top
Həftəlik bürclər 9 OKTYABR - 15 OKTYABR
08 oktyabr 2023, 10:00
- +

Həftəlik bürclər 9 OKTYABR - 15 OKTYABR

QOÇ bürcü


Qoç üçün həftə bir çox müəmmalı və anlaşılmaz situasiyalar gətirəcək, onları anlamaq son dərəcə çətin olacaq. Peşəkar sahə Qoçdan nəzakət, təmkin və hətta mülayimlik nümayiş etdirməyi tələb edəcək və bu, səbirsiz, alovlu Qoç üçün sınaq olacaq. Sağlamlığınıza diqqət ayırmalı olacaqsınız; bol vitamin qəbul etməli və qidaya fikir verməlisiniz. Maliyyə sahəsində işləriniz kifayət qədər sabit olacaq, hətta daha çox pul qazanmaq üçün şans əldə edəcəksiniz. Yeni tanışlıqlara fikir verin: şirin sözlərlə sizi tələyə sala bilərlər. Uğurlu günləriniz 11, 15 oktyabr, uğursuz gününüz isə 12 oktyabrdır.

BUĞA bürcü


Bu həftə yuvalarda yatmış ilanlar çölə çıxacaq və sizi sancmağa çalışacaqlar. Lakin özünüzdə güc tapıb onların başını əzin, yoxsa söz-söhbətlər yaranacaq və bu, şəxsi həyatınıza mənfi təsir edəcək. Həftəiçi sizə istirahət etmək üçün hamam, sauna və ya kosmetik prosedurlara qatılmaq dəvəti gələcək: orada sizin həyatınızı dəyişən bir insanla tanış olacaqsınız. Bu dövrdə imicinizi dəyişmək və qarderobunuzu yeniləmək uğurlu olacaq: bu dəyişim əks cinsi cəlb edəcək. Bəlkə nə yediyinizə fikir verəsiniz? Gözəl görünmək istəyirsinizsə, pəhrizə başlamaq və idman zalına yazılmağın vaxtı gəldi. Uğurlu günləriniz 9, 10 oktyabr, uğursuz gününüz isə 14 oktyabrdır.

ƏKİZLƏR bürcü


Bu dövr pullar başınızdan töküləcək: həftə müdirinizin sizi mükafatlandırması ilə başlayacaq. Münasibətdə olanlar, diqqətli olun: paxıllıq edənlər sevdiyiniz şəxslə sizin aranıza girməyə çalışacaqlar. Əkizlərin subay xanım nümayəndələri, sevinin, bəxtiniz açılır, özüdə necə: qarşınıza yaraşıqlı, boylu-buxunlu, yüksək gəliri olan ağ “Gelandevagen”li oğlan çıxacaq. Həyatınız o andan sonra 180 dərəcə dəyişəcək: pula pul deməyəcəksiniz, “o ölkə sənin, bu ölkə mənim” deyib gəzəcəksiniz. Uğurlu günləriniz 11, 13 oktyabr, uğursuz gününüz isə 9 oktyabrdır.

XƏRÇƏNG bürcü


Bu həftə sevgilinizdən bərk-bərk tutun: ani boşluğa imkan versəniz, onu dərhal əlinizdən almağa çalışacaqlar. Xoşbəxt günlərinizi, hadisələri başqalarla bölüşməyin: kiminsə nəfsi sizi yıxa bilər. Həftəiçi xaricdən sevincli xəbər alacaqsınız: səyahət etmək və ya birdəfəlik köçmək şansınız olacaq. İş yerinizdə dedi-qodulara hazır olun: gözləri sizi götürməyənlərin əsl üzlərini görəcəksiniz. Bu dövrdə dil və ya kompüter kurslarına yazılmaq məsləhət görülür: gələcəkdə bu bacarıqlar sizə çox kömək edəcək. Uğurlu günləriniz 9, 15 oktyabr, uğursuz gününüz isə 13 oktyabrdır.

ŞİR bürcü


Bu həftə qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əla fürsət olacaq: arzunuz çin olacaq. Son dövrlər həyatınızda uğursuzluqlar baş verirdi: həftənin ikinci yarısından qara zolaq ağ zolaqla əvəzlənəcək. İşsiz olanlar istədikləri işlə təmin oluna biləcəklər: CV-lərinizi göndərin və müsbət cavab alın. İş yükünüzün çox olması səbəbindən yaxın insanlarla münasibətlərdə soyuqluq yarana bilər: çalışın, onlara da vaxt ayırın. Avtomobil sürərkən diqqətli olun: mərdimazarı axtarmağa gərək yoxdur, özü səni tapır. Uğurlu günləriniz 11, 14 oktyabr, uğursuz gününüz isə 10 oktyabrdır.

