top
Həftəlik bürclər 6 MAY - 12 MAY
05 may 2024, 10:00
- ↺ +

Həftəlik bürclər 6 MAY - 12 MAY

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Kimsə sizin arxanızca hiylə qura bilər: həftə sizin üçün emosional baxımdan çətin olacaq. Tale sizə çətinliklər və maneələr göndərəcək: özünüzü bir küncə sıxılmış kimi hiss edəcəksiniz. Lakin bu sınaqdan alnıaçıq çıxacaqsınız və əvəzində həyat sizə hədiyyə bəxş edəcək. Qadınlarla münasibətlərdə diqqətli olun, çünki bütün mənfi məqamlar qadınlarla bağlı ola bilər. Arzu etdiyiniz işi tapa bilərsiniz: CV-lərinizi rahatlıqla istədiyiniz yerlərə göndərin. Uğurlu günləriniz 10, 12 may, uğursuz gününüz isə 7 maydır.

BUĞA bürcü


Bu həftə bəxtiniz açılacaq: hər şey öz yerinə qayıdacaq. Qarşıda sizi güclü inkişaf gözləyir: əgər şansı əldən verməsəniz, mütləq bundan çox faydalanacaqsınız. Hər dəfə eyni tələyə düşürsünüz: bir insanın şirin sözlərinə, vədlərinə inanıb, özünüzü Şeytanın qucağına atırsınız. Sizdən istifadə edən insandan qurtulmaq vaxtı gəldi. Həftəsonu kimsə ilə açıq-aşkar mübahisə etməyin: həmkarlarınızdan və ya dostlarınızdan biri ilə münasibətlər pisləşə bilər. Uğurlu günləriniz 6, 7 may, uğursuz gününüz isə 9 maydır.

ƏKİZLƏR bürcü


Əkizlər üçün bu həftə taleyüklü dönüşlər, səfərlər, vəzifələr, uzunmüddətli durğunluqdan sonra yeni sıçrayış və mükafatlar gətirəcək. Siz işgüzarlığın zirvəsində olacaqsınız və başqa heç bir bürc sizinlə müqayisə edilə bilməz, çünki performansınız maksimum səviyyədə olacaq: öz bacarığınızı göstərəcəksiniz və insanlar bunu qiymətləndirəcəklər. Zəhmətinizə görə bonuslar və ya maaş artımı gözləyə bilərsiniz. Əks-cinsin bir nümayəndəsi sizi manipulyasiya etməyə çalışacaq: hisslərə qapansanız, o sizi marionet kimi idarə edəcək. Uğurlu günləriniz 8, 12 may, uğursuz gününüz isə 11 maydır.

XƏRÇƏNG bürcü


Həftə sizi asılılığa, var-dövlətə, münasibətlərə, yalana meyllə sınayacaq: indidən əsəb sakitləşdirici dərmanlar alın. İntuisiyanıza güvəvin, o sizə doğru yolu göstərəcək. Partnyorunuzu daha az ideallaşdırın, hər şeyi daha realistik qiymətləndirin. Pul itirməmək üçün hesablamalarda dəqiqlik lazımdır: bəzi Xərçənglər üçün bu, gəlirlərini artırmaq və daha çox pul əldə etmək şansı olacaq. Həyatdan çox şey istəyirsiniz: səbirli olmaq lazımdır. İstədiyinizi əldə edəcəksiniz, bəlkə də bu, dərhal baş verməyəcək, amma nəticə sizin üçün daha şirin olacaq. Uğurlu günləriniz 10, 11 may, uğursuz gününüz isə 6 maydır.

ŞİR bürcü


Bu həftə bir müddət əvvəl tamamladığınız layihələrin nəticələrini alacaqsınız. Sevgilinizə təzyiq göstərməməyə, ona daha çox qulaq asmağa və istəklərinə daha diqqətli olmağa çalışın. Bu həftə həm də sizi keçmişə qaytara bilər: ola bilsin, köhnə tanışlar və ya keçmiş sevgilinizlə görüşəcəksiniz. Bu görüş həyatınızda iz qoyacaq. Həftəsonu özünüzü həyatdan küsmüş kimi hiss edə bilərsiniz, lakin özünüzü toparlamalı və təslim olmamalısınız. İkinci yarınızla münasibətlər soyuya bilər: həmişəkindən daha çox nəvaziş göstərsəniz, hər şey qaydasında olacaq. Uğurlu günləriniz 6, 9 may, uğursuz gününüz isə 10 maydır.

QIZ bürcü


Sizi yeni imkanlar, taleyüklü qərarlar və dəyişikliklər gözləyir. Vacib qərar qəbul etməli olacaqsınız: bu sizin həyatınıza yenilik gətirəcək. Keçmişdə gizlətdiyiniz məsələlər meydana çıxmağa başlayacaq: bu məsələyə nöqtə qoymaq vaxtı gəldi. Aşiq olduğunuz bir insanla münasibətiniz korlana bilər: çəhrayı eynəyi çıxarıb, ağılla-başla münasibətləri qiymətləndirmək, öz illüziyalarınıza qapılmamaq məsləhət görülür. Gəzərkən pul tapsanız, çaşıb qalmayın: həyat sizə kiçik sürpriz edəcək. Uğurlu günləriniz 7, 11 may, uğursuz gününüz isə 8 maydır.

