top
“517-ni gözləyərək məsul şəxslərə 517 “dua edirik” - AYNA-dan AÇIQLAMA + YENİLƏNİB
22 yanvar 2025, 06:16
- ↺ +

“517-ni gözləyərək məsul şəxslərə 517 “dua edirik” - AYNA-dan AÇIQLAMA + YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bakuplus.az-a açıqlama verilib:

“517 nömrəli müntəzəm marşrutda 14 avtobus 7-8 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Lakin günün əsasən səhər və axşam pik saatlarında marşrut avtobusunun keçdiyi Xırdalan şəhərində müşahidə  edilən sıxlıq avtobuslar arasındakı intervalın artmasına səbəb olur”.

Həmçinin qurumdan bildirilib ki, daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi və sərnişin tələbatına uyğun olaraq xəttə əlavə nəqliyyat vasitələrinin cəlb edilməsi tapşırılıb.

***

15:20

Abşeron rayonu, Xırdalandan Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış massivi istiqamətində və geriyə hərəkət edən 517 nömrəli marşrut xəttindən şikayət var.

Bakuplus.az-a müraciət edən sakinlər avtobuslar arasındakı intervalın həddindən artıq böyük olmasından, uzun-uzadı soyuq hava şəraitində dayanacaqda gözləmək məcburiyyətində qalmalarından, avtobus nəhayət gəlib çıxdıqda isə böyük izdiham səbəbindən bəzən salona daxil ola bilməmələrindən gileylənirlər.

“Avtobuslar arasında intervallar o qədər böyük olur ki, bəzən dayanacaqda soyuqda dayanan sərnişinlər bir-birindən marşrutun ləğv olunub-olunmamasını xəbər almağa başlayır. Təsəvvür edin ki, avtobusu 30 dəqiqə gözlədiyimiz vaxt da olub. Böyük intervalla hərəkət edən avtobuslar daim basabas olur, neçə-neçə sərnişin bir neçəsini buraxmaq məcburiyyətində qalır. 517-ni gözləyərək məsul şəxslərə 517 “dua edirik”. Sürücülərin özbaşınalığı isə ayrı bir dərddir. Kefləri istəyəndə sükan arxasında siqaret çəkirlər, kefləri istəyəndə telefonla danışırlar, kefləri də istəyəndə ümumiyyətlə dayanacaqda saxlamırlar”, - şikayətdə bildirilir.

Sakinlər avtobus sürücülərinin tez-tez yol hərəkəti qaydalarını pozmalarını da deyirlər:
“Avtobusu dayanacaq üçün müəyyən edilən yerdə deyil, hərəkət zolağında saxlayıb sərnişin düşürüb-mindirirlər. Bu səbəbdən həm sərnişinlərin həyatını təhlükəyə atırlar, həm də yolda süni tıxac yaranmasına səbəb olurlar”.

Şikayətçilər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) müvafiq tədbirlərin görülməsini tələb edirlər.

Məsələ ilə bağlı AYNA-ya sorğu ünvanlamışıq.

Son xəbərlər

Xəbər
Bu gün, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Bu gün, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Bu gün, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Bu gün, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər