Nəsimi rayonunun Azadlıq prospekti, 80 saylı ünvanda abadlıq və yenidənqurma işləri aparılır. Bu haqda bu gün, 13 fevral tarixində Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) Mətbuat Xidmətinə istinadən məlumat verilib.
Həmin ünvanda yerləşən 3 girişli 6 mərtəbəli ümumi yaşayış binasının fasadı əsaslı təmir olunub, yağış suları axıdılan boru və navalçalar dəyişdirilərək yeniləri ilə əvəz edilib. Binanın giriş blokları, qəfəsləri təmir edilərək, pilləkənləri aqlay daşla üzlənilib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub.
Binanın dam örtüyünün dəyişdirilməsi də nəzərdə tutulub.
[URIS id=90471]