Bakıda könüllülər üçün ödənişsiz ispan, alman və fransız dili kursları başlayır. Bu haqda Asan Könüllülərin instagram səhifəsində məlumat verilib.
Kurslar "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə, "Qlobus" və "Alman dili" kursunun tərəfdaşlığı ilə keçirilir. Məlumata əsasən, ispan dili distant şəkildə, alman və fransız dili isə əyani şəkildə təşkil olunacaq.
Cari könüllülər üçün nəzərdə tutulan dil kurslarında iştirak etmək üçün, onlar linkə daxil olaraq qeydiyyatdan keçməlidirlər.