top
Azərbaycana qarşı sanksiyalarla bağlı ən çox verilən 10 sual və cavabları
20 oktyabr 2022, 22:59
- ↺ +

Azərbaycana qarşı sanksiyalarla bağlı ən çox verilən 10 sual və cavabları

Azərbaycanın “kütləvi və hərbi cinayətlərdə” ittiham edilməsi, ölkəmizə qarşı sanksiyaların tətbiqi və “Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi” ilə bağlı qətnamə layihəsi hazırlanıb. Bununla əlaqədar 15 noyabr tarixinə Fransa Senatında səsvermə təyin edilib.

1)    Əsas təhlükə nədən ibarətdir? Senatın qətnamə layihəsində bütün Avropa İttifaqı ölkələrinin Azərbaycandan idxal edilən neft və qazdan imtina etməsinə nail olmağa dair çağırış yer alıb. Dövlət büdcəmizin, demək olar ki, yarısı neft və qaz satışından olan vəsaitlərdən formalaşır. Sanksiyalar tətbiq olunduğu halda, dövlət büdcəsi kəskin azalacaq. Dövlət işçilərinin əməkhaqları azaldılacaq, qəfil qiymət artımı baş verəcək, həmçinin qida məhsullarının qiyməti artacaq.

2)     Başqa təhlükələr varmı? Fransa Ermənistanı müasir silahla təchiz etməyə başlaya bilər. Bu, yeni müharibəyə təkan verəcək. Bu halda ermənilər təkcə Gəncəni, Bərdəni və Tərtəri deyil, həmçinin Bakını, Sumqayıtı və Xırdalanı da raket atəşinə tutacaq.

3)     Azərbaycana qarşı hansı tələblər irəli sürülür? Senatın qətnamə layihəsində bizdən bunlar tələb olunur: Laçın dəhlizindən çıxmaq, ermənilərin Qarabağa “geri dönmək haqlarını” təmin etmək, “erməni dini-mədəni irsinin qorunub-saxlanılmasını” təmin etmək.

4)     Təşəbbüskar kimdir? Senatın 4 fərqli partiyadan olan 6 üzvü. Azərbaycana qarşı olan qətnamə layihəsinin 6 müəllifindən ikisi Sosialist partiyasını təmsil edir ki, bu partiya da Senatda ən çox sayda yerə sahibdir (348-dən 141-i).

5)      Bu, niyə realdır? Fransanın əksər siyasətçiləri artıq Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinin lehinə çıxış ediblər. Bu haqda hələ 13 sentyabr tarixində Avropa Parlamentinin millət vəkili Fransua-Ksavye Bellami bəyan etmişdir. 15 sentyabr tarixində Senatın üzvü olan Baleri Buaye Twitter hesabında bunları yazıb: “Fransa aqressor olan Azərbaycana qarşı sanksiyalar tələb etməlidir”. 29 sentyabr tarixində Marselin bələdiyyə müşaviri Avrora Bruna Twitter vasitəsilə Fransa prezidentinə müraciət edib: “Ermənistana silah və sülhməramlılar! Azərbaycanın şiddətlə qınanılması! Fransa Ermənistana kömək etməlidir”. 9 oktyabr tarixində “Xalq Cumhuriyyəti İttifaqı” partiyasının lideri Fransua Asselino Twitterdə bunları yazıb: “Bir neçə kubmetr qazın müqabilində… Makronun başçılıq etdiyi avropalılar Azərbaycanın sui-istifadələri qarşısında erməni xalqını pulsuz, silahsız və diplomatik fəaliyyətsiz qoyurlar. Bu, tanrısızlıqdır!

6)     Sanksiyaları dayandırmaq mümkündürmü? Bəli, lakin o şərtlə ki, ən azı on minlərlə azərbaycanlı öz etirazını ictimai şəkildə bəyan edəcək. O zaman Azərbaycana qarşı olan sanksiyaların əleyhinə olanlar səslənəcəklər. Səslənəcək kəslər İtaliyada, Bolqarıstanda, Yunanıstanda, Macarıstanda və Slovakiyada çoxluq təşkil edirlər. Bu ölkələrə Azərbaycan qazının idxalı dayandırıldığı halda, inflyasiya kəskin şəkildə artacaq. Əgər biz sussaq, onlar bizim əvəzimizə çıxış edəsi deyillər.