TƏRƏZİ bürcü


Çoxdan valideyn olmağı planlaşdıran Tərəzilər bu həftə uşaq dünyaya gətirmək və ya hamiləliklə bağlı xoş xəbərlər ala bilərlər. Bu həftə həyatınızda yeni bir fəsil başlayır: planlaşdırdığınız işə başlaya biləcəksiniz. Yolunuzda maneələr yarana bilər: güc yığıb onları aşa bilərsiniz. Özünüzü reallaşdırmaq üçün böyük potensialınız və çoxlu enerjiniz olacaq. Cibiniz pulla dolacaq: heç kimə gəliriniz haqda danışmayın. Əks-halda sizdən istifadə edənlərin sayı artacaq: ən yaxşısı “ağlayın”, göz qaytarın. Uğurlu günləriniz 6, 8 may, uğursuz gününüz isə 11 maydır.

ƏQRƏB bürcü


Yaxşı, məhsuldar, uğurlu həftə gözlənilir: maraqlı imkanlarınız yaranacaq. Sevgilinizlə 3-cü şəxs üzündən münaqişə yarana bilər: söz-söhbətlərə inanmamaq məsləhət görülür. Subay insanlar, çox güman ki, qarşınıza gələcək həyat yoldaşınız çıxacaq: onun xarici olmağı sizi çaşdırmasın. Bəzi Əqrəblər isə başını davaya soxacaq, lakin sonda qalib gələrək, düşmən bildiyi biri ilə sevgi yaşayacaq. Ümumiyyətlə, bu həftə qəribə hadisələrə hazır olun, hələ çox şeyə yaxşı mənada təəccüblənəcəksiniz. Uğurlu günləriniz 10, 12 may, uğursuz gününüz isə 8 maydır.

OXATAN bürcü


Bu həftə Oxatan üçün sabit və firavan bir dövr başlayır. Çöldə gəzərkən yerdən pul tapsanız və ya lotereyada cekpot qoparsanız, təəccüblənməyin: şanslı günlər başlayıb və bitmək bilməyəcək. Oxatanın bu dövrdə ən yaxın dostu uğur olacaq: il boyunca çox əziyyət çəkmisiniz və buna görə ulduzlar sizə hədiyyələr bəxş edəcək. Lakin qız dostlarınızla münaqişələr baş verə bilər. Bu, hətta xəstəxana ilə sonlana bilər: çalışın Balıqlar, Xərçəng və Dolça dostlarınızla nəzakətli danışın, yoxsa iç üzlərini görəcəksiniz. Uğurlu günləriniz 7, 12 maydır, uğursuz gününüz gözlənilmir.

OĞLAQ bürcü


Bu həftə evli olan və sevgilisi olan Oğlaq il boyunca görmədiyi günlər görəcək: sizi aşırı diqqət, hədiyyələr və möhtəşəm sürprizlər gözləyir. Sevinc dolu günlərə hazırlaşın: çətin zamanlar mütləq geridə qalacaq. Bu bürcün işgüzar nümayəndələri böyük uğura imza atacaqlar və buna ən yaxın dostları ilə birgə nail olacaqlar. Son vaxtlar çox simicsiniz və bunu ətrafınızda hamı görür: yığdığınız pulu balışın altından çıxarın və özünüzə xərcləyin. Uğurlu günləriniz 8, 10 may, uğursuz gününüz isə 6 maydır.

DOLÇA bürcü


Dolçanın ağlına, davranışına və kreativliyinə çox insan həm qibtə, həm də paxıllıq edir: bu həftə isə daha çox pərəstişkar qazanacaqsınız. Bütün uğursuz günləriniz geridə qaldı, hal-hazırda yalnız istirahət edin və həyatın kefini çıxarın. Dolçaya sevgi tapmaq düşmür: o, ya layiq olmayana aşiq olacaq, ya da münasibətə girərək sonradan bezəcək. Ona görə də tələsməyin, sevgi özü sizi tapacaq. Bu bürcün nümayəndələri bank əməliyyatları ilə bağlı diqqətli olmalıdırlar: aldana və ya uduza bilərlər. Uğurlu günləriniz 7, 9 may, uğursuz gününüz isə 11 maydır.

BALIQLAR bürcü


Balıqların yolundan qara pişik keçəcək, lakin həftə pis başlasa da, sonu gözəl olacaq. Əsas problemlər iş yerində olacaq: ola bilsin, müdiriyyətlə sözünüz çəp düşəcək. Bu dövrdə çalışın, diqqətli olun və konfliktlərə yol verməyin. Sevgiliniz sizə qarşı soyuq davrana bilər: ortada çözülməyən problemlər varsa, onları həll etməyə çalışın. Həftəsonu həyatınıza yeni dost daxil olacaq və bu dostluq ömrünüzün sonuna qədər davam edəcək. Həftəsonu bu bürcün subay nümayəndələri dəlisov bir insanla rastlaşacaqlar: onunla münasibətə girmək fikriniz olsa, həyatınız darıxdırıcı keçməyəcək. Uğurlu günləriniz 11, 12 may, uğursuz gününüz isə 8 maydır.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər