top
Azərbaycan qadınını kim bu günə salıb?
15 yanvar 2025, 22:54
- +

Azərbaycan qadınını kim bu günə salıb?

Son vaxtlar “TikTok” sosial şəbəkəsinin Azərbaycan seqmentində qadın bədəninin vulqar formada təqdim edilməsi və istismarı diqqət çəkir.

Qafqazinfo.az xəbər verir ki, reklam olunan məhsullarına müştəri cəlb etmək istəyən sahibkarlar bu kimi videolarda qadın bədənindən istifadə edir, xanımlar isə pul qazanmaq məqsədilə ya könüllü, ya da çarəsiz formada bu trendə qoşulurlar. Nəticədə isə həmin paylaşımlara çoxlu şərhlər yazılır, baxış sayı artır, sahibkarlar məqsədinə çatır, təhqir edilən isə qadınlar olur...

Həmin reklamlar əsasən kiçik ticarət obyektlərinin məhsullarının satışı məqsədilə həyata keçirilsə də, nədənsə bir qayda olaraq kortəbii estetik əməliyyatlar etdirmiş, vulqar geyimli qadınların təqdimatı ilə aparılır. Paytaxtla yanaşı bir çox rayonlarımızın da bu tendensiyaya qoşulması artıq adi hal alıb. Həddindən artıq böyüdülmüş ombalar, şişirdilmiş dodaqlar, qeyri-təbii üz ifadələrini üzərində daşıyan həmin qadınlara, demək olar ki, hər yerdə rast gəlmək mümkündür. Bəzi işbazlar bu həvəsdən ilhamlanaraq sadaladığımız “keyfiyyətləri” özündə daşıyan qadınların maskotlarını da hazırlayıb onları el məclislərinə, uşaq ad günlərinə göndərirlər.

Müşahidələr göstərir ki, bir çox ticarətçilər satıcı və kassirləri xanımlar arasından seçməyə üstünlük verir. Sonradan həmin obyektləri, məhsullarını reklam edən qadınların bədən dili və danışıq tərzi, eləcə də etdirdikləri estetik əməliyyatların keyfiyyəti insanlarda narahatlıq və ikrah doğurur.

Bəzi hallarda insan alverinin predmeti ola biləcək bu kimi hallarla necə mübarizə aparılmalıdır? Cəmiyyət və dövlət qurumlarının üzərinə hansı vəzifələr düşür?

Görünən odur ki, proses nəzarətsizliyin və qeyri-ciddiliyin nəticəsində baş verir. Çoxumuzun bu kimi insanlara xoş münasibəti olmasa da, həmin səhifələrdə baxış sayının kəskin artmasına gətirib çıxaran da bizik. Sözügedən şəxslərin üzərində eqolarını, natamamlıq komplekslərini sağaltmağa çalışanlar da var...

Bu yolla onminlərlə izləyicisinin olduğunu görən həmin obyektlər və “reklam simaları” daha da həvəslənir və irəli gedir. Beləliklə, yersiz cəsarət artır, vulqarlıq ürəkbulanma səviyyəsinə yüksəlir.

Apardığımız kiçik araşdırma da dövlət qurumlarının sosial şəbəkələrdəki, xüsusilə “TikTok”dakı bu reklamların tənzimlənmədiyini, qadınların imicini zədələyən bu hallara qarşı heç bir sosial-ictimai tədbirlərin görülmədiyini göstərir. Aradabir ciddi sosial şəbəkə səhifələrində, xüsusilə “facebook”da səsləndirilən tənqidi fikirlər isə dəstək toplaya bilmir və ya təsir gücünə malik olmur.

Bildiyimiz kimi, Azərbaycan Dövlət Reklam Agentliyi sosial şəbəkələrdəki reklamlara qarışmır. Qanunvericilik buna imkan vermir. Agentlikdən bildirildi ki, onlar yalnız açıq məkandakı reklamlara nəzarət edirlər, sosial şəbəkələrdəki reklamlara nəzarət səlahiyyətləri yoxdur.

