top
Həftəlik bürclər 30 SENTYABR– 6 OKTYABR
29 sentyabr 2024, 10:00
- ↺ +

Həftəlik bürclər 30 SENTYABR– 6 OKTYABR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə padşahlar, şahlar, sultanlar sizə paxıllıq edəcəklər: əlinizə elə bir şans düşəcək ki, hamı sizdən danışacaq. Varlı olmaq şansını qaçırmayın: həftəsonu sərfəli təklif ala bilərsiniz, bundan maksimum yararlanın. Subayların üzü güləcək: qarşınıza yaşılgöz, əsmər biri çıxacaq. Onunla münasibət qurub xoşbəxt anlar yaşayacaqsınız. Uğurlu günləriniz 30 sentyabr, 4 oktyabr, uğursuz gününüz isə 1 oktyabrdır.

BUĞA bürcü


Bu həftənin birinci yarısında Buğaların işdə qayğıları çox olacaq. Sizə elə gələcək ki, hər şey donub qalıb və onları yerindən tərpətmək mümkün deyil. Texnika xarab olur, həmkarlarınız birdən-birə sizinlə yola getmirlər, müdiriyyət isə bütün sazişləri pozur. Bütün bunlara maliyyə problemləri də əlavə olunacaq. Sizə elə gələcək ki, bir az əvvəl əlinizdə iri məbləğ var idi, amma indi onun heç izi-tozu da qalmayıb. İndi həyatınızda çətin dönəmdir, lakin səbir edin, növbəti həftə hər şey düzələcək. Uğurlu günləriniz 2, 3 oktyabr, uğursuz gününüz isə 5 oktyabrdır.

ƏKİZLƏR bürcü


Həftə xoş xəbərlə başlayacaq: bu xəbəri çoxdan gözləyirdiniz. Həyatınızın ən parlaq günləri başlayacaq, çünki uğur sizin tərəfinizdə olacaq. Arzu etdiyiniz iş özü sizin qarşınıza çıxacaq. Ətrafınızda olan bir insan sizə sürpriz hazırlayır: bu ya maddi hədiyyə, ya da sevgi etirafı ola bilər. Münasibətdə olan Əkizlər, partnyorunuzu qısqandırmağa çalışmayın, nə də buna şərait yaratmayın, əks halda sevgi nifrətə çevrilə bilər. Cümə günü maskalar atılacaq: arxanızca iş çevirən biri sizə qazdığı quyuya özü düşəcək. Uğurlu günləriniz 1, 4 oktyabr uğursuz gününüz isə 30 sentyabrdır.

XƏRÇƏNG bürcü


Xərçənglər hər bir şeyi ürəyinə salırlar, bu səbəbdən də tez-tez depressiyaya düşürlər. Bu həftə hər şeyi boş verin: heç kimə qulaq asmayın, ürəyiniz nə deyirsə, onu edin. Bundan sizə ancaq xeyir gələcək. Sizə yeni layihələr təklif olunacaq: özünüzə inanın və tapşırıqları yerinə yetirin, çünki sonda böyük cekpot qoparacaqsınız. Həftəsonu evlilik təklifi və ya sevgi etirafı gözləyin. Bu dövrdə uğursuzluq sizin qapınızı döyməyəcək: hər şey yağ kimi gedəcək. Uğurlu günləriniz 5, 6 oktyabr, uğursuz gününüz isə gözlənilmir.

ŞİR bürcü


Bu həftə sizi narahat edən problemlərə son qoyulacaq: yaxşı günlərə hazır olun. Ürəyinizin qapısını lazımsız insanlara açmayın, onlar sizə yaxın olub zəif yerinizi tapa, sonra isə sizə zərbə vura bilərlər. Odur ki, bəzən soyuqqanlı, ürəksiz görünmək daha yaxşıdır. Həftəsonu karyera yüksəlişinə bir pillə də yaxınlaşacaqsınız. Subaylar, sizə varlı bir insan talib çıxacaq: onun puluna aldanıb, dərhal razılıq verməyin. Onun iç dünyası kasıb ola bilər. Uğurlu günləriniz 30 sentyabr, 2 oktyabr, uğursuz gününüz isə 5 oktyabrdır.

QIZ bürcü


Bu həftə bir nəfərin xətrinə dəyəcəksiniz: sevgi, nifrət, kin sizi rahat yaşamağa qoymayacaq. Burada siz səhv olacaqsınız, lakin qürurunuz səhvinizi etiraf etməyə imkan verməyəcək. Çalışın, eşqi qəlbinizdə öldürməyin, bu sevgini nifrətə döndərməyin. İşinizdə böyük dəyişikliklər olacaq: çoxdandır məqsəd qoyduğunuz vəzifəyə doğru irəliləyəcəksiniz. Həftəsonu maddi durumunuza fikir verin: boş-boş xərclər sizin cibinizi boşaldacaq. Uğurlu günləriniz 5, 6 oktyabr, uğursuz gününüz isə 1 oktyabrdır.

TƏRƏZİ bürcü


Bu həftə müdiriyyət tərəfindən xoş sözlər, bonuslar gözləyin. Həftənin əvvəlində sizə vacib iş tapşırılacaq. Bu işin öhdəsindən uğurla gələcəksiniz və hamı sizə heyran olacaq. Həftəiçi münasibətdə olanlar qısqanclıqla üzləşəcəklər: sevgilinizin qədrini bilin, çünki onu sizin əlinizdən almaq istəyən çoxdur. Həftəsonu borc istəyənlər qapınıza düzüləcəklər: ürəyiaçıq olmayın, hamı sizdən istifadə edir. Evli olanlar, ailənizdə artım gözlənilir: həkimdən xoş xəbər alacaqsınız. Uğurlu günləriniz 1, 2 oktyabr, uğursuz gününüz isə 30 sentyabrdır.