QIZ bürcü


Qızlar həftəni gələcəyə dair planlar qurmaqla keçirəcəklər: əgər səy göstərsəniz, arzularınız gerçəkləşə bilər. Sözlərdə, əməllərdə və planlarda təmkinli olmalısınız: əgər ağlınızda çaşqınlıq və ya şübhə varsa, uğur qazanmaq çətin olacaq. Cümə axşamı daha az insanla əlaqə saxlamaq məsləhətdir: sakitliyə ehtiyacınız olacaq. Cümə günü yeni bir işə başlamaq üçün əlverişlidir. Bu həftə bəzi vacib şəxsi məsələləri həll edə biləcəksiniz. Alış-veriş edərkən bəzi Qızlar ikinci yarısı ilə tanış olacaqlar. Uğurlu günləriniz 9, 12 oktyabr, uğursuz gününüz isə 15 oktyabrdır.

TƏRƏZİ bürcü


Bu həftə heç kimin sözünə və məsləhətinə qulaq asmayın, özünüz bildiyiniz kimi hərəkət edin. Bütün həftə boyunca az danışıb, çox qulaq asmağa çalışın: ola bilər ki, gələcəkdə şəxsi həyatınızda istifadə edə biləcəyiniz yaxşı nəsə eşidəsiniz. Münasibətdə olanlar bu dövrdə qısqanclıqla üzləşəcəklər: ikinci yarınızın qədrini bilin, çünki onu sizin əlinizdən almaq istəyən çoxdur. Həftəsonu yığılıb qalmış maliyyə problemlərini həll etməli olacaqsınız və bir yaxın insan sizə kömək edəcək. Uğurlu günləriniz 13, 14 oktyabr, uğursuz gününüz isə 12 oktyabrdır.

ƏQRƏB bürcü


Bu həftə uğur sizi təqib edəcək: əl atdığınız hər iş istədiyiniz kimi sonlanacaq. İşdə səbirli olmalısınız: müdiriyyət və ya iş yoldaşlarınızdan biri sizin əsəbinizlə oynayacaq. Subay qızlar, çöldə gəzərkən ehtiyatlı olun: qaçırıla bilərsiniz, çünki sizin gözəlliyiniz əks cinsin ağlını alacaq. Siz çox çalışqan birisiniz və buna görə də əziyyətinizin bəhrəsini tezliklə görəcəksiniz. Rəqibləriniz sizə böhtan atmağa çalışacaqlar: zəif yerinizi aşkar etməyə imkan verməyin, özünüzə inanın. Uğurlu günləriniz 10, 11 oktyabr, uğursuz gününüz isə 14 oktyabrdır.

OXATAN bürcü


Bu həftə şəxsi həyatınızda dəyişikliklər olacaq. Sizə elə gələcək ki, ikinci yarınız sizə qarşı soyuyub və ya sizi sevmir. Ancaq əksinə, hissləriniz sizi aldadacaq və həftənin sonunda sevgiliniz tərəfindən gözlənilməz sürprizlər olacaq. İşdə qara buludlar çəkiləcək, hər şeyə asanlıqla, “oynaya-oynaya” nail olacaqsınız. İndi elə bir vaxt yetişir ki, tale özü yolunuzda yaşıl işıq yandırır, lakin əlinizə düşən imkandan düzgün faydalanmalısınız. Uğurlu günləriniz 13, 14 oktyabr, uğursuz gününüz isə 10 oktyabrdır.

OĞLAQ bürcü


Bu həftə cibiniz pulla dolu olacaq, lakin xərcləməyə yeriniz də az olmayacaq. Bürcün sevgilisi olmayan, tənha nümayəndələrinin bəxti gətirməyə bilər: qarşınıza sizin hisslərinizlə oynayan biri çıxacaq, ağlınızı alıb istədiklərini edəcək. Dostunuzdan və ya sevgilinizdən sürpriz gözləyin: bu, hətta evlilik təklifi ola bilər. Ümumiyyətlə, bu ərəfələrdə bütün sürprizlərə açıq olmalısınız; baş verəcək hadisələrdən bəziləri həyatınızı 180 dərəcə dəyişə bilər. Uğurlu günləriniz 9, 13 oktyabr, uğursuz gününüz isə 15 oktyabrdır.

DOLÇA bürcü


Bu həftə yeni dövr başlayacaq: müdiriyyət tərəfindən fərqləndiriləcəksiniz, karyera yüksəlişi ilə paxılların ürəyini partladacaqsınız. Əgər çoxdandır bəyəndiyiniz biri varsa, onu əldən buraxmayın, yoxsa sevgi qatarı gedər və bir də qayıtmaz. İşsiz olanların bu həftə bəxti açılacaq: gözəl təklif gələcək. Şəxsi həyatınızla bağlı xoşagəlməz söz-söhbətlər və dedi-qodular eşidəcəksiniz. Lakin heç vecinizə də almayın, çünki bunu edənlər sizin paxıllığınızı çəkirlər. Uğurlu günləriniz 14, 15 oktyabr, uğursuz gününüz isə 12 oktyabrdır.

BALIQLAR bürcü


Bu həftə maraqlı və sürprizlərlə dolu günlər gözlənilir. Ən böyük sürpriz isə sevgi cəbhəsində baş verəcək: sizi xoşbəxt edəcək biri gözlənilmədən həyatınıza daxil olacaq və sizə ömürlük yoldaş olacaq. Çoxdandır sizə quyu qazan həmkarınız var, onun gözü sizin nailiyyətlərinizi götürmür: Şir, Əqrəb və Balıqlar bürclərinin nümayəndələri olan iş yoldaşlarınızdan ehtiyatlanın. Həftəsonu qalmaqal yaşaya bilərsiniz; çalışın, artıq-əskik danışmayın, heç kimin də quyruğunu tapdalamayın. Uğurlu günləriniz 12, 13 oktyabr, uğursuz gününüz isə 9 oktyabrdır.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

79 motosiklet və moped duracağa yerləşdirildi

Xəbər
Bu gün, 17:57

Öskürəyə görə başlayan mübahisə qanla bitdi: 27 yaşlı usta qətlə yetirildi

Xəbər
Bu gün, 17:37

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Xəbər
Bu gün, 17:03

Sabahın hava proqnozu açıqlandı

Xəbər
Bu gün, 16:03

Ölən direktor müavini tanınmış dirijorun qohumu imiş

Xəbər
Bu gün, 15:03

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

Xəbər
Bu gün, 14:50

Zənglərinə cavab verməyən dostunu bıçaqladı - BAKIDA

Xəbər
Bu gün, 14:03

Həbsdən çıxan yüzlərlə şəxs işlə təmin edilib

Xəbər
Bu gün, 13:03

Xəstəlikləri öncədən proqnozlaşdıracaq sistem: Səhiyyə Nazirliyinin  mütəxəssisi izah edir

Xəbər
Bu gün, 12:03

Kişi yemək bişirməyən arvadını telefonla döydü

Xəbər
Bu gün, 11:04

71 yaşlı kişi ağacdan yıxıldı, öldü

Xəbər
Bu gün, 10:04

Azərbaycan nefti 80 dollara satılır

Xəbər
Dünən, 18:00

Bakıda binanın zirzəmisindən çürümüş meyit tapıldı

Xəbər
Dünən, 17:31

Bakının bir çox ərazisində niyə su yoxdur? - RƏSMİ

Xəbər
Dünən, 17:10

Qadın restoranda qəfil vəfat etdi

Xəbər
Dünən, 17:02

Binəqədidə biabırçı vəziyyət

Xəbər
Dünən, 16:10

Bakıda FACİƏ: Qardaşının evinə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü

Xəbər
Dünən, 15:46

Mərdəkanda dənizdə 4 nəfər batdı - YENİLƏNİB

Xəbər
Dünən, 15:14

Sabah hava necə olacaq?

Xəbər
Dünən, 14:38

Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq

Xəbər
Dünən, 14:15

Evə içkili gəldiyinə görə irad tutan oğlunu bıçaqladı

Xəbər
Dünən, 13:49

Bülbülün doğum günüdür

Xəbər
Dünən, 13:15

Gəlinini döyən qayınana ilə bağlı yeni qərar

Xəbər
Dünən, 12:46

Bu çimərliklərdə çimmək qadağan edildi

Oxşar xəbərlər