Bakının Nəsimi rayonu, Azadlıq prospekti boyunca piyada səkisi dağıdılıb. Bu, sakinlərin narazılığına səbəb olub. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az 1News-a istinadən məlumat verir.
Bir müddət əvvəl prospektin sözügedən hissəsində təmir işlərinə başlanılıb, daşlar yenisi ilə əvəz olunmalıdır. Lakin naməlum səbəbdən işlər tamamlanmayıb.
Şəhər sakinlərinin sözlərinə görə, dağılmış səki ilə hərəkət etmək mümkün deyil. Onlar aidiyyəti qurumlardan müvafiq tədbir görülməsini xahiş edirlər.