7)      Nə etmək lazımdır? Bu linkə daxil olun https://bit.ly/3yBv7cl. Burada Azərbaycan xalqı adından Fransa Senatına və xalqına yönəlmiş petisiyaya dəstək olmaq üçün təlimatlar mövcuddur. Səs verin! Hər bir səs önəmlidir!

8)     Daha nə etmək olar? Bu linki öz yaxınlarınız, dostlarınız, tanışlarınızla paylaşın. Onları səs verməyə çağırın! Qoy öz sosial şəbəkələrindəki hesablarında paylaşsınlar. Məşhur blogerlərə yazın, onları petisiya haqqında yazmağa çağırın!

9)     Səs vermək niyə vacibdir? Bu günə qədər Fransa və digər Avropa ölkələri mütəmadi olaraq ancaq ermənilərin şikayətlərini eşidir: onların necə qurban olduqlarını və Azərbaycanın necə qorxunc olduğunu. Azərbaycanlılar isə həmişə susur. Fransızlar və digər avropalılar hesab edirlər ki, Azərbaycanın Prezidenti Qarabağı öz şəxsi ambisiyalarına görə müdafiə edir. Ona görə də vacibdir ki, bizi eşitsinlər! Yalnız bu halda Avropadakı potensial müttəfiqlərimizin dəstəyinə arxalana bilərik.

10)        Azərbaycanlıların səsləri neçə sayda olmalıdır ki, bu, uğur hesab edilə bilsin? Heç olmasa, təxminən 100.000 səs göstəricisinə yaxınlaşmalıyıq. O zaman Azərbaycan xalqı adından Fransa Senatına və xalqına yönəlmiş petisiya Avropanın ən iri mediasının diqqətini cəlb edəcək. Səslər qeyd olunan saydan da çox olsa, bizi görməmək mümkün olmayacaq. Bu – realdır, axı biz milyonlarıq! Əgər hər kəs bir neçə dəqiqə sərf edib səs versə, biz erməni təbliğatını susduracağıq. Tənbəllik etməyin, səs verin!

Petisiyanın Azərbaycan dilində imzalanma qaydası

Petisiyanın rus dilində imzalanma qaydası

Bu petisiya qəlbində əks-səda yaradan kəslərə fransız dilini bilmədən asanlıqla və tez bir zamanda ona dəstək olmaq üçün necə səs vermək barədə addım-addım təlimatlar hazırlamışıq.

Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!

Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:

#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq


 











View this post on Instagram























 

A post shared by insanoid (@_insanoid_)


Son xəbərlər

Xəbər
Bu gün, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Bu gün, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Bu gün, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Bu gün, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Bu gün, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Bu gün, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Bu gün, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Xəbər
Bu gün, 10:28

Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

Xəbər
Bu gün, 09:47

Bu gündən əsgərlər ehtiyata buraxılır

Aktual Xəbərlər
Bu gün, 00:10

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Xəbər
Dünən, 18:00

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib

Xəbər
Dünən, 17:36

İllik elektron pul köçürmələrində yeni hədd: aylıq 50 min manat - YENİLƏNİB

Xəbər
Dünən, 17:05

Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU

Xəbər
Dünən, 15:56

Bakıda yaşayan Diana Pakistanda təcavüzə məruz qaldı  - vətənə göndəriləcək

Xəbər
Dünən, 15:30

"Su günlərdir ki, boş-boşuna axır" - ŞİKAYƏT

Xəbər
Dünən, 15:00

Ombudsmanın maaşı 4 dəfə artırıldı - 12 min manat oldu

Xəbər
Dünən, 14:37

Rəssam  77 yaşında vəfat etdi

Xəbər
Dünən, 14:07

Azərbaycan əsilli SABI özəl çıxışına görə 100 min dollar qonorar alıb

Xəbər
Dünən, 13:26

KFC-də masanın üstündən telefon oğurladı - Cəzası bəlli oldu

Xəbər
Dünən, 12:56

Bakıda sabahın hava proqnozu

Xəbər
Dünən, 12:07

Qapını döydülər, cavab gəlmədi - Xilasedicilər çağırıldı

Xəbər
Dünən, 11:18

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:37

Zabratda 62 yaşlı kişinin meyiti tapıldı

Xəbər
Dünən, 10:23

Bu gün xanəndə Səxavət Məmmədovun anım günüdür

Xəbər
Dünən, 09:47

Prezident İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb

Xəbər
Dünən, 09:36

Ələtdə avtomobil yandı

Xəbər
Dünən, 00:01

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Oxşar xəbərlər