top
Azərbaycanda metapnevmavirusa yoluxma halları qeydə alınıb? - RƏSMİ AÇIQLAMA
15 yanvar 2025, 05:07
- ↺ +

Azərbaycanda metapnevmavirusa yoluxma halları qeydə alınıb? - RƏSMİ AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, ölkədə qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət diqqət mərkəzindədir.

Orta məktəblərdə də virusun sürətlə yayılması valideynləri ciddi narahat edir və onlar dərslərin dayandırılmasını tələb edirlər.

Bakuplus.az sosial şəbəkələrdə məktəblərin distant təhsilə keçməsi ilə bağlı səslənən təkliflərə münasibət öyrənmək üçün Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən saytımıza bildirilib ki, ölkəmizdə qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət daim diqqət mərkəzindədir:

"Payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər həyata keçirilir ki, bunlardan da ən vacibi qrip infeksiyasına qarşı peyvəndləmə işidir. Belə ki, sentyabr ayından başlayaraq ölkə ərazisində mövsümi qrip əleyhinə vaksinasiya tədbirləri uğurla həyata keçirilir. Əhali arasında qrip əleyhinə peyvəndlənmə könüllü şəkildə aparılır. Qrip virusuna qarşı vaksinasiya xəstəliyin profilaktikası üçün əhəmiyyətlidir. Əsasən də xroniki xəstəliyi olanlar, hamilə qadınlar, immun sistemi zəif olanlar üçün qrip vaksini vacibdir".

Məlumatda qeyd olunur ki, respirator virus infeksiyalarının ilkin əlamətləri qeydə alındıqda mütləq tibb müəssisəsinə müraciət etmək, həkim təyinatı əsasında müalicə olunmaq vacibdir: "Bu zaman ağırlașmaların və xəstəliyin yayılmasının qarşısı alınır. Hazırda ölkəmizdə Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib və ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə paylanılıb. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər".
Gigiyena və Epidemiologiya Mərkəzi məktəblərin distant təhsilə keçməsi ilə bağlı səslənən təkliflərə də cavab verib:
"Hazırda məktəblərin distant təhsilə keçirilməsinə ehtiyac yoxdur".

Fidan İlqar

Son xəbərlər

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
05 noyabr 2026, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
05 noyabr 2026, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
05 noyabr 2026, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
05 noyabr 2026, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
05 noyabr 2026, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
05 noyabr 2026, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər