Bakının “20 Yanvar” dairəsi ərazisində məhəllə dava meydanına çevrilib. Bu haqda bu gün, 20 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Sakinlər iddia edirlər ki, “20 Yanvar” dairəsinin yaxınlığında bir neçə binanı əhatə edən məhəllə mübahisələr meydanına çevrilib. İnsanlar aralarındakı məsələləri həll etmək üçün buraya gəlirlər.
“Kimin nə problemi varsa, bu məhəllədə həll edir. Bağçanın həyətidir. Gecə saat 2-3 oldu, burada qrup kimi toplaşıb başlayırlar. Söyüş söyürlər, mübahisə edirlər. Nəzarət yoxdur buralara”, - deyə sakinlər bildirirlər.
[video width="640" height="360" mp4="https://bakuplus.az/storage/photos/2023/03/360p.mp4"][/video]