top
Həftəlik bürclər 8 APREL - 14 APREL
07 aprel 2024, 10:00
- +

Həftəlik bürclər 8 APREL - 14 APREL

Bu həftə Qoç üçün hadisələr həm işdə, həm də sevgi cəbhəsində aktiv şəkildə cərəyan edəcək: kiçik sürprizlərə hazır olun. Çətin bir seçim qarşısında qala bilərsiniz: intuisiyanıza güvənməli olacaqsınız. Sağlamlığınız qaydasında olacaq, xüsusən də fiziki fəaliyyətinizi artırsanız və yuxuya yetərli vaxt ayırsanız. Qoçun maliyyə vəziyyəti həftənin sonuna kimi yaxşılaşacaq, lakin qohumlar ondan əl çəkməyəcəklər: onlar borc istəyəcəklər, amma nə vaxt qaytaracaqlarını demiyəcəklər. Uğurlu günləriniz 9, 11 aprel, uğursuz gününüz isə 13 apreldir.

BUĞA bürcü


Bu həftə sərfəli sövdələşmələr bağlamaq və uzun müddət münaqişədə olduğunuz biri ilə barışmaq imkanınız olacaq. Siz, həmçinin karyeranızı reallaşdırmağa və ya özünüzü yaradıcı insan kimi sübut etməyə kömək edəcək yeni təkliflər ala bilərsiniz: həftə tərəfdaşlıq və komanda işinin vacibliyini vurğulayır. Xanımlar, ucqar kənddən sizə varlı, yaraşıqlı bir talib düşə bilər: qərarınız kənd həyatına hazır olub-olmamağınızdan asılı olacaq. Amma oğlan da, maşallah, nağıllardakı şahzadələrə bənzər biri olacaq. Kənddə yağ içində böyrək kimi yaşayacaqsınız! Uğurlu günləriniz 8, 14 aprel, uğursuz gününüz isə 9 apreldir.

ƏKİZLƏR bürcü


Bu həftə sakit Əkizləri özündən çıxaracaqlar: qiyamət düşəcək! Bu bürc hamını yıxıb sürüyəcək, amma bundan sonra onun gücünü görüb bir də ona qarşı haqsızlıq etməyəcəklər. Tənha Əkizlər üçün həftə qeyri-müəyyən bir insanla görüş vəd edir. İlk baxışdan o, partnyor rolu üçün ideal namizəd kimi görünəcək, lakin qərar verməkdə tələsməyin: çox güman ki, yeni tanışınızın ciddi çatışmazlıqları var. Həftəsonu əlinizə külli miqdarda pul düşəcək: siz lazımi anda, lazımı yerdə olacaqsınız. Uğurlu günləriniz 12, 13 aprel, uğursuz gününüz isə 10 apreldir.

XƏRÇƏNG bürcü


Sizi şən hadisələrlə dolu xoşbəxt dövr gözləyir: layihələrin başa çatması uğurlu olacaq, ailədə qarşılıqlı anlaşma və sevgi hökm sürəcək. Gözlənilməz kömək oluna bilər ki, bu da lazımlı olacaq. Bu həftə sanki sehrlə bütün arzular gerçəkləşməyə başlayacaq: əziyyətlərinizin bəhrəsini görəcəkdiniz. İş yoldaşınızla şəxsi münasibətlər başlaya bilər: əks cinsdən restorana dəvət və ya kiçik hədiyyələr ala bilərsiniz. Ətrafınızda sizə tələ quranları aşkar etmək vaxtı gələcək: onlar sizin uğurlarınızı həzm edə bilmirlər. Uğurlu günləriniz 9, 12 aprel, uğursuz gününüz isə 8 apreldir.

ŞİR bürcü


Həftə yaxşı gələcəyə ümid verir: planlar qurmağa başlaya bilərsiniz. Çox uğurlu, insan həyatının müxtəlif sahələrində yaxşı perspektivlər vəd edən həftədir. Evdə qalıb qızıla dönən xanımlar, axır ki, sizə elçi düşəcəklər: xaricə köçmək və orada öz biznesinizi qurmaq imkanı yaranacaq. Subay oğlanlar, diqqətli olun, qarşınıza sizi ovsunlayıb, başınızı bişirib cibinizdəki son qəpiyə kimi soyan biri çıxa bilər: gözəlliyə aldanıb müflis olmayın. Özünüzü Dolça, Xərçəng və Oxatandan qoruyun: bu həftə onlardan xeyir görməyəcəksiniz. Uğurlu günləriniz 13, 14 aprel, uğursuz gününüz isə 12 apreldir.

QIZ bürcü


Kiçik şeylərdən problem yaratmayın: yaxınlarınızla münasibətlərə diqqət yetirin, asanlıqla barışın və güzəştlərə gedin. Əhəmiyyətli qərar vermək üçün uyğun həftədir: yeni layihələrə və işlərə başlamağın, köhnələrin üzərində dayanmamağın vaxtıdır. Səbirli olmalısınız, hər şey dərhal və istədiyiniz kimi olmayacaq, ancaq maneələr yaransa belə, onları asanlıqla dəf edəcəksiniz. İlk sevgi unudulmazdır və onu istəsəniz belə, silə bilməzsiniz: keçmiş yenidən sizi təqib edəcək, hətta yeni qığılcım yarana bilər. Uğurlu günləriniz 9, 12 aprel, uğursuz gününüz isə 10 apreldir.

TƏRƏZİ bürcü


Sizin nailiyyətlərinizə görə qəfil karyera yüksəlişi və daha çox pul qazanmaq şansınız olacaq. Bütün gizli arzularınızı həyata keçirmək üçün əlverişli zamandır: bunları gerçəkləşdirmək üçün sizə yardım əli uzadılacaq. Həftənin ortasında, təhsil, restoran və satış sahəsində işləyənlərin bəxti gətirəcək: qara günlər geridə qalacaq, ağ günə çıxacaqsınız. Mənzil almaq istəyənlərin niyyətləri yerinə yetəcək, lakin alış-verişdə diqqətli olun, nüansları gözdən keçirin. Vaxtikən bir nəfərin ürəyini qırmısınız: həyat bumeranqdır və eyni hal sizi də gözləyə bilər. Uğurlu günləriniz 11, 13 aprel, uğursuz gününüz isə 14 apreldir.

ƏQRƏB bürcü


Ailənizdəki hüzuru pozmaq istəyən biri var: bu, üzünüzə gülən, arxanızca isə işlər çevirən qohumdur. Lakin narahat olmayın, bəd-nəzər yanınızdan keçəcək: başqasına quyu qazan, özü ora düşəcək. Sağlamlığınızı yaxşılaşdırmağın vaxtıdır: idman zalına yazılmağa və ya pəhrizə başlamağa çalışın. Bir nəfər sizin göz yaşlarınızın səbəbi olsa da, ürəyinizi param-parça etsə də, yenə də onu sevirsiniz. Bu həftədən onu unutmağa çalışın, yoxsa siz irəliləmədən qalacaqsınız: axı qarşıda sizi parlaq xoşbəxtlik gözləyir. Uğurlu günləriniz 9, 10 aprel, uğursuz gününüz gözlənilmir.

OXATAN bürcü


Daha məsuliyyətli işlərlə məşğul olmaqdan çəkinməyin: onların sayəsində zəngin təcrübə və müdiriyyət tərəfindən mükafat qazana biləcəksiniz. Dolça, Xərçəng və ya Buğa bürcündən olan dostunuz sizi gizlincə sevir, sizdən ötrü dəli-divanədir, lakin siz korsunuz və ya görsəniz belə, ona ümid vermirsiniz. Amma bir şans versəniz, o, sizi dünyanın ən xoşbəxt insanı edər. Asiya dövlətlərindən birinə səfər etmək imkanı olacaq: yeni tanışlıqlar sizin həyatınızı 180 dərəcə dəyişəcək. Siqaret çəkənlər, bu yaxında bu zəhəri atmasanız, sağlamlığınızda ciddi problemlər yaranacaq. Uğurlu günləriniz 8, 11, aprel, uğursuz gününüz isə 12 apreldir.

OĞLAQ bürcü


Karyera yüksəlişi üçün yeni imkanlarla qarşılaşa bilərsiniz: uğur qazanmaq üçün liderlik bacarıqlarını nümayiş etdirməyə hazır olun. Həmçinin müdiriyyətdən maaş artımı tələb etmək üçün yaxşı vaxtdır. İşsizlərin üzləri güləcək: axır ki, istədiyiniz işi tapacaqsınız. Bu həftə tanımadığınız şəxsə kömək əlini uzatmalı olacaqsınız: yaxşılıq sizə 100 qat qayıdacaq. Bir insanı sevmək, onu qüsurları və yanlışları ilə qəbul etmək deməkdir: ikinci yarınız yanınızdadır, amma xoşbəxtliyi, idealınızı uzaqlarda axtarırsınız. Uğurlu günləriniz 13, 14, aprel, uğursuz gününüz isə 11 apreldir.