Məlum olur ki, əslində xeyli faydalı məzmun təklif edən “TikTok”un Azərbaycan seqmentində özbaşınalığa münbit şərait yaranıb. Bir neçə həftə əvvəl Daxili İşlər Nazirliyinin bu sosial şəbəkə vasitəsilə əxlaqsızlığı təbliğ edən tiktokerlərə qarşı həyata keçirdiyi əməliyyatlar sırf cinayət tərkibli əməllərlə bağlıdır. Polis harada olmasından asılı olmayaraq, cinayət və inzibati xəta tərkibli bütün əməllərə müdaxilə edir və lazımi tədbirlər görür.

Bəs Azərbaycan qadınını vulqar görkəmdə nümayiş etdirən, mənəviyyatdan kənar reklam çarxlarına qarşı kim mübarizə aparmalıdır? Bunlara da polis reaksiya verməlidir?

Əlbəttə, bu məsələdə cəmiyyətin bütün kəsimlərinin üzərinə məsuliyyət düşür. Ziyalısından tutmuş adi vətəndaşadək hər kəs xanımlarımızı bu iyrənc girdaba salan reklamları qınamalıdır. Amma o da bilinir ki, məhz belə yüngül videolar Azərbaycanda da bütün dünyada olduğu kimi çox izlənir. Son vaxtlar artan keyfiyyətsiz estetik əməliyyatlar da, qeyri-təbii formada yaradılmış gözəllik meyarları da haradasa bunun məhsuludur. Nəticədə qadınlar öz təbii ifadəsini və imicini itirməklə daha çox itirir.

 

Son xəbərlər

Xəbər
Dünən, 17:53

"Həndbolçularımız işıqsız, suyun olmadığı şəraitdə məşq edirdilər" - Federasiyasının idman direktoru

Xəbər
Dünən, 17:37

Bakıda qolları olmayan körpə doğuldu - Anası İMTİNA ETDİ

Xəbər
Dünən, 16:28

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan TUTULDU - YENİLƏNİB

Xəbər
Dünən, 15:14

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Xəbər
Dünən, 14:46

Bakıda kişi ona içmə deyən arvadına badalaq vurdu

Xəbər
Dünən, 13:19

Bakıda şimşək çaxacaq, yağış yağacaq

Xəbər
Dünən, 12:43

Göldən pis qoxu gəlir, əraziyə zibil atılır – Ramanalılar kömək istəyir

Xəbər
Dünən, 11:58

Pivə zavodundan Xəzər dənizinə çirkab sular axıdılır?

Xəbər
Dünən, 10:02

Xalq artisti Aleksandr Şarovski vəfat edib - Mehriban Əliyeva başsağlığı verib

Xəbər
Dünən, 09:23

Bakının Yasamal rayonunda işıq olmayacaq

Xəbər
08 sentyabr 2026, 17:09

"Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib" - Xalq artisti

Xəbər
08 sentyabr 2026, 15:48

Ümrəyə getmək istəyən ər-arvadın pullarını əllərindən aldılar - Bakıda ŞOK DƏLƏDUZLUQ

Xəbər
08 sentyabr 2026, 14:12

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Xəbər
08 sentyabr 2026, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
08 sentyabr 2026, 12:54

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Xəbər
08 sentyabr 2026, 11:44

Külək dörd nəfəri xəstəxanalıq etdi

Xəbər
08 sentyabr 2026, 10:51

Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

Xəbər
08 sentyabr 2026, 09:33

Əlil arabasında olan şəxsə ətrafdakılar kömək etdi - Pandus yararsız vəziyyətdə

Xəbər
07 sentyabr 2026, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
07 sentyabr 2026, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
07 sentyabr 2026, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
07 sentyabr 2026, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
07 sentyabr 2026, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
07 sentyabr 2026, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Oxşar xəbərlər