Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti boyunca piyada səkisi əsaslı təmir olunub. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Ərazidə piyadaların təhlükəsiz və rahat hərəkəti təmin olunub, maneə yaradan elementlər aradan qaldırılıb. Səkilərdə tamet daşları yenilənib, bordürlər düzülüb. Bəzi hissələrdə səki genişləndirilib.
Rayon ərazisində analoji abadlıq işləri davam etdirilir.
[caption id="attachment_118660" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyəti[/caption]