ƏQRƏB bürcü


Bu həftə hədiyyələr və xoş sürprizlərlə dolu olacaq. Sizi gizli sevən dəli-divanə biri var: o, sizin yanınızdadır, amma siz “kor” olmusuz. Əqrəb ona qarşılıq verməyən birini sevir, amma onu sevənə dəyər vermir. Həftənin ortasında qohumlar sizdən zəli kimi yapışacaq və qanınızı içəcəklər. Səbəb isə sizin böyük pul əldə etməyiniz olacaq: hər kəs sizin uğurunuzdan bir parça qoparmaq istəyəcək. Həftəsonu liderlik keyfiyyətlərinizi göstərmək şansınız olacaq: yeni vəzifə almaq və ya müdir olmaq şansınız yüksəkdir. Uğurlu günləriniz 3, 6 oktyabr, uğursuz gününüz isə 1 oktyabrdır.

OXATAN bürcü


Həftənin başlanğıcı xoşunuza gələn insana sevgi etirafı etmək üçün çox əlverişlidir: hissləriniz cavabsız qalmayacaq. Həftəiçi planlaşdırılmamış səfərlər mümkündür, odur ki, pasportunuzu hazır saxlayın: bir də gördünüz, xaricə getməlisiniz. Evli olanların başı üstünü qara buludlar alacaq: qısqanclıq səbəbindən münaqişələr baş tutacaq. Pul yığmaq vaxtı gəldi: gələcəkdə digər ölkədə yaşamaq və ya birdəfəlik köçmək şansınız olacaq. Uğurlu günləriniz 30 sentyabr, 3 oktyabr, uğursuz gününüz isə 5 oktyabrdır.

OĞLAQ bürcü


Bu həftə xəyallarınıza dalmayın, real hədəflər müəyyənləşdirin. Alış-veriş edərkən tələsməyin; aldadılma ehtimalı yüksəkdir. Pulunuzu qənaətlə istifadə edin və lazım olmayan şeylərə xərcləməyin. Həftə sonu yaxınlarınızla kiçik mübahisələr ola bilər, amma bunlar ciddi problemlərə yol açmayacaq. Bazar günü yeni və faydalı tanışlıqlar əldə edə bilərsiniz. Bəylər, həftəsonu tanımadığınız insanla dava düşə bilər: provokasiyaya getməyin. Uğurlu günləriniz 1, 3 oktyabr, uğursuz gününüz isə 6 oktyabrdır.

DOLÇA bürcü


Bu həftə çamadanınızı yığın – səyahət vaxtıdır! Həftəiçi xaricdə istirahət etmək təklifi ala və ya ekzotik ölkəyə səfər etmək üçün bilet uda bilərsiniz. Dostunuz başınıza bəla olacaq: ona görə davaya gedəcəksiniz, lakin oradan qalib kimi çıxacaqsınız. Sevgi cəbhəsində yeniliklər baş verəcək: dost bildiyiniz birinə diqqət yetirməyə başlayacaqsınız, onunla münasibətə başlamaq fikrinə gələcəksiniz. Maddi durumunuz yaxşılaşa bilər, əgər tənbəl olmasanız. Uğurlu günləriniz 4, 5 oktyabr, uğursuz gününüz isə 1 oktyabrdır.

BALIQLAR bürcü


Sizi sakit, ahəngdar bir həftə gözləyir. İşdə müdiriyyət sizə xoş münasibət bəsləyəcək və hətta vəzifənizi artırmaq barədə düşünəcək, lakin yaltaqlıq etməyin, özünüz kimi olun. Çoxdandır sizə quyu qazan həmkarınız var, onun gözü sizin nailiyyətlərinizi götürmür: Şir, Əqrəb və Dolça bürclərinin nümayəndələri olan iş yoldaşlarınızdan şübhələnin. Sevgiliniz sizə evlilik təklifi etmək istəyir, sadəcə lazımi vaxtı gözləyir: çalışın, ona hazır olduğunuzu bildirin. Uğurlu günləriniz 2, 5 oktyabr, uğursuz gününüz isə 4 oktyabrdır.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Bu gün, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Bu gün, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
Dünən, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
Dünən, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
Dünən, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
Dünən, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
Dünən, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
Dünən, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
Dünən, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Xəbər
Dünən, 15:39

"Meyvəli"dən fındıq oğurlayan arabaçılar TUTULDU

Xəbər
Dünən, 15:15

Azərbaycanda çevrilişə çağırış edən Türkiyə vətəndaşı axtarışa verildi

Aktual Xəbərlər
Dünən, 14:41

Azərbaycanda mənzillər bahalaşıb

Aktual Xəbərlər
Dünən, 14:39

Cəzaçəkmə müəssisəsinə ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Aktual Xəbərlər
Dünən, 14:20

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO

Aktual Xəbərlər
Dünən, 13:38

"20 Yanvar" və "Şamaxinka"da bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır

Siyasət
Dünən, 13:10

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib

Xəbər
Dünən, 12:49

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Aktual Xəbərlər
Dünən, 12:14

Mətbuat Şurasına yeni sədr seçilib

Xəbər
Dünən, 12:04

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Aktual Xəbərlər
Dünən, 11:37

Hərbçilərin əməkhaqları artırılır

Xəbər
Dünən, 11:23

Azərbaycanda nikahların və boşanmaların sayı azalıb

Xəbər
Dünən, 11:09

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

Xəbər
Dünən, 10:26

Arvadını və qayınatasını öldürən şəxs ömürlük həbs cəzasından NARAZIDIR

Oxşar xəbərlər