zaman vacib görüşlər planlaşdıran Dolça ciddi çətinliklərlə üzləşəcək. Yaxın qohumunuz sizin haqqınızda şayiə yayacaq: söz-söhbət yarana bilər, amma sonda həmin insan özü biabır olacaq. Ev almaq imkanınız yaranacaq: yardımlara “yox” deməyin. Həftənin ikinci yarısından bütün problemləriniz həll olunacaq və sanki həyatınıza yeni nəfəs gələcək. Uğurlu günləriniz 4, 5 may, uğursuz gününüz isə 1 maydır.

BALIQLAR bürcü


Varlanmaq dövrü gəldi: qarşınıza bir çox imkanlar çıxacaq ki, onlardan istifadə etsəniz, cibiniz pulla dolacaq. Sevgi Balıqlar üçün hava kimidir, olmasa, yaşaya bilməz: bu həftə diqqət mərkəzində olacaqsınız və ikinci yarınız sizə xoş sürprizlər hazırlayacaq. Subaylar, sevgidə bəxtiniz gətirməyə bilər: aldanmaq riski ilə üzləşə bilərsiniz. Sosial şəbəkədə tanışlıqlar zamanı diqqətli olun, real görüşlərə üstünlük verin. Maşın almaq arzusunda olanlar buna daha da yaxınlaşacaqlar: sizə gözləmədiyiniz yerdən kömək gələ bilər. Həftəsonu qırğına hazır olun: siz “partlayacaqsınız” və neçə müddətdir əsəbinizə toxunan birini yerinə otuzduracaqsınız. Uğurlu günləriniz 1, 3 may, uğursuz gününüz isə 2 maydır.

Son xəbərlər

Xəbər
Bu gün, 09:20

"Qarabağ" Bakıda "Çelsi"ni qəbul edir

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xəbər
Dünən, 18:00

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Xəbər
Dünən, 17:17

DİQQƏT: Parada görə bu yollar bağlanır

Xəbər
Dünən, 16:19

"Azərbaycan Nəşriyyatı"na pul ayrılmayacaq

Xəbər
Dünən, 15:20

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Xəbər
Dünən, 15:07

Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir

Xəbər
Dünən, 14:20

AzTV-də ciddi nöqsanlar aşkarlandı

Xəbər
Dünən, 13:43

İllər əvvəl Bakıda banda yaradıb, DƏHŞƏT SAÇAN cinayətkara hökm oxundu

Xəbər
Dünən, 13:20

16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI

Xəbər
Dünən, 13:06

Bakıya güclü leysan yağacaq - XƏBƏRDARLIQ

Xəbər
Dünən, 13:02

"Cəmiyyətə belini oynadanları yox, insanlara faydalı bir şey..." - Ülvi Qənizadə

Xəbər
Dünən, 12:20

Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı

Xəbər
Dünən, 11:29

AYNA-dan 20 Yanvar dairəsindəki yeniliklə bağlı AÇIQLAMA

Xəbər
Dünən, 11:08

Avtomobili vaxtında yumadığı üçün ŞİLLƏLƏNDİ

Xəbər
Dünən, 10:47

"Bu sualla Firəngiz xanımın qəlbini qırıb, atamın ruhunu incidirlər" - Ülkər Yaşarqızı

Xəbər
Dünən, 10:34

İcra Hakimiyyətlərinin ləğvi yenidən gündəmə gəldi

Xəbər
Dünən, 10:29

Yasamalda qanunsuz çörək bişirirlərmiş

Xəbər
Dünən, 09:34

Bakıda məktəbli qız itkin düşdü

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2025, 18:00

Bakıda "Changan" qarət edildi

Xəbər
03 noyabr 2025, 17:17

Abubakar Premyer Liqanın tarixinə düşdü

Xəbər
03 noyabr 2025, 17:07

Sabiq məhkum bu dəfə də 9 illik CƏZA ALDI

Xəbər
03 noyabr 2025, 16:14

Bakıda avtomobildən meyit tapıldı

Oxşar xəbərlər