Paytaxtın Nəsimi rayonu, Moskva prospekti, “Şamaxinka” adlanan ərazidə binanın üzərində əlavə mərtəbə tikilib. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Belə ki, sözügedən ərazidə yerləşən dördmərtəbəli binaya 5-ci mərtəbə əlavə olunur.
Tikiliyə nəzarət edən şəxs bildirib ki, mərtəbəni 2 sahibkar şərikli olaraq inşa edir. Tikili qeyri-yaşayış binasıdır. 1-ci mərtəbədə obyektlər fəaliyyət göstərir, digər mərtəbələr isə boşdur.
Nəsimi rayon İcra Hakimiyyətindən məsələdən xəbərdar olduqlarını və artıq inşaat işlərinin dayandırıldığını bildiriblər. Hazırda araşdırmalar aparılır.