Bakının Abşeron Milli parkına, Şah dili adlanan əraziyə qış aylarına flaminqo sürüsü qayıdıb. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az məlumat verir.
Azərbaycanda flaminqoların ən sabit qışlama yerləri Qızılağac körfəzi, Abşeron yarımadasının sahilləri, Şabran limanı, Şirvan və Ağgöl Milli parklarıdır.
Hər il orta hesabla 16-18 min flaminqo qışlamaq üçün Azərbaycana gəlir. Flamingo Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib və onun ovlanması qadağandır.
Flaminqolarla yanaşı, milli parkda ceyran, çaqqal, tülkü, porsuq, dovşan, Xəzər dənizinin sularında suiti və balıqlar, quşlar - siyənək qağayısı, lal qu quşu və digər nadir növlər məskunlaşıb.
[URIS id=87057]