Bakının Nəsimi rayonunda piyada səkilərində cari təmir işləri aparılıb. Bu haqda bu gün, 16 fevral tarixində Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) mətbuat xidməti məlumat verib.
Azadlıq prospekti boyunca və mərkəzi küçələrdə, eyni zamanda rayonun digər ünvanlarında yararsız hala düşmüş piyada səkiləri təmir edilib. Sıradan çıxmış tamet və üzlük daşları yeniləri ilə əvəz olunub.
Rayon ərazisində bu işlərlə yanaşı, yol kənarında yerləşən məhəccərlər də təmir olunaraq rənglənib.
[caption id="attachment_90903" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]