DOLÇA bürcü


Bu həftə ulduzlar Dolça bürcünə təxribatlara boyun əyməməyi məsləhət görür. Hədəfləriniz varsa və doğru yolla getdiyinizə əminsinizsə, heç kimə sizi dayandırmağa imkan verməyin. Həftənin ortasında dincəlmək istəyəcəksiniz, amma indi istirahət edə bilməyəcəksiniz: çətin işlər üst-üstə yığılacaq və çox çalışmalı olacaqsınız. Kimsə maddi yardım üçün sizə müraciət edə bilər: imtina etməyin, çünki gələcəkdə bu insanların köməyi sizə də faydalı olacaq. Bazar gözəl və sürprizlə dolu bir gün olacaq. Uğurlu günləriniz 10, 14, aprel, uğursuz gününüz isə 9 apreldir.

BALIQLAR bürcü


Həftənin əvvəlində Balıqlar bürcü ciddi problemlərlə üzləşə bilər, özü də bir neçə sahədə – iş, şəxsi həyat və hətta sağlamlıq. Bütün bunları həll edəcəksiniz, amma dostlarınızdan və ailənizdən kömək istəməkdən çəkinməyin. İş yoldaşlarınıza isə etibar etməyin, bu həftə hər kəsdə yalnız yaxşı cəhətləri görmək vərdişi sizə yaxşı bir şey vəd etmir. Uğrunda fədakarlığa getməyəcəyiniz sevgini ürəyinizdə daşıyıb, özünüzə yük etməyin: həyatınızda sizə layiq olmayan biri var. Özünüzə “Mən bu insanla xoşbəxt yaşaya bilərəm?” sualını vermək vaxtıdır. Uğurlu günləriniz 10, 12, aprel, uğursuz gününüz isə 14 apreldir.

Son xəbərlər

Xəbər
Bu gün, 17:25

Ötən gün 7 qanunsuz tüfəng müsadirə edildi

Xəbər
Bu gün, 16:07

Bakı və Abşeronda dronlarla təlim-məşq uçuşları keçiriləcək - RƏSMİ

Suraxanı
Bu gün, 15:12

Hövsanda müəllimə olan arvadını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib

Nizami
Bu gün, 14:42

Gecə 1-də sevgilisini döydü — Söyüşə görə...

Xəbər
Bu gün, 13:13

Sabah Bakıda 17 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:45

Cinayətdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Xəbər
Bu gün, 10:30

Dostları bayramda Azər Baxşəliyevi andılar

Xəbər
Bu gün, 09:46

Orxan Aslanovun evində yanğın: "Yığdığım hər şey yox oldu"

Xəbər
21 mart 2026, 21:00

23 - 29 mart tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
21 mart 2026, 17:08

"Sürətli yeriməyimə söz dedi" – Sevgilisini döydü

Xəbər
21 mart 2026, 15:24

Anasını kürəyindən bıçaqladı: "Bayrama görə 100 manat pul verəcəkdi, vermədi"

Xəbər
21 mart 2026, 14:01

Bazar günü Bakıda hava necə olacaq?

Xəbər
21 mart 2026, 12:08

Azərbaycan ayaqqabı istehsalını 36 % artırıb

Xəbər
21 mart 2026, 10:33

Arvadının başına pult vuran kişiyə 7 ay HƏBS

Xəbər
21 mart 2026, 09:46

Hövsanda bayram yasa çevrildi - Ər müəllimə arvadını öldürdü

Xəbər
20 mart 2026, 21:05

Prezident Novruz bayramı münasibətilə bağlı paylaşım edib

Aktual Xəbərlər
20 mart 2026, 17:10

Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib

Xəbər
20 mart 2026, 16:16

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olundu

Xəbər
20 mart 2026, 14:57

Röya Ayxan bayramı qocalar evində keçirdi

Xəbər
20 mart 2026, 12:10

Bakıda sabah hava dumanlı olacaq - PROQNOZ

Xəbər
20 mart 2026, 11:50

Əməkdar artist Raziyyə Şirinova vəfat edib

Xəbər
20 mart 2026, 10:29

Bayram namazı qılındı

Xəbər
20 mart 2026, 09:09

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

Cəmiyyət
20 mart 2026, 08:45

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

Oxşar xəbərlər